Direktor müəllimi elə bir səbəbə görə polisə verdi ki... - Lənkərandakı inanılmaz OLAYIN TƏFƏRRÜATI

Direktor müəllimi elə bir səbəbə görə polisə verdi ki... - Lənkərandakı inanılmaz OLAYIN TƏFƏRRÜATILənkəranın Gərgiran kənd orta məktəbinin tarix müəllimi Həbib Əlizadə polisə çağrılıb. H.Əlizadənin sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, buna səbəb məktəbin direktoru Ziyafəddin Cavadovun onun barəsində polisə şikayət etməsidir.

Şikayətin səbəbi isə H.Əlizadənin məktəb şagirdlərini paytaxta ekskursiyaya gətirməsidir:

"Şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində şagirdlər Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks hada gəzinti olmayacaqdı. Bu, sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar".

Məsələ ilə bağlı Lənkəran Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdiri Aslan İbrahiomov Publika.az-a açıqlamasında bildirib ki, tərəflər arasında anlaşmazlıq olub:

"Məktəb ucqar dağ kəndində yerləşir. Həbib müəllim qabaqcıl müəllimlərimizdəndir, məktəbin bütün kollektivi dağ kəndində şagirdlərin daha yaxşı təhsil alması üçün çalışır. Həbib müəllim 30 şagirdi Bakıya gətirərək, tarixi abidələri göstərmək istəyib. Direktor isə qida, nəqliyyat təhlükəsizliyi məsələlərini əsas tutaraq razı olmayıb. Bakıya gəzinti üçün uşaqların sənədləri toplananda müəssisə rəhbəri olaraq narahatlıq keçirib, ehtiyat edib. Gərgiran kəndindən Lənkəranın mərkəzinə gəlmək üçün nə qədər dağ yolu keçmək lazımdır. Direktor məsələnin qanuni yolla həll olmasını istəyib. Bu məsələdə aralarında mübahisə yaranıb. Direktor rəsmi olaraq heç yerə müraciət etməyib. Sadəcə Həbib müəllim vaxtından tez çılğınlıq edib. Əvvəldən bizə nə direktor, nə də müəllim tərəfindən müraciət olub. Müraciət olsaydı, mənim cavabım müsbət olacaqdı. Çünki yalnız nəzəriyyə ilə iş bitmir, şagirdlərə əyani göstərmək lazımdır. Çox yaxşı olar ki, Gəgiran kənd məktəbinin uşaqları Bakı ilə tanış olsun.

"Ölkəmizi tanıyaq" rublikası altında keçirilən tədbirlərdə yol polisi məktəblilərin olduğu nəqliyyat vasitələrini müşayiət edir. Biz də istəyirik ki, bu səfər daha təhlükəsiz olsun. Polislər təhlükəsizliyi təmin etməlidir, uşaqlar hər rayona keçəndə müvafiq qurumlar bu barədə məlumatlandırılmalıdır".

Şöbə müdiri məsələnin artıq həll olduğunu deyib:

"Artıq məsələ həll olunub. Heç bir problem yoxdur. Sizdən əvvəl direktor və Həbib müəllimlə danışmışam. Bundan sonra Həbib müəllim istəyəcək, direktor icazə verəcək və şagirdləri Bakıya aparacaqlar. Əlbəttə, dərsdən kənar vaxtda aparmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1391   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel