Azərbaycanda ağır qəza - avtobus "Kamaz"la toqquşdu: 15 yaralı - YENİLƏNİB

Azərbaycanda ağır qəza - avtobus "Kamaz"la toqquşdu: 15 yaralı - YENİLƏNİBSumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusunun "Kamaz" markalı yük maşını ilə toqquşması nəticəsində xəsarət alanların bəzilərinin xəstəxanalarda müalicəsi davam etdirilir.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev Publika.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan 13 nəfər Təcili yardıma müraciət edib.

"Onlardan on nəfərinə ambulator yardım göstərilib, vəziyyətləri normal olduğundan xəstəxanaya yerləşdirilmələrinə ehtiyac olmayıb. Xəsarət alanlardan 2-si Təcili Tibbi Yardım Xəstəxanasına, 1 uşaq isə Uşaq xəstəxanasına yerləşdirilib. Stasionara yerləşdirilənlərin hamısının vəziyyəti qənaətbəxşdir, yaxın 1-2 günə evə buraxılacaqlar. Ümumilikdə xəsarətlərin hamısı travmadır".

***
Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.

Sonxeber.az-ın "Report"a istinadla verdiyi məlumata görə, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu "Kamaz" markalı yük maşını toqquşub.

Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Sumqayıt şəhərində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində yaralananların adları məlum olub.

Qəzada xəsarət alan avtobus sərnişinləri bunlardır:

1986-cı il təvəllüdlü Vəliyeva Binyət Ömər qızı

1983 cü il təvəllüdlü Vəliyeva Aysel Ömər qızı

2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlu

1988-ci il təvəllüdlü Məmmədzadə Rəvanə Sahib qızı

2009-cu il təvəllüdlü Rzayev Ömər Aqşin oğlu

2006-cı il təvəllüdlü Qurbanov Nihat Qurban oğlu

1953-cü il təvəllüdlü Məmmədova Nərgiz Mahmud qızı

1971-ci il təvəllüdlü Feyzullayev Feyzulla Əzizulla oğlu

1982-ci il təvəllüdlü Nuraliyeva Aynurə Rasim qızı

1995-ci il təvəllüdlü Mahmudov Bəhram Əhmədağa oğlu

1963-cü il təvəllüdlü Feyzalıyeva Nailə Qardaşxan qızı

1982-ci il təvəllüdlü Qurbanova Sevinc Xıdır qızı

2008-ci təvəllüdlü Qurbanova Aysun Qurban qızı.

Xəsarət alanlardan biri - 2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlunun vəziyyəti ağırdır.

İki nəfər qeydiyyata düşməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5563   Tarix: 17 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - YENİLƏNİB + FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28 aprel
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

4 may
.

Keçmiş məhkumlar narkotiklə tutuldular

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbirlərlə rayon sakinləri - əvvəllə

4 may
.

Naxçıvandakı partlayışda həlak olanların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar. "Qafqazinfo" həlak olan mülki şəxslərin fotolarını təqdim edir:

28 aprel
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28 aprel
.

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərb

3 may
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28 aprel
.

Qaradağda quyudan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətini

1 may
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

5 may