Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu - FOTO

Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu - FOTOAzərbaycanın istedadlı şəxsləri öz bacarıqları, məharətləri, istedadları ilə dövlətimizi dünyada təmsil edirlər. Demək olar ki, müxtəlif sahələr üzrə qazandıqları uğurlarla Azərbaycanın adını dünyada tanıdırlar. Ölkəmizi dünya dövlətləri arasında layiqli şəkildə təbliğ edən həmvətənlərimizdən biri də Faiq Babanlıdır. Faiq Babanlı 20 ildir ki, dünyanın müxtəlif yerlərində peşəkar ovçu kimi tanınır. Onun professional ovçuluq məharəti sayəsində dəfələrlə sənədli filmlər hazırlanıb.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Faiq Babanlı 20 illik ovçuluq təcrübəsi barədə, həmçinin bu illər ərzində başına gəlmiş ən maraqlı hadisələri bölüşüb.

- Cəngəllikdə ov etmək, güllə atmaq çətindir?

- Dünyada yeganə ovçuyam ki, vəhşi heyvanları səsləri ilə çağırıb, yaxına gətirirəm, daha sonra onları 4-5 metr məsafədən vururam. Bu zaman mənim bir gülləm və 2 saniyə vaxtım olur. Ani bir səhv etsəm, artıq hər şey mənim üçün bitmiş ola bilər. Heyvanlar yaradan tərəfindən kodlaşdırılıb. Onlar məhz ona görə heç vaxt səhv edə bilməzlər. Adi insan anlamı var, mən ondan çıxmışam. Çünki mən cəngəllikdən enerji alıram.

- Bu cür həyati təhlükəli işdən necə zövq alırsınız?

- Yaşamağım üçün mənə adrenalin lazımdır. Hər kəs adrenalini bir cür alır, mən də bu cür ekstremal ovçuluqla. Bunun sayəsində özümü xoşbəxt hiss edirəm. Amma cəngəllik insan ruhunu tələb edir. Ora daxil oldunsa, sanki ruhunu səndən almaq istəyir. Bunu ancaq yaşamaq lazımdır, sözlə ifadə etmək mümkün deyil.

- Ailədə ilk ovçusunuz? Yoxsa kiminsə yolunu davam etdirirsiniz?

- Ailədə ilk ovçu mənəm. Hətta nəinki ailədə, Azərbaycanda dünya miqyaslı ovçu olduğumu deyə bilərəm. Bu sənət ilə 20 ildir məşğulam. Dünyanı gəzmişəm və bir çox ovçunun bacarmadığı ovları reallaşdırmışam. Bir sözlə, mənim yaşamağım üçün bu cür ovlara getməyim lazımdır. Hətta ölüm mələyini də görmüşəm.

- Ölüm mələyini?

- Bəli. Amazona daxil olub, ölüm mələyini hiss etməmək mümkün deyil. Oranın qəribə bir aurası var. Amazonda adrenalin ölüm mələyinin dilinin altındadır. Məhz ölüm mələyinin dilinin altından o adrenalini çıxarmaq lazımdır. Mən də bunu sevirəm. Mən qorxmuram, məhz qorxunu hiss etmək üçün həmin ərazilərə gedirəm.

- Siz də kifayət qədər vəhşi heyvanlar ovlamısınız. Onların ruhu sonradan sizi narahat etmir?

- İnsan kimi hər bir canlını idarə edən müəyyən qüvvə var. Sadəcə mən onlardan qorxmuram, çünki məndən zəifdirlər. Bir yaradandan başqa, bütün yaradılanlar mənim üçün zəifdir.

- Bütün vəhşi heyvanları ovlamaq çətindir. Xüsusilə Amazonda. Afrikada çöllük olduğu üçün ətrafı görmək asan olur. Amma Amazonda vəziyyət daha çətindir. Oranın sakinləri hər addımını görür. Sən isə onları görə bilmirsən. Ən qorxulusu yaquardır. O, tək yaşayır. Ancaq cütləşmə dövründə dişisi erkəyini axtarıb tapır.

- Amazon cəngəlliyinə necə keçirsiniz? Orada yaşayan qəbilələr sizə necə icazə verirlər?

- Dünyanın hər yeri nəzarətdədir. Amazon cəngəlliyinə daxil olmaq üçün öncə o qəbiləyə gəlib çatmaq lazımdır. Ondan sonra qəbilə başçısı gələn insanın gözündən oxuyur ki, bu peşəkar ovçudur, yoxsa yox. Daha sonra qəbilə başçısı həmin insanın nə qədər güclü olduğunu sınamaq üçün Amazona daxil olmağa icazə verir. Cəngəlliyə gedənin də insanı tanımaq qabiliyyəti olmalıdır ki, qəbilədən daha yaxşı yol göstərə bilən bir neçə nəfəri seçə bilsin. Həm də onlarla rəftarı bilməlisən. Əks halda, sənə tabe olmayacaqlar, bu da Amazon cəngəlliyində sənin ziyanına işləyə bilər. Ov etməyə icazə verdiklərinə görə onlara, ov güllələri hədiyyə edirik.

- Ovladığınız heyvanların ətini yeyirsiniz?

- Adətən böyük heyvanlar vururuq. Onların ətini isə yerli camaata veririk. Bu, oranın qanundur.

- Siz qaydasız döyüşlə də məşğulsunuz. Bu cür çətin ovları reallaşdırmaq üçün idmanla məşğul olmaq vacibdir?

- Sağlam bədən olmalıdır ki, çətinliklərdən çıxmaq mümkün olsun. Mən də çalışıram, sağlam həyat yaşayım.

- Yaxın günlərdə səyahətiniz gözlənilir?

- Yenidən Cənubi Afrikaya səyahət planlaşdırıram. Eyni zamanda yaxın aylarda Amazona yenidən səfərim olacaq. Ancaq cəngəllikdən zövq alıram.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2491   Tarix: 17 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr