Azərbaycanda tükürpədən cinayət - Qeyri-rəsmi nikahda yaşadığı qadını zorlayıb öldürdü

Azərbaycanda tükürpədən cinayət - Qeyri-rəsmi nikahda yaşadığı qadını zorlayıb öldürdüQadını zorlayaraq öldürən Yardımlı rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Sonxeber.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, 2017-ci ilin dekabr ayında Yardımlı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Niyazi Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Niyazi Təhməzov Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. Orta təhsilli olan Niyazi Təhməzov 3 azyaşlı uşaq atasıdır. O, Yardımlı Televiziya Yayım Stansiyasında elektrik montyoru işləyib, həmçinin istirahət və boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olub.

Tanışlıq

Niyazi Təhməzov taksi xidməti göstərməsi ilə bağlı tanış olduğu həmkəndlisi və qonşusu, 23 yaşlı Natəvan Babayeva ilə 2017-ci ilin yanvar ayından başlayaraq mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayıb.

Niyazi Təhməzov Natəvan Babayeva ilə telefon danışığı zamanı sevgi məzmunlu söhbətlər edib, onunla ikinci arvad kimi faktiki evlənmək barədə razılığa gəlib.

Sevgi münasibəti

Daha sonra Niyazi Təhməzov Natəvan Babayeva ilə müxtəlif vaxtlarda gizli görüşüb. O, Natəvanla qonşu rayonların birində kirayə ev tutub və birgə yaşamaları barədə qabaqcadan razılaşıblar.

Niyazi 6 aprel 2017-ci ildə, gecə saat 02-də Natəvan Babayevanın yaşadığı evin mətbəx otağının pəncərəsinə yaxınlaşıb. Sonuncu şəxsi istifadəsində olan geyim, bəzək və kosmetik əşyalarını yığdığı dörd ədəd çantanı özü ilə götürüb. Sonra o, Niyazi ilə həmkəndlisi Cavad Əbişova məxsus faktiki olaraq heç kimin yaşamadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən, döşəməsi samanla örtülü olan tövləyə gəlib. Onlar orada gizləniblər.

Cinsi əlaqə təklifi

Niyazi Təhməzov həmin günü saat 04-də Natəvanı tövlədə tək qoyub və səhəri günü geri qayıtmaq şərti ilə yaşadığı evə gedib. Ertəsi gün, saat 20-də tövləyə qayıdan Niyazi Natəvan Babayevaya anal cinsi əlaqəyə girməyi təklif edib.

Zorakılıq və cinsi əlaqə

Lakin Natəvan Babayeva onun bu təklifinə razı olmayıb. Niyazi isə cinsi ehtirasını təmin etmək üçün Natəvan Babayevanın üzərinə hücum edib, ona zor tətbiq edib. O, Natəvana xəsarət yetirərək, onunla cinsi əlaqədə olub.
Niyazi Təhməzov Natəvan Babayevanın onun ikinci arvadı olmağa razılıq verməsinə baxmayaraq, onunla anal cinsi əlaqədə olmaqdan imtina etməsindən, həmçinin ona qarşı fəal müqavimət göstərməsindən əsəbiləşib.

Qətl və ittiham

Buna görə də Niyazi Təhməzov Natəvandan qisas almaq niyyəti ilə həmin gün saat 22-də onu öldürmək qərarına gəlib. O, qadının boğaz nahiyəsindən tutaraq, onu boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Niyazi Təhməzova Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

18 il cəza və narazılıq

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyazi Təhməzov 18 il müddətinə həbs olunub. Hökmdən narazı qalan Niyazi Təhməzov apelyasiya şikayəti verib. Niyazi Təhməzov əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini istəyib. Zərərçəkmiş tərəf də Niyazi Təhməzovun cəzasının ağırlaşdırılması barədə apellyasiya şikayəti verib.

"Könüllü cinsi əlaqədə olmuşam"

Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. İş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Niyazi Təhməzov özünü Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilməyib: "Natəvan Babayevanı qətlə yetirməmişdən öncə ona qarşı cinsi ehtirasımı təmin etmək istəmişəm. Bu məqsədlə ona qarşı heç bir zor tətbiq etməmişəm. Anus dəliyi vasitəsi ilə onunla cinsi əlaqədə olmamışam. Onunla könüllü cinsi əlaqəyə girmişəm".

Niyazi Təhməzov ittiham olunduğu Cinayət Məcəlləsinin 150.1-ci maddəsinə xitam verilməsini, digər maddəni isə 120.1-ci maddəsinə tövsif edilməsini istəyib. O, həmin maddənin sanksiyasından nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

"Ömürlük cəza verilsin"

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsiİntiqam Hüseynov bildirib ki, törədilmiş cinayət əməli insanlığa xas olmayan hərəkətdir: "Birinci instansiya məhkəməsi hökmünün cəza hissəsi dəyişdirilməli və məhkum edilmiş şəxs Niyazi Təhməzova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş etsək də, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə yüngül cəza təyin olunub. Belə ki, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsə aşağı həddə cəza verib".

Hakim heyəti tərəflərin şikayətini araşdırandan sonra qərarı açıqlayıb. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5822   Tarix: 18 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021