Müdafiə nazirimiz Zakir Həsənov təcili cəbhəyə yollandı - Döyüşə hazırlıq...
Müdafiə Nazirliyinin rəhbərliyi döyüş əməliyyatları vaxtı qısa zamanda açılaraq tətbiq olunması üçün nəzərdə tutulmuş birlik və birləşmələrin səfərbərlik ehtiyatlarının hazırlıq səviyyəsini yoxlayıb.
Sonxeber.az bildirir ki, MN-dən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə iştirak edən qoşunların komplektləşdirilməsi, döyüş uzlaşması, ştat quruluşu və döyüş imkanları barədə müxtəlif səviyyəli komandirlərin məruzələrini dinləyib.
Ehtimal olunan müharibə dövrü də diqqətə alınmaqla səfərbərlik üçün nəzərdə tutulmuş müxtəlif hərbi hissələrin saxlanclarında qorunan döyüş texnikaları, artilleriya qurğuları, eləcə də eşalonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər maddi-texniki vəsaitlərin anbarlarına baxış keçirilib.
Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini, onların imkanları və effektiv istifadəsini yoxlayıb.
Z.Həsənov həmçinin təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılan şəxsi heyətin, texnikaların qəbulu və komplektləşdirilməsi məntəqələrinin fəaliyyəti ilə tanış olub, müvafiq vəzifəli şəxslərin məruzələrini dinləyib və tapşırıqlarını verib.
Müdafiə naziri şəxsi heyətin hazırlığını, təşkilat və idarəetmə bacarığını, eləcə də səfərbərlik üçün nəzərdə tutulmuş və qısa müddətli saxlanmaya qoyulan döyüş texnikası, silah sursatların texniki vəziyyətini yüksək qiymətləndirib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 2152 Tarix: 20 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA
Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl
8 sentyabr 2021Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista
12 sentyabr 2021Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib
Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində
12 sentyabr 2021Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı
15 sentyabr 2021"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür
Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa
15 sentyabr 2021XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans
11 sentyabr 2021İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında
Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild
29 avqust 2021