Paşinyanın xanımına SƏRT ETİRAZ

Paşinyanın xanımına SƏRT ETİRAZXəbər verildiyi kimi, oktyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bir qrup rusiyalı qadınla birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib. Anna Akopyan bu səfəri özünün "Qadınlar sülh naminə" sülhməramlı təşəbbüsü çərçivəsində təşkil edib. O, təmas xəttində Qarabağ münaqişəsinin tərəflərinə müraciətlə "sülhə çağırış" edib.

Bu səfər Azərbaycanda hiddətlə qarşılandı və rəsmi Bakı Akopyanın bu addımına etirazını bəyan etdi.

"Qadınlar sülh naminə" təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər", - deyə XİN-in açıqlamasında bildirilirdi.

Səfərə etiraz olaraq səsləndirilən bəyanatlardan daha biri Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovadan gəldi.

Dağlıq Qarabağa səfər edən bir qrup rus qadınına müraciət edən N.Cəfərova sülh libasına geyindirilmiş bu tip demarşın ədalət anlayışının özünə əks olduğunu bildirib.

"Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın "Sülh naminə qadınlar"-ı təşəbbüsünün çərçivəsində təşkil olunmuş Azərbaycanın işğal altındakı əraziləri olan Dağlıq Qarabağa səfəri zamanı siz tərəflərə sülh çağırışı etdiniz.

Sülh libasına geyindirilmiş bu tip demarş ədalət anlayışının özünə əksdir. Danılmaz faktdır ki, Ermənistan-Azərbaycan münaqişəsinin zərərçəkmiş tərəfi məhz Azərbaycandır. Məhz Azərbaycanın əraziləri 25 ildən artıqdır ki, Ermənistanın silahlı birləşmələrinin işğalı altındadır. Eyni zamanda məhz Azərbaycanın işğal altındakı torpaqlarında olmaq və Azərbaycanın sülh üçün iradəsinin olmamasını qeyd etmək qeyri-səmimiliyin və sinizmin bariz nümunəsidir. Sülh quruculuq fəaliyyətini ilk öncə Ermənistan cəmiyyətinin özündən başlamaq lazımdır, hansı ki, öz silahlı birləşmələrini işğal altındakı torpaqlardan çıxarmalı və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şəraitin yaradılmasının vacibliyini anlamalı və qəbul etməlidir.

Bu ərazilərdə sizin olmağınız işğal faktını birbaşa vurğulamaq və təmas xəttini sərhəd xəttinə çevirməyin demonstartiv cəhdidir. Rusiyanın vətəndaşlarının, xüsusilə Rusiyanın Dövlət Duması Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini - Svetlana Jurova və başqaların bu oyunda iştirak etməsi təəccüb və dərin təəssüf doğurur.

Sülh quruculuq çox incə və həssas alətidir. Sülh haqqında danışarkən, ilk növbədə, qarşı tərəfin hissləri, dəyərləri, maraqları və hüquqlarını nəzərə almaq vacibdir. Sülhməramlılıq maskasının arxasında gizlənən, torpaqlarımızın işğalını qanuniləşdirmək məqsədi çəkənlər riskli və çox çirkli olan bir oyuna başladılar.

Bu, xüsusən qarşı tərəfin maraqlarını nəzərə almayan, heç bir real təkliflərlə əsaslandırılmayan sülhquruculuq fəaliyyəti zamanı təhlükəlidir".

Bildirilib ki, bu hal ATƏT-in Minsk Qrupu, hər iki ölkənin digər vasitəçiləri və vətəndaş cəmiyyəti çərçivəsində aparılan danışıqları yoxa bərabər edərək, daha çox gərginliyə səbəb ola bilər:

"Ermənistan və Azərbaycan arasında atəşkəsin gücləndirilməsi üçün müzakirələr aparıldığı zaman, bu addım münaqişənin sülh yolu ilə həll etməyə xidmət edə bilməz, əksinə mənfi informasiya mühiti yaradır.

Möhkəm və ədalətli sülh yolunun axtarışları tarixən xoş qonşuluqda yaşayan Ermənistan və Azərbaycan xalqlarının təcili, müqəddəs vəzifə və hüququdur.

Bu iki xalq bunu hamıdan yaxşı anlayır və regiona, sülh və sabitliyin qaytarılması və münaqişənin dayandırılmasının vacibliyində, etibarlı münasibətlərin bərpasında maraqlıdır.

Ermənistanla Azərbaycan arasında ədalətli sülhün təmin edilməsi üçün gərginliyin yumşaldılması və tərəflər arasında etimadın yaradılması üçün real mexanizmləri tapmaq və inkişaf etdirmək, həmçinin əməkdaşlığı gücləndirmək üçün səyləri artırmaq vacibdir.

Biz torpaqlarımızda sülh, əmin-amanlıq və təhlükəsizliyini bərpa etməyi məqsədi olan bütün təşəbbüsləri dəstəkləyirik. Bununla əlaqadər hər kəsi belə düşünülməmiş addımlardan çəkinməyə çağırırıq"./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1059   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021