"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRHErmənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başqa Azərbaycanla sərhəddə avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər. Bəs Paşinyan bu açıqlamaları ilə tam olaraq nəyi nəzərdə tutur?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan şübhəsiz ki, burada açıq bir şəkildə Azərbaycan və Ermənistan sərhədlərinin açılmağını, iki ölkə sərhədinin arasında ticarət alış-verişinin olmasından bəhs edir:

"Lakin biz Nikol Paşinyanın və bütün Ermənistan siyasi idarələrinin çıxışlarına baxdığımızda əslində ənənəvi şəkildə müsbət və mənfi davam edən danışıqlarını görürük. Nikol Paşinyan gah sərhəddə, gah İrəvanda çıxışlar edir. Biz bilirik ki, Azərbaycan və Ermənistan arasında artıq heç bir ciddi məsələ qalmayıb. Sadəcə olaraq tək bir məsələ qalıb. Oda Azərbaycan anklavlarının geri qaytarılmasıdır. Onun xaricində Qarabağ tam işğaldan azad olunub. Geriyə digər bir problem Zəngəzur məsələsidir. Ermənistan bu iki problemi həll etmək üçün öhdəsinə işləri yerinə yetirərsə, biz sülh müqaviləsi imzalaya bilərik. Ancaq Ermənistan əfsuslar olsun ki, 2020-ci ildən verdiyi vədlərin heç birini yerinə yetirmək istəmir. Belə ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar və Azərbaycan kəndlərini verib verməyəcəyi ilə bağlı aydın bir cavab gəlməyib".

Politolqun sözlərinə görə, keçdiyimiz həftələrdə kəndlərdə sakinlər ilə görüş zamanı Ermənistanın maketini göstərdi. Bu maketdə o mesajı verdi ki, biz kəndləri qaytara bilərik. Ancaq başqa bir çıxışında heç vaxt Azərbaycanın burada kəndləri olmadığını deyib:

"Paşinyan bir şeyi anlamalıdır ki, əgər o ölkəsini iqtisadi və digər sahədə inkişaf etdirmək istəyirsə, Azərbaycan ilə barışmalıdır. Çünki onun xarici havadarları, Vaşinqton və Parisdəki tərəfdarları, Rusiyadakı ermənipərəst qüvvələr yardım etməyəcək. 30 ildən daha çox xarici havadarlar Ermənistana "yardımlar" ilə ölkəni böhrana gətirib çıxardılar. Ermənistan ordusu özü ilə çox qürur duyurdu. Amma bu ölkənin ordusunun döyüş qabiliyyətinin olmadığı ortaya çıxdı. Ona görə də tez bir zamanda telekommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və digər proseslərin həyata keçirilməsi üçün Azərbaycanın şərtlərini qəbul etməlidir. Çünki Ermənistan və Azərbaycan arasındakı proseslərə baxdığımızda bu iki ölkə arasında gedən normal bir proses deyil. Biri işğalçı, digər tərəfi isə 30 il ərzində işğala məruz qalmış dövlətdir. Ona görə Ermənistan mütləq 30 ildən sonra ən azından Azərbaycanın maddi və mənəvi təzminatlarının ödənilməsi üçün şərtləri yerinə yetirməlidir".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1562   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

1 may
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30 aprel
.

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

İrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağ

1 may
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyina

1 may
.

Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb. Buna səbəb isə, kirayəçi Həsən Qurbanovun 13 ildir yaşadığı bu evin ona aid olmasını iddia etməsidir. Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqda

1 may
.

TƏBİB-də yeni təyinat

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Nigar Rüstəmli Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinə rəhbər təyin edilib. O bu barədə sosial media hesabında paylaşım edib. "TƏBİB-in prioritet istiqamətlərindən olan səhiyyəmizin beynəlxalq arenada tanınması üçün yolumuz uzun, enerjimi

1 may
.

"WhatsApp"dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…

"WhatsApp"ın son versiyasında yaranan səhv istifadəçilərin video göndərməsinə mane olur. Naməlum xəta səbəbindən "Android cihazlarda "WhatsApp" messencerinin istifadəçiləri söhbətlərdə çəkdikləri videoları göndərə bilmirlər. xəbər verir ki, bu barədə "9to5Google" portal

30 aprel
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

1 may
.

Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb. Qeyd edək ki, o, 2018-

1 may