"Fransanın Azərbaycandakı səfirini geri çağırması dövlətimizə qarşı növbəti təxribatdır" - DEPUTAT

"Fransanın Azərbaycandakı səfirini geri çağırması dövlətimizə qarşı növbəti təxribatdır" - DEPUTAT"Fransanın 44 günlük Vətən müharibəsindən sonra atdığı addımlar Azərbaycanla-Ermənistan arasında münasibətlərin yenidən gərginləşdirməyə xidmət edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Fransanın Azərbaycandakı səfirini geri çağırması bu dövlətin ölkəmizə qarşı növbəti təxribatıdır:

"Fransa son 3 il yarım müddətdə atdığı addımlarla Azərbaycanla olan dostluq münasibətlərini zədələməkdədir. Bu gün Azərbaycan bütün dövlətlərlə dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa çalışır. Təəssüf ki, bunu Fransaya aid etmək olmaz. Fransa hər zaman Azərbaycana qarşı qərəzli mövqedə dayanıb. Vətən müharibəsindən sonrakı dövrdə qəbul Fransa senatının qəbul etdiyi əssasız qətnamələr, səfirliyimizə qarşı edilən hücumlar və Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı edilən barbarlıq bu ölkənin dövlətimizə qarşı qərəzli mövqeyinin sübutudur".

Deputat vurğulayıb ki, Fransanın atdığı addımlar regionda vəziyyəti gərginlişdirməyə və bölgədə sülhün təmin olunmasına maneə olmağa çalışır:

"Heç kəsə sirr deyil ki, 30 il ərzində Fransa gizli şəkildə Ermənistana dəstək olub. ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi neytral mövqe tutmalı olan Fransa 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə əsil üzünü büruzə verdi. Fransa 3 il yarım müddətdir ki, müxtəlif yollarla Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalışır. Fransa Azərbaycanın bölgədə yaratdığı yeni reallıqla barışmalıdır. Azərbaycan heç bir zaman haqlı mövqeyindən geri çəkilməyəcək və Fransanın regionu gərginləşdirməyə yönəlmiş addımlar bizi yolumuzdan döndərə bilməyəcək. Fransa tutduğu qərəzli mövqeyini dəyişməsə Azərbaycan bu ölkə ilə münasibətlərinə yenidən baxmalı olacaq. Hətta Azərbaycan da Fransadakı səfiri geri çağıra bilər. Düşünürəm ki, tezliklə dövlətimiz bu istiqamətdə lazım olan addımları atacaq".

Qeyd edək ki, Fransa Azərbaycandakı səfirini geri çağırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 314   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərhəddə yaşayan ermənilərə XƏBƏRDARLIQ

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış işləri aparılacağına dair yerli sakinlərə xəbərdarlıq edilib. Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, partlayış 08:10-dan 08:40-dək olan vaxt aralığında baş verəcək. Sakinlərdə

29 aprel
.

"Artıq Paşinyan da anlayır ki, Ermənistanın inkişafı sülh müqaviləsini imzalamaqdan keçir" - DEPUTAT

"Bu gün bəzi qüvvələri Paşinyanın Azərbaycanın şərtləri ilə razılşaması narahat edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, dörd kəndin heç bir güllə atılmadan Azərbaycana qaytarılması tezliklə sülh müqaviləsinin imzalaması ehtimalını artırdı:. "Azərbaycan-Ermənista

29 aprel
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

29 aprel
.

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz (VİDEO)

Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər. Sürücülərin əksəriyyəti bu işıq siqnallarını qəza halından başqa məqsədlər üçün də istifadə edirlər. Kimisi piyada keçidində yol verən zaman, kimisi sərnişin düşürərkən və sairə. Nəqliyyat məsələləri üzrə eksper

29 aprel
.

Anar Məmmədli saxlanılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb. Bu barədə -ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib. O bildirib ki, A.Məmmədli barəsində araşdırma aparılır

29 aprel
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28 aprel
.

Evdən 60 min manatlıq qızıl oğurlandı - Xidmətçi saxlanıldı

Nizami rayonu ərazisində mənzillərin birindən 60 00 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyə

29 aprel
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29 aprel
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

29 aprel