Vüsal Əliyev ilk həyat yoldaşını döyüb öldürməsi iddialarına - CAVAB VERDİ

Vüsal Əliyev ilk həyat yoldaşını döyüb öldürməsi iddialarına - CAVAB VERDİTanınmış müğənni Vüsal Əliyev sosial şəbəkələrdə paylaşılan fotosu və fotoda onun adından qeyd olunmuş fikirlər barədə geniş açıqlama verib.

Sənətçi "Ölkə.Az"ın əməkdaşıyla söhbətində dörd ay öncə səsləndirdiyi fikirlərin təhrif olunmuş formada indi gündəmə gətirilməsinin məqsədli şəkildə edildiyini söyləyib:

"Son günlər saytlarda, sosial şəbəkələrdə haqqımda yazılanlar məni çox narahat edir. Artıq bununla bağlı işlər gedir. İnşallah, hər şey aydınlaşacaq. Təxminən dörd ay əvvəl ATV-də yayımlanan "Ulduzlu yayım" verilişində aparıcı Günay xanım mənə sual verdi ki, eşitmişəm çox qısqancsınız. Cavab verdim ki, bəli, qısqancam. Soruşdu ki, bir yerə gedəndə qapını həyat yoldaşınızın üstünə bağlayıb gedirsiniz? Bildirdim ki, kiminlə evləndiyimi yaxşı bilirəm, qapını üstünə bağlamağa gərək yoxdur. Qısqanclıq həyat yoldaşından şübhələnmək, ona inanmamaq deyil. Qısqanclıq onu bütün pis işlərdən qorumaqdır. Mənim anlayışım belədir. İyirmi ildir üzdə olan adamam. İndiyə qədər haqqımda heç bir mənfi fikir yazılmayıb, hər zaman oturuşuma, duruşuma diqqət etmişəm ki, ali məktəbdə, orta məktəbdə oxuyan övladlarım var. Özümü elə aparmışam ki, valideynlərim, yaxınlarım efirdə adımı eşidəndə utanmasınlar, sıxılmasınlar. Ailəmə gəldikdə, altı nəfərdən ibarət ailəmin dördü ibadət əhlidir. İkidə və yeddidə oxuyan övladlarım da meyllidirlər, ibadətə başlayacaqlar. Ailəlikcə İstanbulda da yaşamışıq, övladlarımdan biri də orada anadan olub, kiçik toyunu isə Moskvada etmişik. Lazım olan yerlərə ailəvi gedirik də, gəzirik də. Evdar xanım uşaqlarının qayğısına qalırsa, onların yeməyini bişirirsə, lazım olanda ailəvi anasıgilə, bacısıgilə gedirsə, ondan başqa hara getməlidir ki? Həyat yoldaşımın özü də təkbaşına harasa getmək istəməz".

Vüsal Əliyev qeyd edib ki, maddi mənada böyük imkanlara sahib olmasa da, hər zaman ailəsinin bütövlüyünü qorumağı bacarıb:

" Kimsə təkbaşına hara gedirsə, ona qarışmağa ixtiyarım yoxdur. Hər kəsin öz ailə dəyərləri, ailə qaydaları var. Əminəm ki, adımdan həmin fotonu və yazını məqsədli şəkildə yayan var. Üç-dörd dəfə arvadını boşayıb, təzədən evləndiyi qadını studiyaları gəzdirib, müğənni etmək istəyən adam belə iş görə bilər. Sadəcə, polis əliylə həmin materialı kimdən aldığını deyəndən sonra, hər kəslə hesablaşılacaq. Allah böyükdür, əsas odur ki, onun qarşısında düzük. Ailəmlə fəxr edirəm. Tanınmış müğənni kimi maddi mənada böyük sərvətim olmasa da, namuslu, qeyrətli ailəm, tərbiyəli övladlarım olduğu üçün Allaha gecə-gündüz şükr edirəm. Bu mənim üçün ən böyük varlıqdır. Bəzən bəzi insanlar nə qədər vəhşiləşiblər ki, qısqanclıq anlayışını dərk etmirlər. Qısqanclıq qorumaqdır, əxlaqsızlıq demək deyil. Təbii ki, hər bir kişi ailə qurarkən o şəxsin keçmişini, ətrafını araşdırır. Bu sözün altından pis məna çıxartmaq ağıl pozğunluğudur. Fikirlərimi gətirib dinə bağlayırlar. Bəli, din mənim üçün çox önəmlidir. Həyat yoldaşım da dindardır, ona da maraqlı deyil ki, tək harasa getsin, gəzsin. Biz başqasının həyat tərzinə qarışmaq fikrindən uzağıq. Bəlli məsələdir ki, bu rəyi yazanlar necə adamlardır. Bizim belə həyat tərzimiz onlara xoş gəlmirsə, onların necə həyat tərzi sürdükləri açıq-aşkar bəllidir. Bir daha deyirəm ki, verilişdəki müsahibəmdən lazım olan yerləri kəsib, ailəm haqda pis fikir yaradıblar. Pis rəy yazanları da, ilk paylaşanı da bilirəm. Özünə yazıram, cavab vermir. Artıq iş məhkəməyə, polisə verilib. Hamısı polis və məhkəmə, eyni zamanda mənimlə üzbəüz duraraq cavab verəcəklər. Bunu mən deyirəm, nəticəsini də yaxın zamanlarda görəcəksiniz".
Sənətçi birinci həyat yoldaşının onun tərəfindən döyülərək öldürülməsiylə bağlı səsləndirilən iddialara isə faktla cavab verib. Eyni zamanda onun adından yazılan "həyat yoldaşıma dedim ki, o dünyada gəzərsən" fikrinin mənasını açıqlayıb:

"Həyat yoldaşım on altı yaşından ibadət əhlidir. O, pis fikirli insan olsaydı, iyirmi yaşından gəlib, biri dörd, digəri beş yaşında olan uşaqlarımı böyütməzdi. Həmin uşaqların biri hazırda ali məktəbin birinci, digəri üçüncü kursunda oxuyur. ALlahdan qorxmaq lazımdır. Bir insanı sözlə ləkələmək asandır. Əsas odur ki, Allahın yanında düzük. Bəs həmin fikirləri yazanlar o dünyada necə cavab verəcəklər? Verilişdə demişəm, yoldaşıma deyirəm ki, o dünyada gəzərsən. Bu sözümü elə yozublar ki... Əlbəttə, mən düz deyirəm. İki yetimi böyütmək cənnətlik olmaq deməkdir. O yaşlardan ibadət etmək, Allahın yolunu getmək cənnətlik deməkdir. Sözümün arxasındayam. Əsas odur ki, hamımız bir-birimizdən razıyıq. Ona görə də on üç ildir bir yerdəyik və məni tənqid edənlərin əksəriyyətinə örnək olacaq ailəyik. Bir daha deyirəm ki, bunu edənlər cəzasını çox ağır alacaq.

Bir neçəsi də rəy yazır ki, birinci həyat yoldaşını döydü, öldürdü, bunu da ev dustağı edəcək. Allahdan qorxun. Mənim yoldaşımın nədən rəhmətə getdiyini hamı bilir. Bilməyənlər də gedib maraqlana bilərlər. Metronun Qara Qarayev stansiyasının yaxınlığındakı 7 nömrəli doğum evində səbəblərini araşdıra bilərlər. Belə əsassız fikirlər səsləndirmək üçün insan nə qədər canavar, nə qədər insanlıqdan kənar olmalıdır. Evdə qalmaqla heç kim ölmür. Evdar qadın uşağının təlim-tərbiyəsi, təhsiliylə məşğul olmalıdır. Evdə qalmaq nə vaxtdan dustaqlı olub ki? Özümün də işim yoxdursa, evdə oluram. Çöldə də işim qurtaranda ilk ağlıma gələn şey evə gəlməkdir. İnşallah, bu barədə hamının cavabını aldığı barədə sizə bildirəcəyəm".

Vüsal Əliyev ilk həyat yoldaşını döyüb öldürməsi iddialarına - CAVAB VERDİ


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 5324   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara ƏSƏBİLƏŞDİ - FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı süni intellektlə video hazırlayanlara müraciət edib. O, aktrisanın məzarının o cür nümayiş edilməsini istəmədiyini bildirib:. "Bəzən proqramla düzəldilən görüntülər qarşıma çıxır: Tünzalə məzardan çıxıb daşa sarılır. Bu mən

21 mart
.

Narkotik istintaqı çərçivəsində saxlanılan türkiyəli məşhur aktrisa Hande Erçelin ifadəsi məlum oldu

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik əməliyyatında yeni məlumatlar ortaya çıxıb. -ın xəbərinə görə, bu barədə "Sabah" nəşri məlumat verib. Barəsində saxlanılma qərarı verilən və İngiltərədə olduğu müəyyən edilən türkiyəli məşhur aktrisa Hande Erçel ötən gün Türkiyəy

28 mart
.

"Qadınlar böyütdükləri oğulları çox nazlayırlar, olmaz"

"Bizi ana-atamız dünyaya gətirir. 17-18 yaşından sonra biz özümüz qurub yaratmalıyıq. İki qız övladım var. Böyük qızım ikinci kursda təhsil alır. İki ay tətildə belə özünə iş tapıb işləyir. Deyir ki, istəmirəm kimsə bilsin ki, sənin qızınam. Düzdür, mən də meqastar deyiləm. Mən qızımı alqışlayıram

22 mart
.

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin"

"Sevgidə qarşılıqlı qərarlar olmalıdır. Sözsüz ki, son qərarı mən deməliyəm. Təbii ki, bu zarafatdır. Ortaq məxrəcə gəlmək lazımdır. Fərqli düşüncələr olanda axırı dava, ayrılıq, aliment olur. Dözmək hissi olmamalıdır. Ona görə də zamanından əvvəl evlənmək, kimisə məcbur etmək olmaz. "Evlənən

29 mart
.

Cengiz Kurtoğlu xəstəxanaya yerləşdirildi

Arabesk musiqisinin sevilən adlarından biri olan Cengiz Kurtoğlunun səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, sənətçi dünən gecə burnundan qanaxma ilə xəstəxanaya çatdırılıb. Kurtoğlunun əməliyyat olunduğu məlum olub. Həkimlərin müayinələri zamanı məşhur sənətçinin iki arteriyasının tıxandığ

28 mart
.

Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR

"Taşacak bu deniz" serialının mövsüm finalının tarixi bəlli olub. xəbər verir ki, ekran işi iyunun 9-da 33-cü bölümü ilə yayımına fasilə verəcək. Qeyd edək ki, baş rollarını Ulaş Tuna Astepe ilə Dəniz Bayselin canlandırdığı layihə "TRT 1" kanalında nümayiş olunur

24 mart
.

Murad Dadaşov evindən VİDEO PAYLAŞDI

Xəbər verdiyimiz kimi, Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov əməliyyat olunub. Bizim.Media xəbər verir ki, uzun müddətdir xəstəxanadan görüntülər paylaşan Dadaşov evə buraxılıb. O, evindən video yayımlayıb. Videoda M.Dadaşovun itləri ilə oynadığı nümayiş olunub

28 mart
.

Aynişanın ad günündən yeni görüntülər

İnfluenser Aynişan Quliyeva (Ayni Xalid) iki gün öncə özünə dostları ilə birgə doğum günü edib. OLAY yazır ki, gecədə bütün qonaqlar qara, təkcə Aynişan qırmızı libas geyinib. Tədbirdən fotoları Ayni sosial media hesabında paylaşıb

23 mart
.

Zaurun əməkdar artistlə illər öncəki VİDEOsu müzakirə yaratdı

Tanınmış teleaparıcı Zaur Baxşəliyevin arxiv videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, paylaşılan görüntülərdə onun Əməkdar artist, aktrisa Nahidə Orucova ilə səmimi anları diqqət çəkib. İkilinin illər əvvəl birlikdə çəkilmiş görüntüləri qısa zamanda geniş yayılaraq müzakirələr

24 mart