Son dəqiqə! Qarabağın həll yolu hazırdır: "Bircə qalır..."

Son dəqiqə! Qarabağın həll yolu hazırdır: "Bircə qalır..."Rusiya və Fransa bundan əvvəl illeqal şəkildə gizli formada əməkdaşlıq edirdi. İndi isə bu əməkdaşlıq su üzünə çıxıb.

Bu sözləri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq diqqətə çatdırıb ki, Paris və Kreml hazırda xalqların öz müqqədaratını təyinetmə hüququnu ön plana çıxarmaq istəyir və bu, səbəbsiz deyil:

"Olland Sərkisyanla görüşündə açıq şəkildə bildirdi ki, status məsələsi nizamlama prosesində ön plana keçməlidir. Düzdür, Azərbaycan prezidentinin Fransaya səfərindən sonra Paris bunu təkzib etdi. Ancaq belə görünür ki, Parislə Moskva arasında problemin həllinə dair oxşar mövqe formalaşıb. Bu isə İrəvanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan işə qarışdıqda bu dövlətlər dərhal müxtəlif diplomatik manevrlərə əl atırlar. Rusiyadan fərqli olaraq, Paris siyasətini daha açıq ifadə edir. Paris və Moskva hazırda sakitləşdirici bəyanatlarla prosesə dinamika vermək istəsələr də, söhbət heç də məsələnin həllindən getmir".

Politoloq vurğulayıb ki, illərdir davam edən danışıqlar fonunda tərəflər demək olar ki, mübahisəli məsələlərin az qala 90 faizini razılaşdırıblar:

"Yeganə həll edilməmiş iki məsələ - Dağlıq Qarabağın statusu və ətraf rayonların qaytarılması tarixi və mexanizmidir. İndi problemin həllinin sona yaxınlaşdığı bir məqamda Fransa və Rusiyanın hər şeyi sıfırdan başlamaq cəhdləri diqqətdən yayınmır. Azərbaycan prezidenti Parisdən verdiyi bəyanatlarla nəinki bütün bunların, hətta BMT-nin 4 qətnaməsini dəfn etmək cəhdlərinin qarşısına sipər çəkdi. Beləliklə də Azərbaycan məsələnin nizamlanmasına dair tutduğu mövqedən geri çəkilməyəcəyini prinsipial şəkildə ortaya qoydu".

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2521   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021