Parlament D230 bloku üzrə sazişi təsdiqlədi
Bu gün Milli Məclis "Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə "BP Exploration (Azerbaijan) Limited"şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, bu qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin Saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Qeyd edək ki, "D230" blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə Londonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.
"D230" bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında "D230" blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 485 Tarix: 12 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAvropa otelin yanında sərfəli qiymətə mənzil satılır
Çox təcili, Yasamal rayonu, Nizami metrosu tərəfdə, İzmir küçəsində, Avropa Otelin yanında, 100% yaşayışlı yeni binada, qazlı, chixarışlı (kupçalı), 1-2-yə düzəldilmiş, 70 kvadratlıq, əşya ilə birgə, 8 ilin təmiri olan, hal hazırda 700 Azn-nə icarəyə verilən, şəhərə gözəl mənzərəsi olan, məkəzi istili
12 oktyabr 2018Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Bu gün "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar Sevil Əliyevanın doğum günüdür. Onun 63 yaşı tamam olur. Ümumilli lider Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva 12 oktyabr 1955-c
12 oktyabr 2018Bakıda iki qız oğlana görə saçyolduya çıxdılar - VİDEO
Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb. azxəbər.com-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində qeydə alınıb. Belə ki, qızlar oğlan üstündə dalaşıblar. Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib
12 oktyabr 2018Bakıda böyük təhlükə yarandı - Hacıbala Abutalıbovdan AÇIQLAMA
Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb. Təhlükə sürüşmə ilə bağlıdır. Baş nazirin müavini Hacıbala Abutalıbov -a faktı təsdiqləyib:. "Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir
12 oktyabr 2018Evdən qaçan 22 yaşlı müəllimə Bakıda görün haradan tapıldı
Oktyabrın 2-də Gəncədə itkin düşən 22 yaşlı müəllimə Bakıda tapılıb. Aparılan axtarış tədbirləri nəticəsində Gəncə şəhər Vaqif küçəsində yaşayan 1996-cı il təvəllüdlü Əsgərova Günay Zahid qızının Bakıda olduğu müəyyən edilib. Onun tapılması barədə ailəsinə məlumat verilib. Bildirilir ki, evdən qaça
12 oktyabr 2018Təyyarədə olan şəxsə zor tətbiq edəni bu cəza gözləyir
Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzaları müəyyən edən layihə müzakirəyə çıxarılıb. xəbər verir ki, iclasda bildirilib ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Əlavə edilən 270-1 (Aviasiya təhlükəsizliyin
12 oktyabr 2018Bakıda 2 marşrut xəttində dəyişiklik edilib
Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqət
12 oktyabr 2018Cinayət Məcəlləsinə dəyişilik edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı mübarizənin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. xəbər verir ki, Cinayət Məcəlləsinin 214-1 (Terrorçuluğu maliyyələşdirmə) maddəsinə dəyişiklik edilib. Hazırda maddəy
12 oktyabr 2018