Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdüSumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib.

Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

06:42

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib.

"Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Fikrət Hakim oğlu Məmmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2798   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

""Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir" - Əhliman Əmiraslanov

"Ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi"nin tərkib hissəsidir

2 may
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

1 may
.

Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - FOTO/VİDEO

Ötən gün tanınmış xanəndə Züleyxa Rəhimi vəfat edib. xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. "Elgizlə izlə" verilişinin çəkiliş komandası sənətçinin evinə yollanıb. Xanəndənin qonşuları və nəvəsi onun vəfatı ilə bağlı danışıb. Nəvəsi bildirib ki, Züleyxa Rəhimi qar

2 may
.

Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - ANBAAN VİDEO

Dünən Bakıda iki yük maşınının alışaraq yanması barədə məlumat vermişdik. -in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birində yatan sürücü son anda xilas olub. Belə ki, kənardan TIR-ın alışdığını görən digər sürücü yanan yük maşınında yatan sürücünü oyadıb. Bunda

2 may
.

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? - Komissiya üzvü

"Bu günə kimi Əfv Komissiyasında 400-ə yaxın müraciətə baxılıb". Bunu Qaynarinfo-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı may ayının sonlarına yaxın imzalana bilər:. "Çünkü iclaslarımız həl

2 may
.

Bakıda ev yandı, ölən var

Bakıda evdə yanğın olub. xəbər verir ki, hadisə Səbail rayonu G. Əliyev küçəsində baş verib. Yanğın nəticəsində evdə yaşayan 27 yaşlı Tyurin Viktor Nikolayeviç ölüb. Faktla bağlı araşdırma aparılır

2 may
.

Ər-arvad arasında bölünməyən əşyalar hansılardır?

Nikah pozularkən ər-arvadın hər birinin ayrıca əmlakı sayılan, əvəzsiz əqdlər əsasında əldə olunmuş və yaxud da şəxsi vəsait hesabına alınmış əşyalar bölünə bilməz. Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Zaur Əliyev bildirib. Hakim qeyd edi

2 may
.

Cəbrayıl rayonunun Horovlu kəndi belə tikilir - VİDEO

Cəbrayılın Horovlu kəndində tikinti işləri davam edir. xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Qeyd olunub ki, ilk mərhələdə 334 fərdi yaşayış evinin inşası həyata keçirilir

2 may
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

2 may