Arda Turan davadan DANIŞDI: prezidentindən üzr istəyəcəm və...

Arda Turan davadan DANIŞDI: prezidentindən üzr istəyəcəm və..."Söhbət Arda Turandan düşəndə media gerçəkləri deyil, dedi-qoduları yazmağa üstünlük verir, amma bu dəfə həmişəkindən fərqli olaraq, məni çirkin bir iftira ilə sadəcə ictimaiyyətin önünə deyil, 8,5 aylıq hamilə həyat yoldaşımın də qarşısına atdılar. O gecə nələr olduğunu uzun-uzun izah edərəm. Orada olan xanımların heç birini tanımadığımı, heç biriylə özümü və ailəmi aşığılayacaq dialoqa əsla və əsla girmədiyimi uzun-uzun açıqlayaram, amma üzərimə atılan böhtan haqqında ən yüngül kəlməni istifadə etməyə üstünlük verirəm: yalan. O gecənin başlanğıcında olanlarla bağlı başqa heç bir şey söyləməyə ehtiyac duymuram.

Bəhs edilən adamın reaksiyasına qarşı isə pis bir hərəkət etdiyimi qəbul edirəm. Başqa biri olsa, belə sərt reaksiya verərmiydi? Yox, belə bir reaksiya verməzdim deyə bilərsiniz, amma keçmişdə baş verənləri bilənlərə nə üçün belə etdiyimi anlamaq çətin olmayacaq. Yenə də kobud reaksiya verdim. O gecə təəssüf hissimi özünə də ifadə etdim. Mən peşəkar bir idmançıyam və qəzəbimə nəzarət etməyi öyrənmək məcburiyyətindəyəm. Bu, həm meydançada, həm də şəxsi həyatımda keçərlidir".

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri futbolçu Arda Turan instaqramda yazıb. O, gecə klubunda xanımına sataşdığı, daha sonra isə burnunu sındırdığı müğənni Berkayla arasında baş verənlərlə bağlı sosial şəbəkədə geniş açıqlama verib. Arda şəxsi hesabından verdiyi açıqlamada Berkay Şahinin həyat yoldaşına sataşmadığını, yayılan söz-söhbətin yalan olduğunu yazıb.

Daha sonra Arda Turan hamilə xanımını evdə qoyub gecə saatlarında əyləncə məkanına getdiyi üçün ona haqsızlıq etdiyini bildirib:

"Sabah daha bir açıqlama yazaraq həm klubumdan, həm komanda yoldaşlarımdan, həm də prezidentimdən xüsusi halallıq istəyəcəyəm, amma bu bir neçə cümlənin səbəbkarı həyat yoldaşım Aslıhandır. Gördüyüm hər şeyi öz vicdanıma açıqlaya bilərəm. Bir tək şey istisna: səbəbi nə olursa olsun, bir neçə gün sonra doğum etmək üzrə olan həyat yoldaşımı evdə qoyub gecəyarı əyləncə məkanına getməməliydim. Bu hərəkətimdən sonra özümü məruz qoyduğum bu qədər böhtanı düşündükcə ona böyük bir haqsızlıq etdiyimi hiss edirəm və ürəyim yanır. Barəmdə böhtanlar və yalanlar vecimə deyil. Özümlə təkbətək qalanda bunların hamısının yalan olduğunu bilirəm və bu, mənə kifayətdir. Məni narahat edən tək şey həyat yoldaşım Aslıhandır. Çox sevdiyim həyat yoldaşımın məni məndən daha yaxşı anlamasına baxmayaraq, özümü bağışlamıram. Madam ki, bir açıqlama vermək tələb olunur, o zaman açıqlayım: Bir daha həyat yoldaşımın belə bir şeylə üz-üzə qalmasına heç vaxt yol verməyəcəyəm".5bc1813918c7731c4435e5d8.jpg


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1731   Tarix: 13 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

10 il evindən çıxmayan rusiyalı kişini təxliyə etmək üçün unikal əməliyyat - VİDEO

Rusiyada 10 il evindən çıxmayan, 400 kiloqram çəkisi olan kişinin mənzildən çıxarılması ilə bağlı unikal əməliyyat keçirilib. Məlumata görə, 54 yaşlı Maksim ürəyi ağrıdığı üçün təcili yardıma zəng edib. Həkimlər gəlib onu xəstəxanaya yerləşdirmək istəsələr də, xilasedicilərin köməyi olmadan bunu ed

14 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21 aprel