Yazda bu xəstəliklərə tutula bilərsiniz – QORUNMA YOLLARI

Yazda bu xəstəliklərə tutula bilərsiniz – QORUNMA YOLLARIHavalar isinən kimi özümüzü təbiət qoynuna atmaq və təbiətin, günəşin enerjisindən faydalanmaq istəyirik. Amma bu müsbət duyğulara rəğmən, bir keçid dövründə olduğu kimi, yazdakı dəyişikliklərə də hazır olmalıyıq.

İnfeksiyalar

Qış aylarında başda qrip və soyuqdəymə olmaqla bir çox xəstəliyə məruz qalırıq. Yazın gəlişi ilə "qış qripindən qurtulduq" deyərkən, bu dəfə də havaların dəyişkənliyi immunitet sisteminin zəifləməsinə, nəticədə digər virusların yaratdığı yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına məruz qalırıq.

Qorunma yolları: İnfeksiyalardan qorunmaq üçün ilk olaraq sağlam və balanslı şəkildə qidalanmaq, xəstə şəxslərlə təmasda olmamaq lazımdır. İnfeksiyaların çoxu əl və ağız yolu ilə yoluxduğundan əllərinizi tez-tez sabunla yuyun. Olduğunuz otağın havasını tez-tez dəyişin. İdman və günəş şüalarından faydalanmaq xəstəliklərdən qorunmaq üçün önəmli ünsürlər olduğundan, ən azı həftədə 3 gün yarım saat piyada gəzin. İmmunitet sistemini ən çox gücləndirənlər C və D vitamini olduğu üçün, C vitamin qaynağı olaraq təzə meyvə və tərəvəzlər yeyin. Bədəninizdəki D vitaminini günəş şüaları ilə artırmağı unutmayın.

Yaz allergiyası: Rinit

Yaz allergiyası həyat şəraitinə təsir edən bir xəstəlikdir. Qızdırma olmadan daim gözlərdə yanma, sulanma, qaşıntı kimi şikayətlər bahar allergiyasına işarədir. Bu şikayətlər uşaqların məktəb müvəffəqiyyətinə və ya digər insanların gün ərzində performansına təsir edir. Bu hal da yuxarı tənəffüs yollarının funksiyasına təsir etdiyindən allergiyaya meylli olanlar digərlərinə nisbətən daha tez-tez sinusit və qulaq infeksiyaları ilə qarşılaşır.

Qorunma yolları: Bu cür şəxslər üçün ağac və güllərin çox olduğu yerlərdən uzaq durmaq əhəmiyyətlidir. Evdə xalı, kilim kimi toz tutan əşyaları götürmək və tez-tez təmizləmək lazımdır. Müalicə olaraq allergiya dərmanlarından istifadə olunur və ya uyğun xəstələrdə peyvənd vurulur. Müalicəni axsatmasanız, bu, xəstəliyin astmaya çevrilməsinin qarşısını alar.

Astma

Astması olan xəstələr yaz aylarında daha tez-tez tutmalara məruz qala bilərlər. Ona görə də astması olanlar bu fəsildə dərman müalicəsini axsatmamalıdır. Qabaqlayıcı tədbir olaraq səhər saatlarında bayıra çıxmayın, evin pəncərələrini açmayın, evin havalandırılmasını tozlanmanın az olduğu axşam saatlarına saxlayın. Axşam evə dönəndə paltarlarınızı dəyişib, duş almağı unutmayın.

Mədə-bağırsaq xəstəlikləri

Mədə-bağırsaq sisteminə aid xəstəliklərdən xüsusilə qastritlə bağlı şikayətlər yaz mövsümündə artır. Bu dövrdə bəzi viruslarla bağlı ishala da sıx rastlanır. Stress və qidalanma dəyişiklikləri ilə birlikdə bağırsaq pozulması da ortaya çıxır.

Qorunma yolları: Diqqətli pəhrizlə bir yandan qışda aldığınız artıq kilolardan qurtula, digər yandan mədə-bağırsaq şikayətlərini də azalda bilərsiniz. Çoxlu su içmək, meyvə- tərəvəzləri bol su ilə yumaq vacibdir.

Yaz yorğunluğu

Yazla birlikdə halsızlıq, yorğunluq, yuxululuq, oynaq ağrıları kimi şikayətlərə sıx rastlanır. Hormonal sistem və metabolizmadakı dəyişikliklərlə birlikdə şəxsin ruhi vəziyyəti də təsirlənir. İşıq, istilik, rəng kimi təbiətdəki dəyişikliklər pozitiv yöndə təsir etməsi gözlənilir, amma uyğunluq yaxalanmadıqda neqativ təsiri qaçılmazdır. Ancaq alacağınız bəzi qabaqlayıcı tədbirlərlə yaz-yaz yorğunluğundan qurtula bilərsiniz.

Qorunma yolları: Yaz yorğunluğunun qarşısını almaq üçün xüsusilə 2-3 litr su içmək, kifayət qədər vitamin, mineral və antioksidant tərkibli qidalar yemək əhəmiyyətlidir. Bu dövrdə gəzmək, qaçış, üzmə kimi mütəmadi məşqlər etməli, kifayət qədər yatmalı, işləmə-dincəlmə araları və istilik dəyişimlərinə diqqət edilməlidir. Siqaret, kafein və alkoqoldan uzaq olmaq lazımdır.

ailem.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1151   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021