Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİBErmənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyublar, yəni hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildiriblər.

"Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar", - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, cinayət işi üzrə istintaq qrupu yaradılıb, əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq və digər inzibati tədbirlər həyata keçirilir.

Ermənistan İstintaq Komitəsi həmçinin hərbçilərin əməllərindən peşman olduqlarını və vəziyyəti siyasiləşdirməməyi xahiş etdikləri barədə video yayımlayıb./Oxu.az

11:50
Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb.

Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib.

"İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinqə qatıldığı video yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, silahlı qüvvələrin siyasi proseslərə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə mütənasib hüquqi qiymət veriləcək./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 754   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO

Mayın 8-də Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub. xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib. Qonağa şah plov

8 may
.

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Prezident Rumen Radev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla ya

8 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlar

9 may
.

Azərbaycanda vəzifəli şəxs həbs olundu

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələr

7 may
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

8 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may