Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏBBu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalında təxminən səkkiz faiz azalma proqnozlaşdırılır. Fil Dişi Sahili və Qanadakı əsas kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə, istehsalı azaltmağa və ya dayandırmağa qərar verdikləri üçün kakao qiymətləri rekord qırır. Kakaonun əsas istifadə olunduğu sahələrdən biri də şokolad istehsalıdır. Bu məhsulla bağlı baş verən proseslər Azərbaycanda şokolad qiymətlərinə nə dərəcədə təsir edə bilər?

"Kaspi" qəzetinin mövzuya həsr olunmuş məqaləsini təqdim edirik:

Xammaldan asılıyıq

İqtisadçı Rauf Qarayev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, şokolad istehsal etmək üçün digər ölkələrin xammal məhsuluna ehtiyacımız var: "Bu bitki Azərbaycanda bitmir. Çünki hava və iqlim şəraiti ölkəmizdə kakao bitkisini yetişdirmək və digər ölkələrə ixrac üçün əlverişli deyil. Ona görə də digər ölkələrdən asılı vəziyyətdəyik. Dünya bazarında ən çox kakao istehsal edən, öndə gedən ölkə Fil Dişi, sonrakı sırada isə İndoneziya, Qana, Braziliya, Malayziya və digər ölkələrdir. 2023-cü ildə də bu bitkinin qiymətində bahalaşma müşahidə edilirdi".

Qiymət artımını payızda müşahidə edə bilərik

R.Qarayevin fikrincə, hazırda şokoladların qiymətində artım gözlənilməsə də, gələcək dövr üçün bu, mümkündür: "Bu artım Azərbaycanda şokoladın qiymətinə 10-20 faiz təsir edə bilər. Amma Azərbaycan tək kakaonu almır, həm də satışını həyata keçirir. Hazırda yay fəslinə doğru gedirik. Belə olduğu təqdirdə şokolada olan tələbat da azalır. Bu baxımdan hazırda heç bir təhlükə yoxdur. Amma qiymət artımını payız fəslində müşahidə edə bilərik".

Onlardan heç də geri qalmırıq

İqtisadçının sözlərinə görə, şokolad istehsalında keyfiyyətli hesab oluna biləcək məhsullarımız çoxdur: "Hazırda rəqiblərimiz Rusiya, Türkiyə, Özbəkistan kimi ölkələrdir. Keyfiyyət baxımından onlardan heç də geri qalmırıq. Müasir avadanlıqlar və digər şərait imkan yaradır ki, ölkəmizdə keyfiyyətli şokolad istehsal olunsun. Bu baxımdan digər ölkələrdən asılılığımız da azalır. Amma kakao cəhətdən asılı olduğumuz üçün qiymət artımı daha çox şokolad istehsal edən firmalara təsir göstərə bilər".
Qiyməti formalaşdıran bazardır

Müsahibimiz qeyd etdi ki, bazarda süni qiymət artımları baş verə bilər, lakin buna nəzarət vacibdir: "Qiymətin bahalaşmasının qarşısının alınması üçün daimi monitorinq həyata keçirilməlidir. Çünki qiyməti formalaşdıran bazardır, bəzi hallarda sahibkarlar sui-istifadə hallarına yol verirlər. Sahibkarlar qiyməti qaldırdığı zaman bunu əsaslandıran səbəbləri qeyd etmirlər. Amma monitorinqlər aparılmalı və əsassız şəkildə qiymətləri qaldıran sahibkarlar cəzalandırılmalıdırlar. Bu şəkildə süni qiymət artımının qarşısı alınar".

Tələb və təklif qaydalarına uyğun olaraq...

Qida mütəxəssisi Seymur Qafarovun fikrincə, kakaonun istehsalında problemlər mövcud olduğu üçün şokoladın qiymətində yüksəlmə olması təbii haldır: "Dünyada ən çox bahalaşmaya məruz qalan məhsul kakaodur. Bunun səbəbi dünyada onun təminatçısı olan Afrika ölkələrində istehsal şərtlərinin ağırlaşması, mütəxəssis və işçi heyətinin azalması, torpağın məhsuldarlıq səviyyəsinin pestisidlərin təsiri ilə aşağı düşməsidir. Beləliklə, kakaonun istehsalı da azalır. Tələb və təklif qaydalarına uyğun olaraq az istehsal olunmuş məhsul bazarda bahalaşır".

Tək şokolad bahalaşmayacaq

S.Qafarov bildirdi ki, şokolad və ondan hazırlanan digər şirniyyatların qiymətlərinin də bahalaşması mümkündür. Çünki istehsal müəssisələri xammalı baha qiymətə əldə edir və bu da istehlakçılar üçün ziyandır: "Bu, ictimai iaşə müəssisələri, qənnadı istehsalı sahələrinə də öz mənfi təsirini göstərəcək. Yəni şokoladlı kekslər, bulkalar, bu məhsulun istifadə olunduğu dekorasiyalı tortlar və digər qənnadı məhsullarında - dondurma, kokteyllərin qiyməti də müvafiq olaraq yüksələcək. Həmçinin ölkəmizdə şokolad istehsal edən böyük sahibkarlıq subyektləri və kiçik sexlər şokolad ehtiyaclarının 90 faizdən daha çox həcmini yalnız ölkə xaricindən idxal olunmuş hazır şokolad paxlaları və kakao tozu əsasında ərsəyə gətirir. Onlara bu məhsullar baha başa gələcək. Nəticədə məhsullar istehlakçıya daha yüksək qiymətə gəlib çatacaq. İstehlakçılar bazarda tək şokoladın bahalaşması ilə qarşılaşmayacaq, həmçinin şokolad tərkibli qidaları da baha qiymətə almış olacaqlar. Şokoladın hazırlanmasında isə itki paylarını azaltmaq üçün bu məhsuldan daha diqqətli istifadə olunacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 420   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21 aprel
.

Məşhur psixoloji test: Ən böyük qorxunuzun nə olduğunu öyrənin

"Girməkdən qorxduğunuz hər mağarada axtardığınız bir şey var", - Cozef Kempbell deyib. Qorxularımız tez-tez irəliləməyimizə, özümüzü yetərli və xoşbəxt hiss etməyimizə mane olan maneələr yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçı və yazıçı Cozef Kempbell inanırdı ki, qorxularınız

21 aprel
.

Dünyanın əllə qazılan ən dərin quyusu: 390 metrdən çoxdur

İngiltərənin Şərqi Susseks qraflığında çox maraqlı yer var. Ora "Vudinqdin quyusu" adlanır. Hidravlik qurğu "Nuffild" tibb müəssisəsinin həyətində yerləşir. xarici KİV-ə istinadən xəbər verir ki, quyunun dərinliyi 391,6 metrdir. Dünyada əllə qazılan bu qədər dərin başqa quyu yoxdur

23 aprel
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25 aprel
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21 aprel
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28 aprel
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel