Məhərrəmovların Madriddəki şərab biznesi – FOTO-VİDEO

Məhərrəmovların Madriddəki şərab biznesi – FOTO-VİDEOXəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub.

Sonxeber.az bildirir ki, Unikal.org Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edib.

Məlum olub ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş. Belə ki, Məhərrəmov İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb. Səfir iki ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də yaradırmış. Anar Məhərrəmov səfirlik dövründə İspaniyanın Madrid şəhərində Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

Nəhayət, Anar Məhərrəmov 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi"ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan "Aspi Agro" MMC şirkətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, ölkəmizdə şərabçılığın prioritet sahələrdən biri olduğunu qeyd edərək, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların təzahürü kimi, Azərbaycan şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini, ölkə şərablarının və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını vurğulayıb. Qeyd olunub ki, "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın qəbulu nəticəsində Azərbaycanda şərabçılığın inkişafı böyük vüsət alıb, "milli brend" adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.

Daha sonra "Aspi Agro" MMC şirkətinin nümayəndəsi tərəfindən "Savalan" brendinə məxsus şərablarla bağlı təqdimat edilib.

Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda digər şərab istehsalı ilə məşğul olan şirkətlərin ciddi narazılığına səbəb olub.

Təqdimatdan sonra, Madriddə "Savalan" brendinə məxsus şərabların satışına da böyük təlabat yaranıb. Bunun üçün təlabatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib. Oğulun təqdimatında göründüyü kimi, sözügedən şərablar "Aspi Agro" MMC-yə məxsus olduğu istisna edilmir.

Həmin tədbirdən görüntüləri təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2143   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel