İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcəkAzərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "RR Travel Company" MMC (VÖEN – 1305786331) olub.
Tenderin qalibi olan "RR Travel Company" MMC Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının sifarişi əsasında "Novruz bayramı" tədbirini təşkil edəcək və qarşılığında 13 min 983 manat alacaq.

Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan "RR Travel Company" MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Şirkət 21 noyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, müsabiqə ilə bağlı məlumat dövlət satınalmalarının vahid internet portalında 15 aprel 2024-cü il tarixində dərc olunub. Məlumatda bildirilir ki, tenderin icra müddəti 08 aprel 2024-ci il tarixində başlayır 30 aprel 2024-cü il tarixində başa çatır.

"Dövlət satınalmaları haqqında" Qanunun 38.11-ci maddəsində isə göstərilir ki, satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirir.

Məlumat üçün onu da bildirək ki, bu il Azərbaycanda Novruz bayramı 20-24 mart tarixləri arasında qeyd olunub.
İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 880   Tarix: 15 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqlar qədər böyüklər də bu qidanı çox sevir: "Marojna" yeyək?

Artıq yay fəslini yaşayırıq. dondurma 7-dən 77-ə hər kəsin sevimli qidasıdır. Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. Bəs keyfiyyətli dondurma necə anlaşılır. Dondurma sezonu başladı. Sağlamlığımız üçün nəyə diqqət etməliyik? . Məsəl

29 aprel
.

Həkimlər həyəcan təbili ÇALIR: İnfarktdan ölənlər niyə artıb? - AÇIQLAMA

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda insanlar ürək xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır. Son zamanlar Azərbaycanda infarkt və insultun halları kəskin artıb. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı onkoloq-həkim

29 aprel
.

Həftənin ilk iş gününün HAVA PROQNOZU

Aprelin 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civ

28 aprel
.

Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB

Ölkədə evsiz insanların sayı kifayət qədərdir. Bu da önemli bir faktdır ki, bir qrup imkanlı şəxslər davamlı olaraq çox sayda daşınmaz əmlak alırlar. Qeyd edək ki, son vaxtlar bir sıra vəzifə səlahiyyətindən sui-istifadə edən şəxslər öz cinayət əməllərinə görə vəzifədən uzaqlaşdırılaraq, əmlakları d

29 aprel
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

29 aprel
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Qaynarinfo"nun məlumatına görə, 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminind

29 aprel
.

Keçmiş Baş nazirin xanəndə kürəkəni Bodibildinq üzrə kuboka sahib oldu - FOTO/VİDEO

Azərbaycanlı xanəndə Pərviz Qasımov uğura imza atıb. xəbər verir ki, muğam ifaçısı 2024-cü ilin Bodibildinq və Fitnes üzrə Azərbaycan Kubokunda qalib olub. Yarış Milli Gimnastika Arenasında baş tutub. Pərviz Qasımov rəqiblərini üstələyərək ilk yerin sahibi olub. Bu barədə xanəndə şəxsi sosial şəbək

29 aprel
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29 aprel
.

Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Bu barədə -

29 aprel