Gecə qapı döyüldü, gələn keçmiş əri idi... – Cinsi əlaqə təklifi və dəhşətli ölüm

Gecə qapı döyüldü, gələn keçmiş əri idi... – Cinsi əlaqə təklifi və dəhşətli ölümSumqayıt şəhərində ərinin ölümündə təqsirli bilinən 1980-ci il təvəllüdlü Səlimə Əliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, 2016-cı ilin sentyabrın 7-dən 8-nə keçən gecə, saat 01 radələrində keçmiş əri Natiq Əliyev Səlimə Əliyevanın kirayədə yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda olan evinə gəlib.

Gecə yarısı qapı döyülür...

Natiq Əliyev evin qapısını döysə də, Səlimə əvvəlcə qapını açmaq istəməyib. Amma səs-küy yaranacağı və qonşular arasında rüsvay olacağını düşünən Səlimə Əliyeva qapını açıb və Natiq Əliyev evə daxil olub. Daha sonra Natiq Əliyev əvvəllər ər-arvad münasibətlərində olduqlarını əsas gətirib və Səlimə Əliyeva ilə cinsi əlaqədə olmaq istəyib.

Cinsi əlaqə təklifi və ölümlə təhdid

Lakin Səlimə Əliyeva keçmiş əri ilə cinsi əlaqədə olmaqdan qəti şəkildə imtina edib. Bu səbəbdən Natiq Əliyevlə keçmiş arvadı arasında mübahisə yaranıb.

Mübahisə zamanı Natiq Əliyev mətbəxdən götürdüyü bıçaqla Səliməni bıçaqlamaq və öldürməklə hədələyib, onunla cinsi əlaqədə olmasını tələb edib.

Mübahisə və dava

Bu zaman Səlimə Əliyeva həmin bıçağı zorla Natiq Əliyevin əlindən almaq qərarına gəlib. Lakin Natiq Əliyev bıçağı qadına verməkdən imtina edib.

Səlimə Əliyeva ilə dava zamanı Natiq Əliyevin əlində olan bıçaqla sonuncunun sol buduna xəsarət yetirilib, onun həmin nahiyədə damarı kəsilib.

İttiham

Natiq Əliyev Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, sentyabrın 8-də, saat 02.20-da o, kəskin qanitirmədən ölüb.

İstintaq orqanı tərəfindən Səlimə Əliyeva Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İslah cəzası

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Səlimə Əliyeva aylıq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Səlimə Əliyeva apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmdən apelyasiya şikayəti verən zərərçəkmiş şəxsin nümayəndəsi Səlimə Əliyevanın barəsində olan hökmün ağırlaşdırılmasını tələb edib.

Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin apelyasiya şikayətləri təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2541   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel
.

SON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə

21 aprel
.

Bakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə

20 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

Taxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus

21 aprel
.

Şirvanda kardioloq ürək çatışmazlığından vəfat etdi

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentini

21 aprel
.

2 ildir COVID-dən əziyyət çəkirdi, öldü

Hollandiyada təqaüdçü iki ilə yaxındır ki, koronavirusdan əziyyət çəkir. xarici KİV-ə istinadla bildirir ki, bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, 50-dən çox mutasiyadan xilas olan kişinin bədənində virus daha güclü olub. "Daily Star" kədərli dünya rekordu haqqınd

20 aprel
.

Yasamalda 24 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yanında avtomobil yolu keçən 200-ci il təvəllüdlü Aynur İbad qızı Allahverdiyevanı vurub. Yaralı təcili tibbi yardımı

21 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel