Azərbaycanda internet saytları bağlana bilərmi?

Azərbaycanda internet saytları bağlana bilərmi?Son zamanlar bir çox şəxslər internet portlarının bağlanması ilə bağlı fikirlər irəli sürüblər. Bununla bağlı hətta əməkdar artıst Aybəniz Həşimova prezidentə müraciətdə ünvanlamışdı. Bu cür müraciətlər çoxalarsa Azərbaycanda internet portalları bağlana bilərmi?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən "Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov bildirib ki, bu kimi fikirlərin səslənməsi ziyanlıdır: "Ona görə də internet medianın, bütünlükdə internetin yasaqlanması kimi guya ideyalar irəli sürmək yanlışdır. Yeni texnologiyalarla mübarizə aparmaq mümkün deyil. İindi az qala bütün dünya internetlə idarə olunur. İnformasiya məkanının əsas daşıyıcısı inetrnet və internet mediadır. Ona görə də saytlar bağlanmalıır kimi fikirləri düzgün saymıram. Bəzən adamlar bilmədikləri nəsnələrdən danışırlar. Gözəl sənətkarımız Aybəniz xanımın müraciətindən xəbərim yoxdur. Bir açıqlamasını oxumuşam, orada deyir ki, səhvən saytlar deyib, əslində sosial şəbəkələr demək istəyib. Ümumiyyətlə, sosial şəbəkələri də qapatmaq mümkün deyil. Dünyadan təcrid olunmaq olmaz və inanmıram ki, dövlət səviyyəsində kimsə belə tələb, yaxud təkliflərə diqqət ayırsın. Amma baqa bir reallıq var ki, sosial şəbəkələrin imkanlarından sui-istifadə halları geniş vüsət alır. Bu da ictimai narahatlıq yaradır, ziyalılar, sənət adamları da mənim fikrimcə, buna görə narahatdırlar. Bu narahatçılığı da haqlı sayıram. Cəmiyyətimizə "söyüş ənənəsi" gətirmək istəyənlər var. Onlarla da hüququn dili mübarizə aparmaq vacbdir".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz vurğulayıb ki, kiminsə müraciətinə görə informasiya portalları bağlana bilməz: "Bu qeyri-ciddi bir addım olar. Ola bilər ki, kiminsə şərəf və ləyaqətini alçaldan portallar ola bilər. Bu da qanunvericiliklə tənzimlənir. İnternet açıq şəbəkədir. Burada hansısa xətaların olması mümkündür. Ötən ilin mart ayında informasiya haqqında qanuna dəyişikliklər oldu. Portların bağlanması ilə bütün hüquqi prosseslər orada öz əksini tapıb. Hətta elə internet portalları var ki, bağlanıb. Ümumiyyətlə internet portalların bağlanması ən son addım olar. Kiminsə sözü ilə ilə internet portlallarının və sosial şəbəkələrin bağlanması demokratiq hüquqa ziddir. Bu məsələnin bu cür adiləşdirilməsi düzgün deyil. Sosial şəbəkələrin bağlanması ilə bağlı bir müddət əvvəl dövlət məmuru da fikir söyləmişdi. Buna dövlət səviyyəsində cavab verildi ki, bele bir addım gözlənilmir. Bu Azərbaycanın bugünki inkişafına da uyğun addım olmazdı. Azərbaycanda bu gün sosial şəbəkələrdə təkcə informasiya münasibətləri qurulmayıb. Bir anda belə bir qərar vermək olmaz. Düzdü sosial mediada biz xoşa gəlməz halların şahidi oluruq. Amma bu da qanunvericiliklə nizamlanır".

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət bildirib ki, kiminsə müraciətinə görə Azərbaycanda internet porlalları bağlalanan deyil: "Çünki Azərbaycan belə məsələlərə görə internetin imkanlarını məhdudlaşdıracaq ölkə deyil".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2480   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel