Əli Mirəliyev sükutu belə pozdu: "Dux"ları çatırsa, deputatlarla saunada yatan müğənniləri çəkib göstərsinlər"

Əli Mirəliyev sükutu belə pozdu: "Dux"ları çatırsa, deputatlarla saunada yatan müğənniləri çəkib göstərsinlər""Bizim vaxtda da belə idi. Ərdə olan, olmayan bir çox xanım müğənninin ətrafında mağaza sahibləri, fabrik müdirləri var idi. İndi də hansı müğənniyə baxırsan onu ya biznesmen saxlayır, ya məmur, ya da deputat".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

Müğənni qeyd edib ki, gənc xanım müğənnilər efirə özlərinə müştəri tapmaq üçün çıxır: "Deyirlər ki, nəyə görə məmurlar müğənnilərə tamah salır? Kimə salsınlar mənə? Mən onların nəyinə lazımam, sənət onların nəyinə lazımdır. Onlara siz də bilirsiz ki, nə lazımdır. Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar, açıq-saçıq şeylərdən danışırlar. Onlar bunu kimin üçün edirlər? Ancaq məmur, biznesmen və deputatlar üçün. Özlərini açıb, pullu kişilərə göstərirlər. Bir də görürsən cavan qız çıxır efirə heç oxuya bilmir. Amma görünüşü qəşəngdir. Pullu kişilər, məmurlar deyir o müğənninin, o qızın nömrəsini tapın gətirin bağ evimə. İki aydan sonra həmin qızın bahalı maşını olur. Mən 50 ildir oxuyanam, heç maşınım yoxdur. Bizdə bu dəqiqə belədir, bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür".

Əli Mirəliyev efirləri də tənqid edib: "Bəziləri kişi şalvarı geyinib efirə çıxıb, veriliş aparırlar. Bunları efirə buraxmasınlar. Niyə bizim gənclərimizi məhv edirlər, niyə mənim övladlarım elə şeylərə baxmaldır? Efirdə işləyən adamları işdən uzaqlaşdırmaq lazımdır. Telekanal rəhbərləri 3-cü cins müğənniləri efirə buraxmamalıdırlar. Özüm hər efirə getmirəm. Artıq efirlərdə musiqi yoxdur. Ancaq qalmaqal, dava, şou xatirinə olan verilişlərdir. Efirlərdə hansısa bədbəxti çağırıb, danlayırlar. Əgər "dux"ları çatırsa, getsinlər deputatlarla saunada yatan müğənniləri çəkib göstərsinlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5479   Tarix: 24 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021