"30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ" - Yalançı motivatorların "uğur hekayələri..."

"30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ" - Yalançı motivatorların "uğur hekayələri..."Günümüzdə ətrafda aşağı-yuxarı hər kəs motivasiya verir. 15 izləyicisi olan da, həyatda heç bir uğuru olmayan da "uğur hekayəsi" bölüşür.

Bəs görəsən, bu zərurət nədən irəli gəlir?

Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.media-ya danışıb.

O qeyd edib ki, bu hal ikinci dünya ölkələrində çox yayılmış məşhur bir fenomendir:

"Guya kimsə insanları çox sevir, onların halına yanır, səmimi qəlbdən dəstək olmaq istəyir və buna görə də həyati məsləhətlər verir. Hətta nağıllardakı dəyərli məsləhət verən müdriklər həmişə deyirlər ki, bu müdrik cavabı almaq üçün haqqını ödəməlisən. Məsələn, 10 il işləməlisən, yaxud da hansısa işi görməlisən və s. Amma bizim danışdığımız şəxslər guya onlardan da mərhəmətli, xeyirxah "Tereza ana"dırlar və insanlara ödənişsiz məsləhətlər verirlər.

Əslində, onların toxunduğu məqamlar çox ağır mövzulardır. Təbii ki, bu məsləhətlərə qulaq asan insan çox həssas durumda ola bilər. Məsələn, kimsə ailəsində problem yaşayır, bunlara qulaq asır və təbii ki, dinlədikləri onun qəlbinə çox ciddi təsir edəcək.

Biz bu videoları görəndə üzərindən keçirik, amma elə insanlar ola bilər ki, həssas məqamda olduqları üçün ağıllarına batsın. Motivasiya mövzuları danışan şəxslərin toxunduğu məqamlar sırf peşəkar psixologiyanın mövzularıdır. Bunu da ancaq yüksək ali təhsili olan psixoloq və ya həkim psixoterapevt verə bilər.

Ancaq sosial şəbəkələrdə məsləhət verənləri araşdırsaq, bəlkə də, heç birinin ali təhsili yoxdur. Azərbaycanda efirlərdə psixoloq kimi çıxış eləyənlərin 80 faizinin təhsili yoxdur. Yalandan özləri kimi hansısa dələduzun kursunda iştirak edirlər, daha sonra "psixoloq" olurlar.
Türkdilli və ya rusdilli internet şəbəkəsində kifayət qədər belə dələduzlar var. Psixiatriyada belə bir fenomen var, psixi problemi olan insanlar öz problemlərini başqalarının üzərində həll etməyə çalışırlar. Bir psixoloqun uzun illərə söykənən bir təhsili olmalıdır ki, kimisə konsultasiya eləsin.

Psixoloqun bakalavr təhsili olmalıdır, sonra iki il magistr təhsili almalıdır, konsultasiya prosesini aparmaq üçün isə sonda xüsusi əlavə təhsil olmalıdır. Fəaliyyətdə olan psixoloqun və yaxud da psixoterapevtin özünü həftədə bir dəfə konsultasiya edən başqa bir supervayzeri olmalıdır. Mənim supervayzerim var.

Elizabet Lukasla həftədə bir dəfə Vyanada görüş keçirirəm. O mənim supervayzerimdir. Bütün bu xərc, əziyyət ona görədir ki, heç bir psixoloq, yaxud da psixoterapevt seansda öz problemini pasiyentə yükləməsin".

E.Əkbər bildirib ki, bu insanlar başqasına məsləhət verib öz daxili boşluqlarını dolduraraq özlərini xoşbəxt hiss etməyə çalışırlar:

"Şüuraltı olaraq elə bilirlər ki, danışdıqları sahədə problemləri yoxdur. Əslində, özlərinə təsəlli verirlər, başqalarına yox.

Bu dələduzların arıqlamağın, milyonçu olmağın sirləri ilə bağlı danışdıqları bütün fikirlər cəfəngiyyatdır. Milyonçu olmağın sirri həmin şəxslərin təlimlərinə getməkdədir, yavaş-yavaş həmin şəxslər təlimlərinə gələn insanların hesabına milyonçu olurlar.

30 saniyədə heç kim milyonçu olmağın sirrini deyə bilməz.

Ən böyük bəla və fəlakət odur ki, sözügedən videolarda narsizm kimi ağır xəstəliyi insanlara normalmış kimi təqdim edirlər. Yəni belə olun, ancaq özünüzü düşünün, özünüz üçün yaşayın, dünya sənin üçün yaranıb, başqa insanları vecinizə almayın və s. Narsizm isə ən ağır psixi xəstəlikdir və demək olar ki, bir faiz sağalar, ya sağalmaz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 399   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28 aprel
.

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yaratdılar

Ulsan Milli Elm və Texnologiya İnstitutunun cənubi koreyalı alimləri sintetik almazların sürətlə istehsalı üçün yeni üsul hazırlayıblar, bu da cəmi 150 dəqiqə ərzində kristal əldə etməyə imkan verir. APA xəbər verir ki, bu barədə tədqiqat "Nature" elmi jurnalında dərc olunub. Təbiətdə almazla

25 aprel
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

28 aprel
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27 aprel
.

"WhatsApp" yeni funksiya ilə hər kəsi heyrətləndirəcək

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28 aprel
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21 aprel