Prezidentin fərmanı bu halda manata təsir edəcək

Prezidentin fərmanı bu halda manata təsir edəcəkXəbər verdiyimiz kimi, ötən gün Dövlət Neft Fondunun 2017- cı il üçün xərclər smetası prezidentin fərmanı ilə təsdiq olunub.

Smetada diqqət çəkən məqam ilk dəfə olaraq ölkədə makroiqtisadi sabitliyi təmin etmək üçün Dövlət Neft Fondundan Mərkəzi Banka transfertin edilməsidir. Belə ki, fondun Mərkəzi Banka 7,5 milyard manat həcmində transfert etməsi gözlənilir.

İqtisadçılar Fonddan Mərkəzi Banka transfert edilməsini manata dəstək istiqamətində dəyərləndirirlər. Maraqlıdır, bəs bu vəsait manatın məzənnəsinin sabit saxlanılmasına təsir edə biləcəkmi?

İqtisadçı Zöhrab İsmayıl bunun Neft Fondunun gələcək nəsillər üçün nəzərdə tutulmuş 35 milyardlıq aktivlərinin hesabına baş tutacağını bildirir.

Ekspert Samir Əliyev isə açıqlamasında qeyd edib ki, bu pul hələ ki, 2017- ci ilin büdcəsində nəzərdə tutulub:

"Ancaq 2017- ci ilin büdcəsində 6 milyarddan çox kəsir yaranıb. Həmin kəsri bu büdcə ödəyə bilməz. Ona görə də aktivləri ölkəyə gətirməli olacaqlar. Əgər neftin qiyməti qalxsa, kəsri büdcədən ödəmək mümkün olacaq, aktivlərə ehtiyac qalmayacaq".

Onun sözlərinə görə, ilk dəfə olaraq Neft Fondundan Mərkəzi Banka transfertin baş tutması makroiqtisadi sabitliyi təmin etmək üçün atılmış addımdır:

"İqtisadçılar həmişə vurğulayırdılar ki, manatı xilas etmək üşün Neft Fondunun vəsaitlərindən istifadə etmək olar. Çünki manata bu gün çox böyük təzyiqlər var. Üzən məzənnəyə keçmək mümkün deyil. Banklar dollar satmır və belə olan halda bunun neqativ təsirlərini cəmiyyətdə görmək mümkündür. Bu ölkədə sosial gərginlik yaradırdı. Məhz bu gərginliyi azaltmaq üçün bu addım atıldı.

Nəzərə alaq ki, 2017- ci ildə vəziyyət daha gərgindir. Həm dövlətin, həm də bankların xarici öhdəlikləri çoxdur. Borcları qaytarmaq üçün pulu bazardan almalıdırlar. Belə olan halda da dollara təlabat artacaq. Düşünürəm ki, Mərkəzi Banka ayrılan pulun əhəmiyyətli bir hissəsi xarici öhdəliklərin ödənilməsinə sərf olunacaq. İkincisi, banklara likvidlik vermək üçün həmin vəsaitdən istifadə oluna bilər. Üçüncüsü, valyuta hərraclarında ehtiyac yaranarsa, Mərkəzi Bank vəsaitin bir hissəsini hərraca da çıxara bilər. Yəni, ayrılmış vəsait üç istiqamətdə iqtisadiyyata yönələcək.

Bunların hər biri manatın sabitliyini təmin etmək üçün vacibdir. Əgər qeyri-adi hadisə baş verməsə, bu il manatı sabit saxlamaq mümkün olacaq. Manatın sabit saxlanılması heç də məzənnənin indiki səviyyədə qalması demək deyil. Sabitlik odur ki, kəskin ucuzlaşma olmayacaq. Artıq Mərkəzi Bank manatı rahat idarə edə biləcək".

Mənbə: qafqazinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2045   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel