Bakıya ilk qarın yağdığı TARİXLƏR

Bakıya ilk qarın yağdığı TARİXLƏREkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son 20 il ərzində Bakıya ilk qarın yağdığı tarixləri açıqlayıb.

Sonxeber.az xəbər verir ki, ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, son 20 il ərzində Azərbaycanda qar ən tez 2015-ci ilin 4-5 oktyabrında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərinə yağıb. Bakı və Abşeron yarımadasına isə ən tez qar (sulu qar) 2011-ci ilin noyabrın 7-də, daha sonra noyabrın 24 və 25-də yağıb.

Buna qədər Bakı və Abşeron yarımadasında ilk qarın ən tez yağdığı tarix 2002-ci ilin 11 dekabrı olub. Həmin gün Bakıya 50 sm qar düşüb ki, bu da həmin il ərzində Bakıya ən çox qarın düşdüyü tarix olub.

A.Verdiyev qeyd edib ki, 2009-cu ildə yanvarın 1-4-də, 2012-ci ilin yanvarın 3-4-də, 2016-cı ildə yanvarın 1-4-də Bakı və Abşeron yarımadasına ilk qar yağıb:

"Son 20 il ərzində 2002 və 2011-ci illər istisna olmaqla, qalan illərdə Bakı və Abşeron yarımadasına ilk qar əsasən, yanvar ayında yağıb. Bakı və Abşeron yarımadasında qış mövsümündə ən çox qarın yağdığı ay da yanvar ayı olur".

A.Verdiyev bildirib ki, 2008-ci ilin yanvar ayı Bakı və Abşeron yarımadasında son 20 ilin ən soyuq keçən yanvar ayı olub. Həmin ildə yanvarın 8-də Bakıda 44 sm qar yağıb ki, bu da yanvar ayı üzrə ən yüksək göstərici olub.

Bu gün Bakıya ilk qarın yağdığını xatırladan A.Verdiyev yanvar ayının II və III ongünlüyündə qarın yağacağını da istisna etməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1391   Tarix: 10 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

Məşhur psixoloji test: Ən böyük qorxunuzun nə olduğunu öyrənin

"Girməkdən qorxduğunuz hər mağarada axtardığınız bir şey var", - Cozef Kempbell deyib. Qorxularımız tez-tez irəliləməyimizə, özümüzü yetərli və xoşbəxt hiss etməyimizə mane olan maneələr yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçı və yazıçı Cozef Kempbell inanırdı ki, qorxularınız

21 aprel
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel