Madonnanın qızı modellik etdi, tüklü ayaqları ələ salındı - FOTO

Madonnanın qızı modellik etdi, tüklü ayaqları ələ salındı - FOTODünyanın ən məşhur müğənnilərindən biri, 60 yaşlı amerikalı Madonnanın qızı Lurdes Mariya Çikkone-Leon Nyu-York şəhərində keçirilən "New York Fashion Week" moda şousunda iştirak edib.

21 yaşlı Lurdes "Gypsy Sport" brendinin yeni kolleksiyasının nümayişi zamanı podiuma çıxıb.

Qurşaqdan yuxarı çılpaq olan Lurdesin əynində balıqqulaqları ilə bəzədilmiş zəncirlər, cırıq və yamaqlı cins şalvar vardı.

Lakin diqqəti bu ekstravaqant "geyim" yox, Lurdes Leonun tüklü ayaqları cəlb edib.

1996-cı ilin oktyabrında doğulmuş Lurdesin atası aktyor, o dönəmdə Madonnanın fitnes-məşqçisi olmuş kubalı Karlos Leondur. Lurdes doğulandan 7 ay sonra Madonna ilə Leon ayrılıblar.

Madonna qızını Fransadakı Lurd şəhərinin şərəfinə belə adlandırıb.

Dünyada   Baxılıb: 1859   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR