Firdovsi Umudovun 18 yaşındakı görüntüləri yayıldı – VİDEO

Firdovsi Umudovun 18 yaşındakı görüntüləri yayıldı – VİDEOAzərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov 23 il əvvəl Avropa çempionatında bürünc medal əldə edib.

Sonxeber.az xəbər verir ki, oxu.Az F.Umudovun 1995-ci ildə Almaniyanın Viten şəhərində sərbəst güləş üzrə Avropa çempionatı zamanı çəkilən görüntülərini əldə edib.

Gərgin keçən döyüşlərdən sonra güləşçi F.Umudov çempionatın bürünc medalını qazanıb. Yarış keçiriləndə F.Umudovun 18 yaşı olub.

Qeyd edək ki, F.Umudov məşqçilikdən əlavə, idmançı kimi də bir çox uğurlara sahibdir. O, dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və Dünya Kubokunun qalibi olub. 2005-ci ildən Azərbaycanın sərbəst güləş üzrə milli komandasında məşqçi kimi çalışır. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə dünyanın "ən yaxşı məşqçi"si adına layiq görülüb.

Xatırladaq ki, idman ustası və əməkdar məşqçi F.Umudov ölkə başçısı tərəfindən "Şöhrət" ordeni (2012), "Tərəqqi" medalı (2016) və Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu (2015) ilə təltif edilib.

Firdovsi Umudov 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən polkovnik-leytenant hərbi rütbəsi ilə təltif olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3533   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel
.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21 aprel
.

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. report-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək

15 aprel
.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21 aprel