18 yaşlı qızın ölümündə günahlandırılan cərrah danışdı - "Atası ilə barışmışıq, həbs edilməmişəm"

18 yaşlı qızın ölümündə günahlandırılan cərrah danışdı - "Atası ilə barışmışıq, həbs edilməmişəm""StarMed" klinikasında cərrahiyyə əməliyyatı zamanı 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev dünən məhkəmənin hökmü ilə 9 aylıq ev dustağı edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Cərrah BakuPost-a açıqlamasında deyib ki, məhkəmədə 9 ay müddətinə azadlıqdan məhrum edilmə və bu müddətin ev dustaqlığı ilə əvəz edilməsi barədə hökm çıxarılması haqda yazılanlar həqiqəti əks etdirmir:

"Bu hadisə 4 il əvvəl olub. Sonradan şikayət olunub deyə yenidən məhkəmə keçirilib. Lakin məhkəmənin yekun hökmü hələ ki yoxdur. Mənə ev dustaqlığı verilməsi barədə yazılanlar yalandır. Bilmirəm bu xəbərləri haradan çıxarıblar. Mən hər gün işimdəyəm, hər gün əməliyyata girirəm. Elə indi də əməliyyatdan çıxmışam, bir azdan yenidən əməliyyata girəcəyəm".

S. Mehdiyev qeyd edib ki, o, ölən qızın atası ilə barışıq əldə edib: "Bu hadisə narkozdan olub və anestezioloqla bağlı bir məsələdir. Hətta zərərçəkən özü də mənimlə barışıb. Heç bir şikayətinin olmadığını rəsmi şəkildə bildirib".

Xatırladaq ki, 2015-ci ilin mart ayında "StarMed" klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Dünən isə Report.az saytı yazıb ki, Yasamal rayon Məhkəməsində 18 yaşlı qızın ölümünə səbəb olmaqda təqsirləndirilən cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.

Məhkəmənin hökmü ilə E.Quluzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.

C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3349   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel