Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMASon günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası alan tiktokerlər var. Bəs onlar konkret nə ediblər? Suala cavab tapmaq üçün AzVision.az-ın əməkdaşları yerli tiktokerlərin pis qoxulu profillərinə baxmaq əzabına qatlanmalı olub...

Saxlanılma xəbəri yenicə çıxan 1994-cü il təvəllüdlü, "Semka" ləqəbi ilə tanınan Samir Ramazanovdan başlayaq. O, qeyri-etik paylaşımlarına görə 30 sutka inzibati qaydada həbs edilib. "Semka" tez-tez bir sıra xanım və oğlan tiktokerlərlə birgə canlı açır, yarış keçirirdi. Tərəf-müqabili ilə ünsiyyət zamanı bir çox hallarda qeyri-etik sözlər işlədirdi. Profil paylaşımlarında isə parikdən istifadə edərək, daha çox qadın obrazları yaradır və onları təqlid edirdi.

1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini "Adem.Mirzeyev" profili ilə tanınan tiktoker Sadiq Mirzəyev bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, yenidən məsuliyyətə cəlb edilib və müvafiq qərarla inzibati qaydada 30 sutka həbs edilib. O, "Tik-Tok" sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxır.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

"Po jizni Cesi" ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, "Roşka" ləqəbli Rövşən Süleymanov da saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30, R.Süleymanov isə 20 sutka inzibati qaydada həbs edilib. Onlar sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləməkdə günahlandırılırlar.

Tiktoker Ləman Vəliyeva da bir neçə dəfə saxlanılıb. Saxlanılmaya səbəb canlı yayımlar zamanı milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydalarıdır. Onun səs-küylü paylaşımlarından biri də himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələr işlətməsi olmuşdu. Ümumiyyətlə, bu qadın tiktoker canlı yayımlarında tez-tez söyüşlər işlətməsi ilə xatırlanır. Bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu "Tik-Tok" istifadəçilərinin canlı yayımda işlətdiyi qeyri-etik ifadələrə görə DİN-ə şikayət ünvanlamışdı.

Şikayət edilənlər arasında tiktoker Əmrahın da adı var idi. O, Gürcüstandan Azərbaycana qayıdarkən Hava Limanında saxlanılmışdı. O, daha əvvəl canlı yayımda işlətdiyi söyüşlərə görə həbs edilib.

"Daqqılı" ləqəbli bloqer Ziliş Cəfərov narkotika istifadəsinə görə 15 sutka həbs olunmuşdu. Bakının Qaradağ rayonunda yaşayan 31 yaşlı Z.Cəfərov ifadəsində narkotik maddəni 10 manata aldığını deyib: "1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığım şəxsdən 10 manata almışdım. İstifadəsində şübhəli bilindiyimdən, müayinə üçün narkoloji dispanserə aparıldım və psixotrop maddələrdən istifadə etməyim aşkarlandı. Əməlimdən peşmanam və bir daha belə hala yol verməyəcəyimə söz verirəm".
"Tik-Tok"da "Baboş" ləqəbi ilə tanınan Babək Cabbarov hələ ötən il 15 sutka həbs cəzası almışdı. Onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazilərini sərt tənqid etməsi və daha sonra onlarla Çingiz Xan restoranı yaxınlığında mübahisə etməsi səbəb olmuşdu.

Bəs əslində normal tiktoker necə olmalıdır? "Tik-Tok" platforması Azərbaycanda özünü doğruldurmu?

Suallara "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası"nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasovla aydınlıq gətirməyə çalışmışıq.

Ekspert bildirib ki, "Tik-Tok" Azərbaycanda faydalı məlumat emal edən platformaya çevrilə bilmədi, yalnız mənfi, faydasız və qeyri-etik məlumatlarla bəzi insanları məşhurlaşdırdı. Halbuki başqa ölkələrdə - məsələn, Yaponiyada, Çində bu platformada faydalı məlumatlar olur. Elm insanları ondan istifadə edir, fikirlərini yayırlar. Azərbaycanda isə "Tik-Tok"un alqoritmi heç bir intellekti və etikası olmayan insanların məkanına çevrildi. Ona görə də, bu platforma ölkəmizdə birmənalı qarşılanmır, özünü sübut edə bilmir. Bu şəbəkənin bizdə nüfuzu, reputasiyası yüksək deyil. Cəmiyyətdə ən çox tənqid olunan, qınanılan sosial şəbəkələrdən biridir.

"Orada məşhurlaşan insanlara nəzər yetirin, 70%i qeyri-etik çıxış və geyimlərlə, dəyərləri alçaldaraq, öz övladlarından sui-istifadə edərək tanınıblar. Orada cəmiyyəti poza biləcək, dəyərlərə təsir edən, insanlarda səhv fikir formalaşdıran dezinformasiyalar var. Ona görə də müharibə dövründə ilk bağlanan şəbəkə "Tik-Tok" olmuşdu. Dövlət əsas təhlükəni burada görmüşdü. Şəxsən mən "Tik-Tok"da yoxam. Orada olmağı da qəbul etmirəm. Hərçənd, orada faydalı məlumatlar paylaşan insanlar az da olsa, var", - ekspert deyib.

Sosial bloqer, tiktoker Vüsal Yusifli də mövzu ilə əlaqədar fikirlərini bölüşüb:

"Tiktoker necə olmalıdır" deyə bir anlayış yoxdur. Kiminsə zövqünə uyğun tiktoker olmaq borcumuz da yoxdur. Kim özünü necə görürsə, sosial şəbəkədən də elə ifadə edir. Azərbaycandakı "Tik-Tok" bizim cəmiyyətimizin güzgüsüdür. Kimin intellektual səviyyəsi nə qədərdirsə, səhifəsini də elə idarə edir. Əfsuslar olsun ki, bizdə intellektual səviyyəsi aşağı olanların canlı yayımlarına daha çox tələbat var. Çünki onların hamısı şou xarakterlidir. Bizim cəmiyyət isə şouya düşkündür. Mənim kimi elmi bilgilər paylaşan tiktokerlərin canlı yayımlarında 300-400 nəfər olur, amma bayağı şou edənlərin 4-5-10 min izləyicisi var və minlərlə hədiyyə göndərirlər. Tiktokerlərin həbsinə gəlincə isə keçmiş hüquqşünas olaraq deyə bilərəm ki, cinayət məcəlləsində və ya inzibati xətalar məcəlləsində əxlaq normaları ilə bağlı konkret maddələr yoxdur. Tiktokerlərin əksəriyyətinin qeyri-etik ifadələrə, əxlaqsız və təhqiramiz davranışlara görə həbs olunduğu xəbərlərini oxuyuruq. Bu cür hallara görə cinayət məcəlləsi dəyişməli və yenilənməlidir. Çünki bizim məcəlləmiz 90-cı illər üçün nəzərdə tutulub. "Əxlaq" anlayışı subyektivdir. Kimin üçünsə əxlaqlı sayılan bir şey başqası tərəfindən əxlaqsızlıq kimi qəbul oluna bilər. Əgər biz bir qrup şəxsin əxlaq normalarına uyğun hərəkət edəcəyiksə, bu da düzgün deyil".

Bloqer deyir ki, tiktokerlərin həbsinin tərəfdarı deyil:

"Onlarla söhbətlər aparılsa, daha yaxşı olar. Məsələ həbsə qədər gəlib çatıbsa, yəqin ki, başqa işlər də var. Bu insanları "Tik-Tok"da izləməməliyik. Şəxsən mən Azərbaycanda nə qədər canlı yayımçı varsa, hamısını bloklamışam. Bu cür insanlarla kefimi pozmaq istəmirəm. Yalandan qalmaqal yardırlar ki, insanlar baxsın. "Tik-Tok" azadlıq verir, insan isə azadlıqdan düzgün ifadə edə bilməyən canlı olduğuna görə, bu cür problemlər yaranır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 413   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

1 may
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30 aprel
.

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə azsayda olsa da ermənilər yaşayır. Ö cümlədən həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Bir məsələ var ki, burada hər iki tərəfin təhsil məsələsi var. İlkin vaxtlarda məlum neçə illiyin düşmənçiliyidə var. Çünk

1 may
.

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

İrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağ

1 may
.

İllər sonra "Arşın mal alan" filminin çəkilişindən olan NADİR FOTOLAR üzə çıxdı - VİDEO

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti kino-rejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub. AzTV-də yayımlanan "Telesəhər" verilişindəki süjetdə aşkar olunan fotosənədi

30 aprel
.

"McDonald's Azərbaycan" internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO

Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya üçün həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb. Belə layihələrdən biri də "McDonald’s Azərbaycan"ın "Care Group" ilə birgə həyata keçirdiyi "Eco-Ambassadors" təşəbbüsüdür

1 may
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər a

1 may
.

Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb. Qeyd edək ki, o, 2018-

1 may
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30 aprel