Bu gecə kəskin ucuzlaşdı - AZƏRBAYCAN ÜÇÜN RİSK

Bu gecə kəskin ucuzlaşdı - AZƏRBAYCAN ÜÇÜN RİSKBrent neftinin qiyməti 64 dollar, ABŞ xam neftinin (WTI) qiyməti isə 54 dollar səviyyəsinə düşüb.
Sonxeber "marja.az"-a istinadən bildirir ki, neftin qiyməti ABŞ Prezidenti Donald Trampın OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının hasilatı azaltmaq planını tənqid etməsinin ardından daha da, düşüb.
Neft 12 gündür ucuzlaşır.
Səudiyyə Ərəbistanın energetika naziri Xalid Al-Falih, istehsalçıların oktyabr ayındakı hasilatdan 1 milyon barrel az neft istehsal etmələri lazım olduğunu söyləyib.

Tramp "Twitter" vasitəsilə verdiyi açıqlamada, "Ümid edirəm ki, Səudiyyə Ərəbistanı və OPEC neft istehsalını azaltmayacaq. Neft qiymətləri təklifə bağlı olaraq daha aşağı olmalıdır" - deyib.
Trampın açıqlamasından sonra, Brent markalı neft təxminən 7,5% ucuzlaşaraq 64,75 dolları, ABŞ xam neftinin qiyməti isə 8% düşərək 54,90 dollar olub. (Saat 07:00-a olan məlumat)

Neft qiymətləri ötən aydan bəri isə 25 faiz düşüb. Brent neftinin qiyməti oktyabrın 3-də 86 dolları keçmişdi.
ABŞ 8 ölkəyə İrandan neft satın almağa möhlət verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb.
ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq noyabrın 5-i başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin bu məhdudiyyətlərdən müvəqqəti (180 gün) istisna olunduqlarını açıqladı.

Həmçinin, ABŞ-da neft hasilatı və ehtiyatları artır.

Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal iqtisadi artımı ləngidir və neftə təlabatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da, yaranıb. Bütün bu proseslər də neft qiymətlərinə mənfi təsir edir.

"OPEC" aylıq hesabatında 2019-ci ildə neftə tələbin gözləniləndən sürətli azaldığını gözlədiyini qeyd etmişdi."Neft qiymətləri mənim sayəmdə aşağı düşür".
ABŞ Prezidenti Donald Tramp, son həftələrdə neft qiymətlərində baş verən azalmanın özü sayəsində olduğunu bildirmişdi.
İrana qarşı sanksiyalardan səkkiz ölkəyə möhlət verdiklərini xatırladan ABŞ Prezidenti Donald Tramp, "Bunu etməyimin bir səbəbi məndən kömək istəmələridir. Ancaq, əsas səbəb neftin qiymətinin 100 dollara və ya 150 dollara yüksəlməsini istəməməyimdir. Qiymətləri mən aşağı salıram. Əgər neft qiymətlərinə baxsanız, son bir neçə həftədə olduqca əhəmiyyətli dərəcədə aşağı düşdüyünü görərsiniz. Bu mənim sayəmdə oldu" demişdi.
Tramp,"OPEC deyilən bir monopoliya var və mən bu monopoliyanı sevmirəm" ifadəsini də, işlədib.

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar-dan götürür. İqtisadçılar bu qiymətin riskli olduğu barədə xəbərdarlıq ediblər. 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar götürülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4375   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel