Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜAT

Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜATLənkəranda 1986-cı il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ofeliyaya (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 1-də baş verib.

Arvadının ona yemək verməməsi səbəbindən Ərəstun yumruqla onun sağ göz nahiyəsinə qəsdən vuraraq, xəsarətlər yetirib.

Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

İfadəsində Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, ailəlidir, iki uşaq atasıdır:

"Ofeliya ilə 2009-cu ildə ailə həyatı qurmuşam. Bazar ərazisində fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm. Arvadım evdə təmizlik işləri görmədiyinə görə onunla mübahisələrimiz baş verib. Sonuncu dəfə hadisə günü, saat 19 radələrində işdən evə gələrək arvadımdan yemək istədim. Lakin o, yeməyin hazır olmadığını dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Arvadım nalayiq ifadələr işlətdi. Bundan əsəbiləşərək onun sağ göz nahiyəsinə yumruqla vurdum, sonra evdən çıxıb getdim".

İş üzrə zərərçəkmiş Ofeliyanın sözlərinə görə, əri Ərəstun onunla tez-tez mübahisələr edib:

"Sonuncu dəfə Ərəstun işdən evə gələrək yeməyi vermədiyim üçün mənimlə mübahisə etdi. Ərəstun yeməyi gec verdiyim üçün nalayiq ifadələr işlətdi. Ərimə söyüş söyməməsini dedim. Ərəstun əsəbiləşərək üzərimə gəldi, gözümə yumruqla vurdu".

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmadığını nəzərə alıb.

Bu səbəbdən Ərəstunun barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 558   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

30 aprel
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

30 aprel
.

Avtobuslar vaxtaşırı TƏMİZLƏNİR? - Açıqlama

Bəzən marşrut və avtobuslarındakı antisanitariya ilə bağlı narazılıq edən sərnişinlərlə rastlaşırıq. Yay aylarında sərnişinlərin səhhəti üçün vacib olan əsas amillərdən biri təmizlikdir. Bəs ictimai nəqliyyatdan bu təmizliyə riayət edir?. Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov -a açıqlam

30 aprel
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

30 aprel
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29 aprel
.

Hotellərdə gecələyənlərin sayı artıb

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,

30 aprel
.

May ayında hava necə olacaq?

Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanı

30 aprel
.

Üzərinə benzin tökülərək yandırılan qadın öldü

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir neçə gün əvvəl ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən 1990-cı il təvəllüdlü Türkanə Məmmədova dünən dünyasını dəyişib. Qeyd edə

30 aprel
.

İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədi

30 aprel