Azərbaycanın yeni təhsil naziri bu tanınmış şəxs olacaq - İDDİA

Azərbaycanın yeni təhsil naziri bu tanınmış şəxs olacaq - İDDİABu şəxs 2 həfəyə təhsil naziri təyin ediləcək

Nəticədə Təhsil Nazirliyində hazırda təkcə nazir postu deyil, bir neçə şəxsin yeri də vakant qalıb.

Azərbaycanda 4 aydan çoxdur ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin dekabrında prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə isə hələ də təyinat olmayıb. Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra Təhsil Nazirliyində birgə çalışdığı bəzi şəxsləri də yeni quruma aparıb. Nəticədə Təhsil Nazirliyində hazırda təkcə nazir postu deyil, bir neçə şəxsin yeri də vakant qalıb.
Ekspertlər onu da bildirirlər ki, Təhsil Nazirliyinin strukturu genişləndiriləcək, elm sahəsinə aid bəzi təşkilatlar da nazirliyin tərkibində birləşdiriləcək. Bəs, belə olacağı təqdirdə supernazir postuna kim təyin edilə bilər?

Ötən aylarda mətbuatda təhsil naziri postuna namizəd kimi müxtəlif şəxslərin adları çəkilib. Onlar arasında hazırkı müavin və nazir vəzifəsini icra edən Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımovun adlarını qeyd edə bilərik. Bu şəxslərin içərisində xüsusilə də Ceyhun Bayramovun adı daha çox hallanır. Qeyd edək ki, daha öncə də nazir vəzifə başında olmadığı ərəfələrdə onu məhz C.Bayramov əvəz edib. Bu şəxslərin adları çəkilsə də, özləri konkret olaraq məsələ ilə bağlı açıqlama verməyiblər.

Sonxeber.az xəbər verir ki, "Yeni Müsavat"a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil naziri postunun uzun müddət boş qalmasının əziyyətini vətəndaşlar çəkir:

"Belə ki, vətəndaşların regionlarda müraciətlərinə baxılma məsələsi həyata keçirilmir. Yəni prezidentin sərəncamına əsasən, komitə rəhbərləri və nazirlər müvafiq olaraq hər ay regionlarda görüşlər keçirməlidirlər. Ancaq 4 aydan çoxdur ki, təhsillə bağlı problemləri, şikayətləri olanlar bunu birinci şəxsə çatdıra bilmirlər. İkincisi də hazırda nazir müavini nazir səlahiyyətlərini yerinə yetirir. Deməli, eyni vaxtda onun vəzifəsi də boş qalıb. Çünki istər-istəməz öz kurasiyasına aid olan məsələlərə vaxt ayıra bilmir. Bundan başqa, nazirlikdə bir neçə yüksək vəzifə tutan şəxslər digər qurumlara keçdiyi üçün onların da yeri boş qalıb. Bu da nəticə etibarilə vətəndaşın məsələlərinin dinlənilməsində, həll olunmasında ciddi problemlər ortaya qoyur. Hesab edirəm ki, yaxın 2 həftə ərzində nazir postu boş qalmayacaq. Nazir postunu tutacaq şəxsin kimliyi isə, əlbəttə ki, cəmiyyətdə geniş müzakirə predmetidir. İnsanlar digər nazirliklərdən daha çox, bu nazir postuna kimin təyin ediləcəyini maraq edir. Çünki ölkədə 4472 orta ümumtəhsil məktəbi var və burada 1.6 milyon şagird təhsil alır. Ali təhsil müəssisələrimizdə isə 164 min tələbə təhsil oxuyur. Bu, təkcə elə təhsil alanların sayıdır. Bu təhsil müəssisələrində isə 170 minə yaxın müəllim var. Baxanda görürük ki, geniş bir kütlə tam olaraq nazirsiz vəziyyətdədir. Düşüncəm budur ki, nazir postunu artıq 4 aydır idarə edən şəxs- Ceyhun Bayramov nazir olacaq. Ya təhsilə yeni bir şəxs gələcək və 4-5 ildir həyata keçirilən islahatlar yavaşlayacaq, ya da köhnə heyətlə davam edəcək. Düşünürəm ki, ciddi dəyişikliyə ehtiyac olmayacaq. Çünki nəzərə alsaq ki, prezident artıq 5 il deyil, 7 illik seçilib. Başlamış layihələrin başa çatması üçün də 2 il vaxt lazımdır. Çünki Təhsil Nazirliyinin 2014-15-ci ildə başladığı layihələr öz effektini 2020-ci ildə bitirəcək. Ona görə də mənim namizədim Ceyhun Bayramovdur və böyük ehtimalla nazir təyin ediləcək. Digər namizəd kimi isə ciddi bir şəxs olan, nüfuzlu, elmi, təhsili bilən şəxs Abel Məhərrəmovdur. Əgər biz yenidən ənənəvi təhsil üsuluna keçməyi düşünürüksə, yaxud da Təhsil Nazirliyində şəxslərin rolunun artmağını hesab ediriksə, daha çox onun bu posta gələcəyini hesab edirəm. Deməli, Ceyhun Bayramovdan sonra ikinci namizəd Abel Məhərrəmovdur".

Ekspert bildirib ki, supernazirlik də yaradıla bilər:

"Əvvəlki illərdən fərqli olaraq indi prezidentlik müddəti daha uzundur. 7 il kifayət qədər bir vaxtdır və artıq təkcə Təhsil Nazirliyi yox, hökumətin tərkibində bir çox qurumların ləğvinin şahidi olacağıq. Bunların da başında, təbii ki, Təhsil Nazirliyi gəlir. Çünki fakt budur ki, hazırda məktəbəqədər təhsil müəssisələri, ali məktəblər, Milli Elmlər Akademiyası Təhsil Nazirliyinə tabe deyillər. Ancaq bunlar hamısı bir-biriləri ilə bağlıdırlar. Ona görə də düşüncəm odur ki, bu quruma artıq yeni əlavələr olacaq. Bu təcrübə Azərbaycanda var. Daha öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyi birləşdi. Hətta bunlar bir-birinə aid olmasalar belə, birləşmə halını gördük. Ən inkişaf etmiş ölkələrdə Təhsil Nazirliyi ayrıca qurum deyil. Elm, Təhsil, Mədəniyyət, İnnovasiyalar Və Gənclər Nazirliyi olaraq fəaliyyət göstərirlər. Həqiqətən də düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyinin ən çox bu sahəyə aidiyyəti var. Gözləntim odur ki, hökumətin tərkibi açıqlanan zaman yeni struktur yaradılacaq. Onun da adı Elm-Təhsil-İnnovasiyalar Nazirliyi olacaq. Milli Elmlər Akademiyası və digər yuxarıda sadaladıqlarım da bunun tərkibində olacaq. Müstəqil olmaları bəzən təhsilin imic və inkişafına mane olur. Təhsil Nazirliyi hansısa innovativ layihələrin həyata keçirilməsi zamanı universitetlərə müraciət edəndə müəyyən nomenklatur baryerlərlə qarşılaşır. Çünki tabeçilik yoxdur. Təhsil Nazirliyinin universitetlərdə nüfuzunun artırılmasına ehtiyac var. Hətta 2017-ci ildə ölkə başçısı da Təhsil Nazirliyinə müəyyən səlahiyyətlər verib. Ona görə də hətta Dövlət İmtahan Mərkəzinin belə Təhsil Nazirliyinin daxilində olan qurum kimi fəaliyyətini gözləyirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5089   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

XƏBƏRDARLIQ - Bu tarixlərdə leysan, şimşək, dolu...

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı

8 may
.

"Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdiyi ən böyük şəxsiyyətlərdən biridir" - Emil Əkbərov

"Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət olub". Bu sözləri -a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib. Emil Əkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətini

8 may
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

8 may
.

Bir qrup hərbi qulluqçuya ev verilib - FOTO/VİDEO

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular

8 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media-ya istinadən xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qrupların

8 may
.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

Qərbi azərbaycanlılara qaçqın statusu VERİLMƏLİDİR - TƏKLİF

Bu gün qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı dövlətin prioritet vəzifələrindən biridir. Bunun həyata keçirilməsi üçün müvafiq işlərə başlanılıb. Artıq mərhələli şəkildə Qarabağa keçmiş məcburi köçkünlərin mərhələli yerləşdirilməsi prosesi gedir. Bununla da, Qarabağa yerləşdirilən keçmiş məcbur

8 may
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yo

8 may