26 yaşında deputat, 39 yaşında nazir statusunda olan azərbaycanlı - Fuad Muradov kimdir?

26 yaşında deputat, 39 yaşında nazir statusunda olan azərbaycanlı - Fuad Muradov kimdir?O Azərbaycanın ən gənc deputatı olub, indi isə nazir statusundadır... – Fuad Muradov kimdir?

Rubrikanın növbəti qonağı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur.

Fuad Muradov kimdir?

Azərbaycan ictimaiyyətinin hələ gənc yaşlarından yaxşı tanıdığı və ölkə parlamentinin indiyə qədər gəlib-gedən ən gənc deputatı olan Fuad Muradov "Xərçəng" bürcünün tipik nümayəndəsidir. Astroloqlar iddia edir ki, "xərçəng"lər yalnız etibarlı adamları ətrafında saxlayır və bu səbəbdən ilk növbədə onların etimadını qazanmaq lazımdır.

"Peyğəmbərlik yaşı"nın astanasında olan Fuad Muradov 22 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub.

Hər şey ondan başladı ki…

Fuad Muradov orta təhsilini paytaxdakı 6 saylı orta məktəbdə alıb. Burada haşiyəyə çıxaraq bildirək ki, Səbail rayonu ərazisində yerləşən bu məktəb Bakının ən aparıcı məktəblərindən biridir və kifayət qədər məşhur yetirmələri olub. Prezident İlham Əliyev də bu məktəbin məzunudur. 1996-cı illərdə bu məktəbi bitirən Fuad Muradov elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur.

Ciddi iddiaları olan gələcək məmur anlayırdı ki, peşəkar təhsil almadan hər hansı inkişafa nail olmaq, uğur qazanmaq mümkün deyil. Bu səbəbdən təhsilini artırmaq qərarına gəlir və Azərbaycan Dövlət Neft Akademiyasının ardınca daha üç universitetdə təhsilini davam etdirir.

Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirir.

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olur. 2010-cu ildə dissertasiya müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alır. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. Azərbaycanın ən gənc deputatı cəmi 3 il keçmir ki... Fuad Muradovun ictimai-siyasi həyatda populyarlıq dövrü onun gənclər sektoruna qədəm qoymasından sonrakı dövrə təsadüf edir.

2002-2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri seçilən F.Muradov 2 il sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, ardınca isə sədri seçilir. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarını öz sıralarında birləşdirən Gənclər Təşkilatları Milli Şurasına 8 il rəhbərlik edən Fuad Muradov bu müddətdə gənclərlə bağlı dövlət layihələrinin hazırlanmasında, gənclər təşkilatlarının kordinasiyalı şəkildə fəaliyyətinin qurulmasında yaxından iştirak edir.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun üzvü olur.

Xatırladaq ki, Fuad Muradov müstəqil Azərbaycan Parlamenti tarixində ən gənc deputat olub. 2005-ci ildə 26 yaşında mandat qazanan gələcək komitə sədri 10 il 29 saylı Səbail seçki dairəsini, 2015-2018-ci illərdə isə 34 saylı Xətai ikinci seçki dairəsini təmsil edir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri olur. Son təyinata qədər isə Milli Məclisin Gənclər və idman komitəsinə rəhbərlik edir.

O hər yerdədir, hamının ayağına özü gedir…

Prezident İlham Əliyevin bu ilin aprel ayında imzaladığı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" sərəncamı Fuad Muradovun fəaliyyətində ciddi dönüş nöqtəsi olur. Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Fuad Muradov qısa müddətdir bu vəzifədə çalışsa da, lobbiçilik fəaliyyətinə yeniliklər gətirməyi bacarıb. Vaxtaşırı olaraq dünyanın müxtəlif dövlətlərində yaşayan diaspor təşkilatlarını şəxsən ziyarət edən gənc məmur onlarla geniş müzakirələr aparır, xaricdə yaşayan soydaşlarımızla görüşərək, onları diaspora fəaliyyətində yaxından iştiraka təşviq edir, inkişaf perspektivləri ilə bağlı təkliflərini verir, "yol xəritəsi"nin hazırlanmasında şəxsən iştirak edərək, diaspora təşkilatlarına dövlət dəstəyini təmin edir.

Xatırladaq ki, təxmini sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımız 556 diaspor təşkilatında cəmləşib. Dünya coğrafiyasını əhatə edən yüzlərlə təşkilatla işləmək və onların fəaliyyətini kordinasiya etmək asan məsələ deyil və qısa müddətə Fuad Muradovun komitə sədri olaraq gördüyü işlər bu mənada müsbət qiymətləndirilə bilər. Onun rəhbərliyi altında qurumun son dövrlər həyata keçirdiyi layihələr, xaricdə yaşayan həmvətənlərimizin problemlərinin həlli məqsədilə başladılan görüşlər və ilk görüşün qardaş Türkiyədə keçirilməsi, şəxsən Fuad Muradovun özünün xaricə çoxsaylı səfərləri, lobbi təşkilatlarına dəstək məqsədilə həyata keçirilən çoxsaylı layihələr bunun bariz nümunəsidir.

Bütün hallarda günü-gündən qüdrətini artıran Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması və güclənməsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının borcudur. Ölkəmizin dünya müstəvisində daha çox tanıdılması və mövqeyinin güclənməsi, təsir imkanlarının artırırlması məqsədilə yaradılan qurumun fəaliyyəti nə qədər müsbət olarsa, bir o qədər yaşıxıdır və bundan yalnız bizlər qazanmış oluruq.

azxeber.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2698   Tarix: 27 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr