Şamaxıda yeni istifadəyə verilən yollar dağıldı - Buna görə

Şamaxıda yeni istifadəyə verilən yollar dağıldı - Buna görəŞamaxı rayonunda yeni istifadəyə verilən daha iki yol torpaq sürüşməsi nəticəsində dağılaraq təhlükəli vəziyyətə düşüb.

Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Yolun kənarındakı yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb. Dağlardan sürüşüb gələn torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, digər tərəfi isə dağdan gələn torpaq nəticəsində qabarıb. Yerli sakinlər İlham Heybətov, Kəmaləddin Əliyev, Təbib Rəhimov APA-nın yerli bürosuna bildirib ki, sürüşmə aktivdir və hər gün torpaq kütləsi 10-15 santimetr sürüşür. Onların sözlərinə görə əgər bunun qarşısı tezliklə alınmazsa yol qısa vaxtda tamamilə dağılaraq yararsız vəziyyətə düşəcək, avtomobillərin hərəkəti məhdudlaşacaq. Yolun bəzi hissələrində asfalt örtüyü 25-30 santimetr qabarıb ki, bu da sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında bu yoldan istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Yerli sakinlərin sözlərinə görə sürüşməyə məruz qalan bu yolda təhlükədən xəbər verən yol nişanlarının olmaması kəndlərə qonaq gələn sürücülərin qəza törətməsinə səbəb olur.

Bundan əlavə yenidən qurularaq bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Şamaxı-Göylər Padarçöl yolunun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Yoldan hər gün istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Uzunluğu 54 kilometr olan Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun 7 hissəsində sürüşmə qeydə alınıb. Yerli sakinlərin və sürücülərin sözlərinə görə yolun çökməsinə səbəb son günlər yağan intesiv yağışlarla yanaşı yolda hərəkət edən iri tonnajlı avtomobillərdi. Sürücülər uzun illər Şamaxı-Göylər-Padarçöl yolunun yenidənqurulmasını həsrətlə gözlədiklərini, yolsuzluq səbəbindən çox əziyyət çəkdiklərini, hazırda isə rahat yolun istifadəyə verilməsinə baxmayaraq ağır tonnajlı avtomobillərin sürüşmə zonalarından keçməsi səbəbindən yolun qısa vaxtda dağılmasına səbəb olduğunu deyirlər. Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə və torpaq sürüşməsinə nəzarətin artırılmasını istəyirlər. Şamaxı-Göylər-Padarçöl yolundakı bu problemlə əlaqədar artıq aidiyyatı qurumların əməkdaşları əraziyə cəlb olunub, iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.

Qeyd edək ki, 6 ay öncə yenidənqurmadan sonra istifadəyə verilən Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. Üç kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1063   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

7 may
.

Azərbaycanda prokuror faciəli şəkildə öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, qəza nəticəsində Müşfiq Abdullayev dünyasını dəyişib. O, Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru olub. Qeyd edək ki, M.Abdullayev Şəmkir rayonunun icra başçısı Aslan Aslanovun bacısı oğludur

7 may
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

7 may
.

Deputat: Bəzi qurumlarda, nazirliklərdə "Qaynar xətt" yox, "İlıq xət"dir, "Soyuq xət"dir"

Deputat dəfn üzrə müavinətin artırılması təklifi ilə çıxış edib. Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, dəfn müavinəti almaqda da problemlər var: "İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanla

7 may
.

Güclü dolu yağdı: Toy yarıda dayandı - VİDEO

Azərbaycanda may ayının əvvəlindən başlayan qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bir çox bölgələrə leysan xarakterli yağışlar yağıb, bəzilərinə isə dolu düşüb. Belə ki, sosial şəbəkələrdə hətta güclü dolunun "palatka" toyunu yarımçıq dayandırması ilə bağlı görüntülər də yayılıb

7 may
.

Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO

Keşlə bazarının söküntüsü həyata keçiriləcək. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər

7 may
.

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə

7 may
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

6 may