Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idiRuanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi.

Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib.

Səfir bildirib ki, 30 il öncə Afrikanın bəzi ölkələrində soyqırımı sanki bir ideologiya halını almışdı: "1994-cü ildə Ruanda soyqırımında tutsilər dəhşətli qırğına məruz qalıblar. Gənc, qoca, kişi, qadın, körpə və hətta ana bətnində olanlar belə təsəvvür olunmaz şəkildə qətlə yetirilib. Bu dəhşəti dövrün siyasətçiləri tərəfindən həyata keçirilən kollektiv bir təşəbbüs də adlandırmaq olar. Bütün əhali kollarda, tarlalarda, bataqlıqlarda, təpələrdə, dərələrdə və hər hansı şübhəli yerdə gizlənən tutsilərin ovuna qatılmaq üçün səfərbər edilmişdi. 100 günə qədər sürən bu qanlı hadisələr hutu tayfalarının üstünlük təşkil etdiyi hökumətin tutsilərin dəstəklədiyi üsyançı Ruanda Vətənpərvər Cəbhəsinin lideri Paul Kaqameyə sadiq qüvvələrin devrilməsi ilə başa çatıb. Amma qisas daha sonra da davam edib. Tutsilərin hücumları nəticəsində yüzminlərlə hutu qonşu Zairə (Konqo Respublikası) sığınıb. Eyni tayfalar - huti və tutsilərin qırğını orada da baş verib. O zaman nifrət, kin, qisas toxumları səpilirdi, genosid sanki bir ideologiya idi. Beynəlxalq təşkilatlar, bu qırğında rolu olanlar isə sadəcə kənardan müşahidə edirdilər. Bu mənada, mən deyərdim ki, onlar üçün insan hüquqları önəmli deyil".

Hazırda dünyada azad medianın, geniş sosial şəbəkələrin olduğunu qeyd edən Çarlz Kayonqa hələ də bu dəhşətli genosidin kifayət qədər gündəmə gətirilmədiyini bildirib: "Dünyada bu qədər azad və sosial media var, amma genosid gündəmə gətirilmir. Soyqırımı törədənlərin onu inkaretmə kampaniyası aparılır. Xüsusən də Qərb paytaxtlarına sığınan bir ovuc bloqçu və qeyri-müəyyən "akademiklərin" lobbiçilik, ictimaiyyətlə əlaqələr və vəkillik fəaliyyəti ilə məşğul olduğu sosial media bu fəaliyyəti böyütməyə davam edir".

Səfir hazırda Ruandanın insan haqlarına hörmət, dünyada və regionda sülhün bərpasının tərəfdarı olduğunu vurğulayıb: "Biz hüzurun, sülhün, inkişafın tərəfindəyik. Ağlasığmaz itkilərə, ağrılara, faciələrə məruz qalmalarına baxmayaraq, əzizlərinin qatillərini bağışlamaq mərhəmətinə, cəsarətinə malik olanların yanındayıq. Tələbimiz, mübarizəmiz bir daha soyqırımının olmaması üçündür. Biz insanlığa qarşı hər cür cinayətlərə, irqçilik, islamofobiya, ksenofobiya və ekstremist ideologiyaya qarşıyıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 216   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Peskov Putin və Paşinyanın görüşündən danışdı

"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçiriləcək danışıqlar zəruri və gözləniləndir". Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Görüş zəruridir və hər iki tərəfdən gözlənilir", - deyə o, qarşıdakı danışıqlar

8 may
.

Kirayə villada dəhşətli qətl: Həyat yoldaşının mesajlarını gördü...

Mart ayında Türkiyənin Bursa şəhərində villada baş verən partlayış və yanğından sonrakı hadisənin təfərrüatları ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, aparılan istintaq zamanı yanğın baş verilən meyitdə bıçaq zərbələrinin olduğu məlum olub. Bıçaq izləri olan şəxsi öldürdüyü iddiası il

7 may
.

Zelenski Zalujnını səfir təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. "Qafqazinfo" xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub. Fərmana əsasən, bu vəzifəyə Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı gətirilib

9 may
.

Onun kimi çox yaşamaq istəyən gənclərə ilk tövsiyəsi: "Evlənməyin"

Uzunömürlülük dedikdə ağla Bryan Cohnson kimi texnoloji maqnatların çılğın layihələri gəlir, lakin ömrünü çox daha sadə şəkildə uzatmaq da mümkündür. Necə? Bu mövzuda 100 yaşlı Coys Preston məsləhətlər verib. xarici mediaya isinadən xəbər verir ki, İngiltərənin Stockport şəhərində yaşayan Coys Presto

8 may
.

İsveç terrorla bağlı Avroviziyada təhlükəsizlik tədbirlərini gücləndirir

Avroviziya Mahnı Müsabiqəsinin keçiriləcəyi İsveçin Malmö şəhərində islamçıların İsrail nümayəndə heyətinə təhdidləri səbəbindən damlara snayperlər yerləşdirmək də daxil olmaqla təcili təhlükəsizlik tədbirləri görülür. xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında apardığı əməliyyatla

7 may
.

Mbappe "Real"la bağlı sualdan yayındı

PSJ-nin futbolçusu Killian Mbappe Çempionlar Liqasının yarımfinalında "Bayern" ilə qarşılaşmada "Real Madrid"ə dəstək olub-olmayacağı ilə bağlı sualdan sonra jurnalistlərlə söhbət etdiyi qarışıq zonanı tərk edib. -in xəbərinə görə, bu barədə "RMC Sport" nəşri yazır. Mbapp

9 may
.

Həmkarını öldürən polisin ifadəsi hər kəsi ŞOKA SALDI: Mənə və ailəmə..."

Gözünü qırpmadan 2 həmkarını öldürən polis məmurunun açıqlaması hər kəsi heyrətləndirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Adıyaman Altınşehir Polis Bölməsində iki həmkarını şəhid edən polis məmuru Süleyman Uğur Şahinin ifadəsi məlum olub. Qətldə şübhəli bilinən poli

8 may
.

Satıcı 13 yaşlı qızı küçənin ortasında döydü - VİDEO

Türkiyənin Batman şəhərində 13 yaşlı qızı döyən mağaza sahibi ev dustaqlığı çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, mayın 6-da Batmanın Gültəpə səmtində 52 yaşlı dükan sahibi marketin qarşısında dayanan 13 yaşlı qızı döyüb. Qızın şikayəti ilə başlanan araşdırma nəticəsində mağaza sahibi saxlanılıb

9 may
.

Direktoru öldürən şagirdin məktəbə silahla gəlib-çıxdığı an kameralara düşüb -VİDEO

Türkiyədə məktəb direktorunu vuraraq öldürən şagirdin hadisəni həyata keçirmək üçün liseyə silahla gəlib-getdiyi anlar təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadən xəbər verir ki, şagird məktəbdən qovulmasına görə məsuliyyət daşıdığını iddia etdiyi 74 yaşlı məktəb direktoru otağında silahl

8 may