Dövlət orqanlarına girib hamını güllələmək istəyib - Fazil Mustafaya sui-qəsd edənlərin İŞİ

Dövlət orqanlarına girib hamını güllələmək istəyib - Fazil Mustafaya sui-qəsd edənlərin İŞİMillət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sonxeber.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Rüstəm Rüstəmov deyib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində işləyir:

"Rəşad Əhmədovun narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradıldı və həmin qrupda özü rəhbərlik mən etmişəm. Ötən il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı".

Daha sonra hakim şahidlərin dindirilməsinin başa çatdığını elan edib. Hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib.

Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər. O, Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyiblər.

Hakimin suallarını cavab verən Azər Səricanov deyib ki, o, terrorçuluğu planlaşdırmaqda özünü təqsirli bilib.

Təqsirləndirilən deyib ki, başqa dövlət orqanlarına da girib, orada qadınlardan başqa hər kəsi güllələmək istəyib.

Bundan sonra Azər Səricanovun ibtidai istintaq zamanı verdiyi iki ifadəsi elan edilib.

Həmin ifadələrdən birini 2023-cü ilin iyulun 2-də, digərini isə həmin ilin noyabrın 15-də verib.

Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində göstərib ki, Rəşad Əhmədovu təxminən 1 il bundan əvvəl, yəni 2023-cü ildə tanıyıb, ilk vaxtlar söhbətləri yaxşı alınıb: "Sonradan Rəşada kərə yağı sata biləcəyini söyləyib. Rəşad razılaşandan sonra hər 10-15 gündən bir ona 15-20 kiloqram çəkidə kərə yağı vermişəm. Bu münasibətlər çərçivəsində əlaqələri daha da yaxşılaşıb. Təxminən 1 il müddətində bu qaydada çalışmışam. Tarixi tam xatırlamasam da, təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu bildirdi. Mən də Rəşaddan sərhədyanı əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. Rəşad həmin əraziləri yaxşı tanıdığını söylədi. Bundan sonra Rəşada əgər nə vaxtsa lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini söylədi və nə üçün bunu soruşduğunu maraqlandıqda həmin vaxt ona heç nə demədim. Lakin həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul oldum. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırdım. Bundan sonra görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirdi. Burada əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. Danışıqları zamanı Rəşad özünün Valeh adlı uşaqlıq dostunun olduğunu və onun İranda "Hüseyniyyun" təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına dair söz verdi".

Azər Səricanov daha sonra ifadəsində göstərib ki, 2023-cü ilin fevral ayında Rəşadla yenidən görüşü zamanı, ona İrana gedərək Valehlə Fazil Mustafanın öldürülməsi işini danışdığını, Valehin bu məsələni müsbət qarşıladığını və hətta işin alınacağı təqdirdə 30.000 ABŞ dolları verəcəyini söyləyib: "Bu işi pula görə etmədiyimi, lakin nə qədər verilsə də razılaşacağımı bildirdim. Bununla yanaşı, təxminən 12-13 mart 2023-cü il tarixdə başqa bir tanışımın Zaqatala rayonunda yerləşən evində saxlanılan "Walther" tipli tapançanı, patronları və 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu götürmək üçün Rəşadla birlikdə həmin rayona getdim. Oraya gedəndə öz mobil telefonumu Xocəsəndə olan evində saxladım. Rəşadın isə mobil telefonu üzərində olub. Biz Zaqatalaya Rəşadın "Opel" markalı maşını ilə getmişik. Özüm gedib evdən silahı və patronları götürdüm və Rəşadın maşınının yük yerinə qoydum. Bundan sonra Bakı şəhərinə qayıtdım. Lakin Rəşada maşının yük yerinə qoyduğu əşyaların silah və patron olduğunu söyləmədim. Həmin zaman təxminən 2023-cü ilin mart ayının 19-da öz evimdə saxladığım qızılı rəngli silahı və onun darağında olan 7 ədəd patronu, həmçinin Zaqataladan götürdüyüm 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu saxlamaq üçün Rəşada verdim. Həmin silahı və patronları əgər Fazil Mustafanı Səbuhi vura bilməsə, Rəşadın Fazil Mustafanı gördüyü yerdə silahla vurmasını, həmçinin əgər Rəşad Səbuhi və Elşadı İrana keçirən zaman hər hansı bir maneə ilə rastlaşarsa silahdan istifadə etməsini Rəşada tapşırdım. Rəşad da razılaşaraq həmin silahı və patronları götürərək özündə saxladı".

Azər Səricanov daha sonra qeyd edib ki, 28 mart 2023-cü il tarixdə Səbuhi Fazil Mustafanı silahla güllələyəndən sonra Rəşada zəng edib və növbəti gün üçün görüş təyin edib: "Martın 29-da, saat 20-21 radələrində Rəşadın evində görüşən zaman Rəşad Fazil Mustafanın vurulması müqabilində 30.000 ABŞ dollarını verdim. Mən də həmin pulu sayaraq elə həmin zaman 2.000 ABŞ dollarını Rəşada təqdim etdim. Daha sonra isə Rəşadın mənə verdiyi dollar valyutasında olan pulları Bakı şəhəri ərazisində müxtəlif yerlərdə hissə-hissə olmaqla qeyri-rəsmi qaydada Azərbaycan manatına çevirərək təxminən 15.000 manat miqdarında pulu martın 30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən çayxanaların birində Səbuhiyə verdim. Qalan pulun bir miqdarını isə öz xərclərim üçün istifadə etmişəm".

Daha sonra Azər Səricanovun 15 noyabr 2023-cü ildə istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə və Azərbaycan Respublikası Milli Məclisinə silahlarla girməli və qarşısına çıxan hər kəsi güllələməli imişlər: "Bunun əsas səbəbi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin haqsız səbəblərdən dindarları həbs etməsi olub. Milli Məclislə bağlı isə orada fəaliyyət göstərən deputatların ölkədə baş verən haqsızlıqlara susması, dindarlara göstərilən işgəncələrə, haqsızlıqlara dair heç bir şey söyləməmələri, bununla yanaşı deputat Fazil Mustafanın dindarlarla bağlı təhqiredici ifadələr işlədən zamanı heç kimin reaksiya göstərməməsi mənə dərindən təsir göstərib. Bu səbəbdən həm də Milli Məclisə üzərimdə avtomat və tapança ilə girərək qarşısına çıxan hər kəsi güllələməyi planlaşdırmışam. Lakin tutulduğum üçün bu planların heç birini həyata keçirə bilməmişəm".

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 386   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər ediləcək. xəbər verir ki bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılacaq. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqlar

7 may
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Bu barədə -a Qida Təhlükəsizliyi Agentliyində

7 may
.

Güclü dolu yağdı: Toy yarıda dayandı - VİDEO

Azərbaycanda may ayının əvvəlindən başlayan qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bir çox bölgələrə leysan xarakterli yağışlar yağıb, bəzilərinə isə dolu düşüb. Belə ki, sosial şəbəkələrdə hətta güclü dolunun "palatka" toyunu yarımçıq dayandırması ilə bağlı görüntülər də yayılıb

7 may
.

Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəy

8 may
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

7 may
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

7 may
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

6 may
.

Azərbayanda bu şəxslərə mənzil kirayəsi ilə əlaqədar pul veriləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliy

7 may
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

8 may