Qardaşı "İrşad Electronics"in rəhbərinin ölümü ilə bağlı HƏR ŞEYİ AÇDI: "Ailəsi, övladları..." - FOTO
Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən "İrşad Electronics" MMC-nin rəhbəri İrad Hacıyevin ailəsi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev Publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil".
Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirktin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi".
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 10245 Tarix: 24 sentyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda
26 aprelAz qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü
İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını
26 aprelŞoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb
"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib
26 aprelBakının bu rayonunda qaz kəsiləcək
Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"
26 aprelDaha bir alim Ali Attestasiya Komissiyasına qarşı
Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib
26 aprelDİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə
25 aprel