Zahid Oruc: Paşinyan müharibəni təşviq etdikcə, "sarkisyanlaşacaq"

Zahid Oruc: Paşinyan müharibəni təşviq etdikcə, "sarkisyanlaşacaq"ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesi, əslində, Serj Sarkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı. Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil.

Əgər Ermənistan Minsk qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçirsə, o müstəvidə də ordumuzun imkanları qat-qat böyükdür.

Bunu Oxu.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

O qeyd edib ki, son aylar proses Azərbaycanın dominantlığı şəraitində keçir, yəni, Nikol Paşinyan onu hesablaya bilir ki, erməni anasının, atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır.

"O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi. Axı, indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq? Bu səbəbdən, Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır.

Bu, ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır. Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, əsas ahəngdarlığı, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir.

Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu belədir. Tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir".

Z.Oruc hesab edir ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək.

"O cümlədən erməni xalqı, bəlkə də, bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Seçkilər üçün hansı platforma cazibəli olacaq? 1990-cı ildən bu yana onlar bizimlə düşmənçiliyi siyasi xal qazancına çeviriblər. İndi nəyin üzərində qərar tutacaqlar? Bütün bu məsələləri yaxın zamanlarda görəcəyik.

Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə, "sarkisyanlaşacaq" və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək", - deyə deputat əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 628   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel