"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq "VAZ 21011" markalı avtomobilə çırpılıb. Qəzanın təsirindən VAZ-ın sürücüsü Asim Məmmədov hadisə yerində ölüb.

L.Süleymanovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai dövr müddətində Süleymanova haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən xanım məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini deyərək qəza törətdiyi avtomobilin sahibinin onu təhrik etdiyini deyib. L.Süleymanova bildirib ki, hadisə günü maşının yiyəsi sərxoş vəziyyətdə olub. Bu səbəbdən ondan sükan arxasına keçməsini istəyib. Onun sözlərinə əsasən, sürücülük hüququnun olmadığını desə də, avtomobilin sahibi olan Fərid (şərti) ona narahat olmamağı məsləhət bilib.

Qəzada həyatını itirən A.Məmmədovun həyat yoldaşı hüququ varis kimi tanınıb. O, təqsirləndirilən xanımı bağışlamadığını, qanunauyğun şəkildə cəzalandırılmasını istədiyini deyib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəlil, sübutlar və şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən ona törətdiyi cinayətə görə sanksiya həddində cəza təyin edilməlidir.

Hökmə əsasən, L.Süleymanova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xanım müttəhim məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 540   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

İrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağ

1 may
.

Məşhur azərbaycanlı bəstəkar vəfat etdi

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib. axşam.az-a istinadən bildirir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel - Beynəlxalq Caz Günündə dünyasını dəyişib. Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomaye

1 may
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30 aprel
.

TƏBİB-də yeni təyinat

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Nigar Rüstəmli Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinə rəhbər təyin edilib. O bu barədə sosial media hesabında paylaşım edib. "TƏBİB-in prioritet istiqamətlərindən olan səhiyyəmizin beynəlxalq arenada tanınması üçün yolumuz uzun, enerjimi

1 may
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

1 may
.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30 aprel
.

Səkinənin sizin köməyinizə ehtiyacı var

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

1 may
.

İnsanlar ölüm anlarında nələr görür? - Həkim AÇIQLADI

Buffaloda palliativ baxım həkimi olan Dr.Kristopher Kerr, 100-dən çox xəstənin problemini öyrəndiyi bir araşdırmaya əsaslanaraq, insanların həyatlarının son anlarında gördükləri və söylədikləri ilə bağlı təəccüblü açıqlamalar paylaşıb. xarici KİV-ə istinadən xəbər verir ki, onun müşahidələrinə görə

30 aprel
.

"McDonald's Azərbaycan" internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO

Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya üçün həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb. Belə layihələrdən biri də "McDonald’s Azərbaycan"ın "Care Group" ilə birgə həyata keçirdiyi "Eco-Ambassadors" təşəbbüsüdür

1 may