"Onlar niyə tutulsun?! Onlar Azərbaycan üçün canla-başla böyük işlər görürlər!.."

"Onlar niyə tutulsun?! Onlar Azərbaycan üçün canla-başla böyük işlər görürlər!..""Çox dedi ki, mən DTK-nın işinə qarışmayım, başımı xataya salmayım. Cavab verdim ki, nə olursa-olsun, sözümü deməliyəm..."

"Üzünün ifadəsindən anladım ki, Bağırov bütün bunlardan xəbərsiz imiş..."

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov özünün "Bir ömrün salnaməsi" kitabında Mingəçevir su elektrik stansiyasının tikintisinə rəhbərlik etdiyi zaman SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin tapşırığı ilə həmin tikintidə çalışan ən bacarıqlı, peşəkar mütəxəssislərin haqsız və müəmmalı həbslərinə qarşı apardığı mübarizədən, bu mövzuda respublikadakı məmurların, demək olar ki, hamısının qarşısında tir-tir əsdiyi keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri(1933-1953) Mir Cəfər Bağırovun önündə cəsarətlə, çəkinmədən danışmasından bəhs edib.

Aktuallığını nəzərə alaraq sözügedən həmin epizodun ən maraqlı parçalarını Moderator.az oxucularının nəzərinə çatıdırırıq:

"SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan şöbəsinin əməkdaşı Mityukov soyadlı kiçik leytenant "xüsusilə mühüm obyekt" sayılan Mingəçevirə təhkim edilmişdi. İşin qızğın vaxtı bir də gördüm ki, bacarıqlı mütəxəssislər bir-bir yoxa çıxır. Onlar qondarma "xalq düşməni" adı ilə 15-20 il türmədə yatıb-çıxmış sənətkarlar idilər. Bir də görürük ki, hidrotexnikaya baxan Vaskin yoxdur, elektrik işlərinə baxan Yeryomin yoxdur, torpaq işlərinə baxan Zaqrajski gözə dəymir. İvanov, Əmiri... yoxdur. Maraqlandım ki, bu adamlar hanı. Dedilər ki, Mityukovun sözü ilə onları tutub Azərbaycan SSR DTK sədri Yemelyanovun zirzəmisinə salıblar. Məsələ ondadır ki, o dövrdə Stalinqrad HES, Kuybışev HES tikilməyə başlamışdı. Onlarsa böyük mütəxəssislər idi. İndi də istəyirlər ki, onları həbs edib dustaq kimi Rusiyaya göndərsinlər. Hamısını o məqsədlə Bakıda Yemelyanovun həbsxanasına salmışdılar...

Mir Cəfər Bağırov tapşırmışdı ki, Mingəçevirdə nə çətinliyin olsa, mənə xəbər et... Bu haqsızlığın qarşısını almaq istəyirdim. Bir-iki ay çalışdım, Bağırovun qəbuluna düşə bilmədim. Onun bir köməkçisi var idi – Novikova. Sanki cəhənnəmin alovlarından çıxmış acıdil bir qadın idi. Heç kəs onun əlindən yaxasını qurtara bilməzdi... Axır ki, çox acı-sərt söhbətimizdən sonra mənim üçün vaxt ayırdı: "İyulun 15-də saat 9:00-da gələrsən!"...

...1951-ci il idi. Səhər tezdən durub getdim. 9 tamamdan gözləyirdim; 10 oldu, 11 oldu... Məni çağıran yoxdur. Qəbul otağında da telefonların yanında bir cavan oğlan əyləşmişdi. Saat 12-də İslamzadə tövşüyə-tövşüyə, qan-tər içində oraya gəlib çıxdı.

-Ay Kamran, nə məsələdir, nə olub?

-Necə yəni, nə məsələdir?! Sənə demişəm ki! Bu qədər adamı tutub aparırlar! İşin belə qızğın vaxtında belə sənətkarları tutmaq olar?! Mingəçeviri nə mən tikirəm, nə də sən. Xəbərin var bu işlərdən?..

İslamzadə:

-Adə, mən sənə yüz yol demişəm ki, bunların işinə qarışma! Bu, xatalı işdir. Cəhənnəm olsun hamısı, qarışma onların işinə! - deyə cavab verdi mənə.

-Yox! Qarışmalıyam! Mən heç nə itirmirəm. Mən deməliyəm ki, o cür mütəxəssislər qarşısında baş əyirəm. Onlar niyə tutulsun?! Onlar Azərbaycan üçün canla-başla böyük işlər görürlər! Mənimlə qonşudurlar. Görürəm necə işləyirlər!..

İslamzadə çox dedi ki, mən DTK-nın işinə qarışmayım, başımı xataya salmayım. Cavab verdim ki, nə olursa-olsun, sözümü deməliyəm...

Demə, mənim bu qədər gec qəbul olunmağımın məqsədi varmış. Yemelyanovun aparatı hər yeri ələk-vələk edib İslamzadəni tapıb gətiriblər ki, o da mənimlə Bağırovun qəbulunda olsun. Nə isə, keçdik içəri...

Yayın isti günləri idi. Bağırov əynində tor köynək, ayaq üstə dayanmışdı. Sumbat Topuridze, Teymur Quliyev, Teymur Yaqubov, Mərkəzi Komitənin katibi, inşaata baxan Qafarzadə, Padarov, daxili işlər naziri Atakişiyev, DTK sədri Yemelyanov da içəridə idilər. İslamzadə gedib onların böyründə oturdu. Mən tək geridə qaldığımdan aşağı başda əyləşdim. Gördüm ki, Bağırov əlində demi(qəlyan), gözündə eynək diqqətlə mənə baxır. Birdən yanındakı əsabələrinə tərəf dönüb dedi:

-Papiros çəkməyin, ancaq sümürün.

Stolun arxasından düz mənim qarşıma gəlib dedi:

-Nə üçün oturmusan?

Tez ayağa qalxdım. Üstümə qışqırdı:

-Otur!

Mən əyləşən kimi bir də qışqırdı:

-Niyə oturdun?

Ancaq mən daha ayağa qalxmadım... Bağırov yenidən stolun arxasına keçib dedi:

-Eşidirəm səni...

Dedim:

-Yoldaş Bağırov, Mingəçeviri nə mən tikirəm, nə də İslamzadə. Mingəçevir Azərbaycan xalqının, ölkənin köməyi ilə buraya gələn mütəxəssislərin sayəsində tikilir. Mingəçevir tikintiləri Azərbaycana nə qədər mənfəət verəcəksə, indi o qədər də çətin, ziddiyyətli məsələlərlə qarşılaşırıq. Biz belə hallara yol verə bilmərik. Çünki elə bir fəlakət baş verir ki, gördüyümüz işlər məhv ola bilər...

-Nə deyirsən?!.

Cavabında yuxarıda adlarını çəkdiyim adamların adlarını, onların başlarına gətirilənləri dedim. Dedim ki, bir aydan çoxdur ki, onlar Bakıda həbsxanada yatırlar...

Üzünün ifadəsindən anladım ki, Bağırov bütün bunlardan xəbərsiz imiş...

(Davamı var)

K.Hüseynov. "Bir ömrün salnaməsi". S. 48-50.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 551   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ prezidentliyinə namizəd SAXLANILDI

Sent-Luisdəki Vaşinqton Universitetində Fələstin tərəfdarlarının keçirdikləri etiraz aksiyasında Yaşıllar Partiyasından ABŞ prezidentliyinə namizəd Cill Stayn saxlanılıb. xəbər verir ki, bu barədə məlumat siyasətçinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Seçki kampaniyasının meneceri Ceyso

29 aprel
.

Hədəfdə yeni "44" var: Azərbaycana qarşı planın GİZLİNLƏRİ

ABŞ Konqresinin üzvü, ermənipərəst və erməni lobbisinin sifarişlərinin icraçısı Dina Titus Azərbaycana qarşı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiyini bildirib. Onun sanksiya siyahısına 44 nəfəri daxil etməsi xüsusi diqqət çəkib və Ordumuzun tarixi Zəfəri ilə bitən 44 günlük müharibəy

29 aprel
.

109 il əvvəl Tələt Paşanın göndərdiyi teleqram: Erməniləri ifşa edən sənəd

Diaspor və "soyqırımı" yalanını müdafiə edənlər həmişə Osmanlı dövlətinin daxili işlər naziri Mehmet Tələt Paşanın Ankara valiliyinə göndərdiyi teleqrama istinad edirlər. Sənədlər Türkiyə əleyhdarlarını inkar edir. Tarixçilər isə Tələt Paşaya məxsus sənədlərin təhrif edildiyini bildirirlər

29 aprel
.

Qanunvericilikdə "12345" QADAĞASI: Hansı DƏYİŞİKLİK OLACAQ?

İngiltərədə internetə qoşulan cihazların təhlükəsizliyini yaxşılaşdırmaq üçün yeni qanunlar paketi təqdim edib. xarici mənbəyə istinadən xəbər verir ki, Elm, İnnovasiya və Texnologiya Nazirliyi tərəfindən açıqlanan bu qanunlar smartfonlar, televizorlar və qapı zəngləri kimi cihazların kiberhücumlarda

30 aprel
.

Səhvən başqasına göndərilən pulu qaytarmaq olarmı? - VİDEO

Artıq bankların mobil tətbiqlər pul köçürmə ilə bağlı işimizi xeyli asanlaşdırıb. İstənilən şəxsin kartına çox qısa zamanda pul göndərə bilərik. Amma bəzən insanlar kiçik bir diqqətsizlik nəticəsində kartın nömrəsini yanlış yazır və səhvən başqa bir adama pul göndərir. Bəs belə olan halda pulu geri qaytarır?

29 aprel
.

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı - VİDEO

Xırdalanda qadın intihara cəhd edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, özünü binanın eyvanından atan qadın, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin qurduğu hava yastığı nəticəsində xilas olub. Həmin görüntüləri təqdim edirik:

30 aprel
.

"Başkəndin strateji əhəmiyyətini Musabəyov və İsgəndərov kimi deputatlar bilə bilməz" - AÇIQLAMA

Bu gün mətbuatda İTV-nin "Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirdiyinə dair məlumatlar yayılıb. Digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti"

29 aprel
.

Azərbaycanda avtobusun vurduğu qadın xəstəxanada ölüb - FOTO

Tovuzda sərnişin avtobusunun vurduğu qadın xəstəxanada ölüb. APA-ya istinadən xəbər verir ki, dünyasını dəyişən 30 yaşlı Rəfa Nağıyevadır. Faktla bağlı araşdırma aparılır

29 aprel
.

İnsanlar ölüm təhlükəsi ilə üz-üzə: Dövlət qurumu razılaşdı, AMMA YENƏ DƏ... - VİDEO

Bakı-Sumqayıt yolunun Abşeron Gənclər şəhərciyindən keçən hissəsində piyada keçidi yoxdur. Yolun sağ və sol hissəsində günbəgün artan yaşayış məntəqələrinin fonunda belə bir yoxluq əməlli-başlı problem yaradır. xəbər verir ki, problemin ciddiliyi ilə bağlı "ARB Xəbər"in əməkdaşları sözügedə

29 aprel