Qatardakı nasazlıqlar peşəkar kadrların metrodan getməsinə görədir- iddiasına RƏSMİ CAVAB

Qatardakı nasazlıqlar peşəkar kadrların metrodan getməsinə görədir- iddiasına RƏSMİ CAVAB"Bakı metro stansiyalarında qatar nasazlıqları ilə xəttən çıxarılmanın statistikası göstərir ki, bu sahədə problemlər xeyli aradan qaldırılıb. 2013-cü ilin nəticələrinə əsasən, 520-dan çox belə hal qeydə alındığı halda, 2017-ci ildə bu göstərici təqribən 127 hala endirilib. Təxminən 4 dəfə azalma baş verib. Əgər peşəkar kadrlar Bakı Metropolitenini tərk edirsə, niyə bu nasazlıq hallarının sayı xeyli aradan qaldırılıb?". Bunu Sonxeber.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qatarda 113 xarab olan detal var

Onun sözlərinə görə, sadəcə olaraq qatardakı nasazlıq hallarının aradan qaldırılması mərhələli şəkildə aparılır: "Təmir proesisinin gücləndirilməsi ilə əlaqədar çox ətraflı işlər görülür. Qatarda hər bir maşında olduğu kimi tez-tez xarab olan detallar var. 113 belə detal var. O 113 detaldan artıq 108-ni biz özümüz Metropolitendə istehsal edirik. Qalan 5 detal üçün isə son hazırlıq işləri görülür. Belə nümunələri çox göstərmək olar".

Elə qatar ola bilməz ki...

B. Məmmədov diqqətə çatdırıb ki, əvvəlki illərdə qatarların stansiyalarda və tunellərdə hərəkət zamanı dayanmasının səbəbi onların təmir müddəti ilə bağlı olub: "Bakı Metropolitenində qatarlar texniki baxışdan keçirilir, cari təmir – orta təmir, əsaslı təmir və modernləşdirmə - olunur. Bu təmir qaydalarına riayət olunması ən optimal səviyyəyə çatdırılıb. Metropolitendə hazırda xəttdə elə qatar ola bilməz ki, onun təmir müddəti ötsün. Qatar təmir müddəti çatan kimi mütləq təmirə dayandırılır. Artıq sistem nizamlanıb".

Qatarları əvvəl Moskvada təmir edirdik, indi isə...

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, "Bakı Metropoliteni" qatarları əsaslı təmir edərək modernləşdirməyə başlayıb: "Əvvəl qatarları müəyyən qaçış məsafəsindən sonra Moskvada əsaslı təmir edirdik. Ardından bunu son illər Moskvanın Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisidəki filialında həyata keçirdik. Gömrüyə, qatarın nəqlinə, orada təmirə çəkilən xərclər artıq avtomatik aradan qaldırılıb. Üstəlik bunu yerli şəraitdə və istədiyimiz kimi edirik, keyfiyyət də daha yüksəkdir. Həmin qatarlarda nasazlıq problemindən əlavə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı çox işlər görülür".

Bu problemi yerli mütəxəssislərimiz aradan qaldırıb

O xatırladıb ki, daha əvvəllər metro stansiyalarında dayanan qatarların altında gurultu səsləri eşidilirdi: "İndi isə sərnişinlər əksər qatarlarda bunu eşitməyəcək. Bu problem yerli mütəxəssislərimiz tərəfindən aradan qaldırılıb. Təbii ki, detallar xaricdən alınır. Azərbaycanda metro ilə bağlı istehsal sahəsi demək olar ki, sıfır səviyyədədir. Bu da təbiidir, çünki ölkədə vaqonqayırma sənayesi yoxdur. Qatarların əsaslı təmiri demək olar ki, onun bütün sisteminin yenilənməsi deməkdir, ən əsası isə onu modernləşdiririk. 17-dən çox yenilik tətbiq olunub. Qatar faktiki olaraq kompüterləşdirilir. Əgər mütəxəssislər Metropoliteni tərk edirsə, bunlar necə həyata keçirilir?

Yeni kadrlar cəlb etmək üçün ali təhsil ocaqları ilə əməkdaşlıq

B. Məmmədovun sözlərinə görə, "Bakı Metropoliteni" yeni kadrları cəlb etmək üçün ali təhsil müəssisələri ilə əməkdaşlıq edir: "Bakı Metropoliteni bu sahədə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti ilə müqavilə bağlayıb. 4-5 ali təhsil ocağı ilə müqaviləmiz var. Dövlət Dəmir Yolu Liseyi ilə də əlaqələrimiz mövcuddur. Üstəlik 2014-cü ildən Bakı Metropoliteninin Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. İldən-ilə həmin mərkəzin imkanları da genişlənir. Orada yaxın zamanlarda tamamilə fərqli tədris siteminə başlanılacaq".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1599   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel