Orifleym Azərbaycan – 20 illik tarixi olan uğur

Orifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurDünyaca məşhur olan "Orifleym" şirkətinin 20 illik fəaliyyəti ilə bağlı Bakıda mətbuat konfransı keçirilib.

Konfransda marketinq və satış dəstəyi üzrə direktor Durdanə Bağıyeva, Cənubi Qafqaz üzrə vitse-prezident və Azərbaycan üzrə icraçı direktor Kemal Kaya və İsveçin Azərbaycandakı səfiri Kristian Kamill iştirak etdilər.

Konfransda şirkətin 20 il ərzindəki fəaliyyəti , görülən işlər barədə məlumat verilib.

D.Bağıyeva çıxışında Orifleym şirkətinin İsveç şirkəti olaraq, 50 illik bir tarixə malik olduğunu vurğuladı. Azərbaycanda Orifleym şirkəti rəsmi olaraq 1998-ci il, fevralın 9-dan fəaliyyətə başlayıb. Şirkət, demək olar ki, uğurlu yol keçib. Avropa şirkəti olaraq ilk dəfə birbaşa satış şirkəti kimi Azərbaycan bazarına daxil olub.

Həmçinin, Orifleym şirkətinin Qafqaz ölkələri üzrə vitse-prezidenti Kemal Kaya Orifleymin bu il Azərbaycanda 20 illiyinin, dünyada isə keçən il 50 illiyinin qeyd edildiyini bildirdi. Kemal Kaya Orifleym şirkətinin yaradılma tarixi ilə bağlı danışarkən dedi ki, Orifleym şirkətini əsası 1967 – ci ildə İsveçdə " Qrand" oteldə qoyulub: " O zaman Af Yoknik qardaşları şəxsi biznesə başlamağa və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar veriblər. Beləliklə, Orifleym yaranıb. Artıq 50 il keçib və o gündən bəri şirkət daim inkişaf edərək böyüyüb. Bu gün dünyada böyük şirkərlərdən biri olduğunu görürük. Orifleym artıq dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. 3 milyondan artıq məsləhətçi Orifleymlə əməkdaşlıq edir, şirkətin illik dövriyyəsi isə 1,4 mlrd avroya yaxındır. Şirkətin öz fabriklərinin yerləşdiyi ölkələr Rusiya, Polşa, Çin və Hindistandır".

1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, Orifleym yarandı! Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimizi Orifleymlə əməkdaşlıq edən məsləhətçilərdən ibarət satış gücü dünya bazarlarında satır.

"Orifleym pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. Bu gün qazan və sabah arzularını həyata keçir™" bizim biznes konseptimizdir", deyə o vurğulayıb.

Tədbirdə Orifleymin kosmetik məhsulları ilə bağlı bir çox videoçarxlar nümayış olundu. Həmin məhsullar haqqında Orifleym şirkətinin Marketinq və Satışa Dəstək şöbəsinin rəhbəri Dürdanə Bağıyeva ətraflı məlumatlar verdi:

"Biz də qürüq duyuruq ki, İsveç şirkəti olan Qrifleyimin əməkdaşlarıyıq. Bizim üçün gözəllik bir həyat yoludur. Gözəllik deyəndə biz həm dekorativ kosmetikanı, həm dəriyə qulluğu, həm də vücudumuzu qidalandıracaq düzgün qidaları nəzərdə tuturuq. Hər 3 xətt Orifleymdə öz məhsulları ilə əhatə olunub. Gözəllik üçün istifadəçiyə ən birinci verilən məhsul "Zevan" dodaq boyasıdır. Bu brend əsas qlobal moda trendlərindən ilhamlanaraq yaradılıb. Bir çox beynəlxalq mükafatların laureatı olub. Biz həmçinin bir çox tanınmış brendlərlə əməkdaşlıq edirik. Dekorativ kosmetika olaraq, bir çox moda gecələrində məhsullardan istifadə olunur. Bunlar hər kəsə qürurla təklif edə biləcəyimiz dəriyə qulluq dəstləridir. Hər yaş kateqoriyası üçün biz onları təklif edirik. Gözəllik bizdə, sadəcə, xarici görünüş deyil, eyni zamanda bütün bu gözəlliyimiz daxili qidalanmadan irəli gəlir".

Birlik, Ruh və Ehtiras – Orifleymi möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.

50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzimizin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnalogiyalar axtarışındadır.
Hal-hazırda insanlar gözəlliyin – sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlamışlar. Müvafiq olaraq, "gözəlliyin daxilin və xaricin harmosniyası kimi" qəbul olunmasına doğru bir irəliləmə baş vermişdir. Bir isveç brendi kimi bizim üçün gözəllik hər zaman daha böyük anlam olmuşdur. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. "Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir".

Orifleym Azərbaycan – 20 illik tarixə malik uğur haqqında

Orifleym Azərbaycan şirkətinin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.
Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində Orifleym-Azərbaycan da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.

Bütün bu illər ərzində Orifleymə inanan insanlar, bizə və bizim keyfiyyətimizə inananlar, bizim etdiyimizə inananlar və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan insanlar bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir.

2018-ci il Orifleym şirkəti üçün əlamətdar bir tarixdir: şirkət 20 illik yubileyini qeyd edir. Bu il Oriflame şirkətinin Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd etdik, "Gözəl dəyişimlər" layihəsində dünyanı daha yaxşıya doğru dəyişmək yolları haqqında danışdıq, sübut etdik ki "həqiqi gözəlliyin yaşı olmur", sizinlə birgə "Həqiqi yay" yaşadıq.
Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.

20 illik tarixə malik uğur – bu sadəcə başlanğıcdır!

Şirkət haqqında faktlar

• Orifleymin təmsil olunduğu ölkələrin sayı-60-dan çox
• Orifleym əməkdaşlarının sayı- təqribən 7000
• Məhsul çeşidi- təxminən 1000 adda müasir təbii isveç kosmetikası
• Şəxsi fabriklərinin yerləşdiyi ölkələr- Russiya, Polşa, Çin və Hidistan

www.oriflame.az

https://www.instagram.com/oriflame_official_azerbaijan/

https://www.facebook.com/OriflameAzerbaijanOfficial

Orifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğurOrifleym Azərbaycan – 20 illik tarixi olan uğur


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2711   Tarix: 29 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr