Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar - VİDEO

Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar - VİDEOÖtən gün mahnıları ilə tamaşaçılarını ağlatmağı yaxşı bacaran, özü də ara-sıra ağlayan müğənni Damla bu dəfə göz yaşlarını film üçün töküb.

"Taxta ayı" adlanan filmdə Rüfət Nəzərlə baş rolu paylaşan Damlanın obrazının da adı elə "Damla" olub. Xatırladım ki, filmin prodüseri də Damlanın özüdür.

Obrazı ilə eyni adı daşıyan sənətçi, yəqin ki, burada uşaqlığımızın "ağlamalinski" türk filmlərində öz adı ilə oynayan Ceylan, Emrah kimi məşhurları örnək alıb.

Filmdə İlqar Cahangir, Mehriban Xanlarova, Kazım Abdullayev, Leyli Vəliyeva, Mətanət Atakişiyeva, Zemfira Əbdülsəmədova kimi sözünü demiş aktyorlar da oynayıb.

Rejissor işinin yaxşı olduğu filmdə ssenaridəki çatışmazlıqlar özünü büruzə verib. Belə ki, Rüfət Nəzərin canlandırdığı "Ümid" obrazının həyatdan nə istədiyi bəlli deyil, gah anasının qisasını alır, gah da soyuq obrazı ilə həyat yoldaşını geri qaytarmaq istəyir. Həyat yoldaşını axtarır və əli ilə qoymuş kimi tapır.

Bəzi səhnələr istisna olmaqla, Damlanın aktrisalıq qabiliyyəti filmdə ön plana çıxıb. Mehriban Xanlarovanın aktrisa kimi özünəməxsus möhtəşəmliyi ekran işinə damğa vurub.

Mətanət Atakişiyevanın göz yaşları, İlqar Cahangirin əsl Azərbaycan kişisinə xas sərtliyi filmdə kiçik səhvləri arxa plana atır.

Zemfira Əbdülsəmədovanın ana şəfqəti, həzin və yumşaq səsi, hərdən sərt baxışı və əsrarəngiz aktrisalığı bu filmdə də özünü göstərir.

Filmdə Azərbaycan reallığını əks etdirməyən hadisələr də baş verir. Buna həyat yoldaşı bakirə çıxmayan oğlanı küçədə lağa qoyub, üzünə qarşı gülən tin uşaqlarını misal göstərmək olar. Adətən, Azərbaycan reallığında belə bir hadisə baş versə, həmin küçədəki "qaqaş"lar oğlanla öpüşüb-görüşüb, daha sonra arxasınca danışmalı idilər.

Filmdə Damla evdən qaçandan sonra səhəri gün atası ölür və həmin "dayı"ya səhəri gün qəbirdaşı qoyulur. Sonra heç bir yas məclisi keçirilmir və aktyorlar bir paltarla iki-üç gün fırlanırlar.

Filmin əsas diqqətçəkən obrazı isə Damlaya aşiq olan, onun zorlanmasının qarşısını alan Neonun canlandırdığı "Orxan"dır.

Fərqli xarizması, görüntüsü və aktyorluq qabiliyyəti ilə seçilən Neo ekran işinə fərqlilik gətirib. Yəni, bir növ standart yeni nəsil dram filminə "cool" bir hava qatıb.

Ekran əsərində 5-10 saniyə erotik kadrın getməsi də gözdən yayınmayıb. Qaranlıq məkanda sekslə məşğul alan cütlüyün bədən xətləri izləyicidə onların kimliyi barədə maraq yaratsa da, açıq-aydın görülən gənclərin kuliminasiya nöqtəsinə çatmamış, öldürüldükdən sonra yerə sərilən qollarıdır.

Filmin kadrları, rənglənməsi də yerindədir. Bəzi səhnələrdə hədsiz dramatik musiqi insanı yorsa da, "acıteyşn"dan kənara çıxsaq, ümumilikdə gedib baxmağa, Damlanı aktrisa kimi kəşf etməyə və filmdə rol alan sənətkarların canlı əfsanə olduqlarına bir daha şahid olmağa dəyər.

"Oxu.az"


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3479   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızından ŞOK paylaşım - FOTO

26 sentyabr saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda, 6 mərtəbəli binanın ən üst qatındakı mənzilindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümü hələ də tam aydınlaşdırılmayıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülterin sosial mediad

7 dekabr
.

"Uzak şehir"də ŞOK yaşadan aktyordan İLGİNC AÇIQLAMALAR - "İlk dəfə gözləri bağlı şəkildə..." - FOTO

"Uzak şehir" serialında "Boran" obrazını canlandıran aktyor Burç Kümbetlioğlu açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki, Beste Sırapınarın "YouTube" proqramına qonaq olan Kümbetlioğlu canlandırdığı obrazla bağlı maraqlı etiraf edib:. "Boran"ın geri dönməs

7 dekabr
.

"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"

"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə

13 dekabr
.

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər

14 dekabr
.

KİV: Teylor Svift toyunu istədiyi tarixdə keçirmək üçün digər gəlinə rüşvət verib

Amerikalı müğənni Teylor Svift toyunu istədiyi tarixdə keçirə bilmək üçün başqa bir gəlinə rüşvət verib. xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Müğənni amerikalı futbolçu Trevis Kelsi ilə toy mərasimini 2026-cı il iyunun 13-də keçirməyi planlaşdırır. O, ABŞ-nin Rod-Aylen

7 dekabr
.

Oğluna aldığı bahalı hədiyyələri nümayiş etdirdi - VİDEO

Müğənni Lətifə sosial media hesabında oğlu Ariflə bağlı paylaşım edərək onun ad gününü qeyd edib. xəbər verir ki, sənətçi övladına ünvanladığı təbrikində belə yazıb: "Həyatın hər anı xoşbəxtliklə dolsun, oğlum. Sevgilim Arif, ad günün mübarək. Lətifə həmçinin ailə üzvləri ilə birlikdə Arif üçü

9 dekabr
.

Xalq artisti: "Gəlinimdən cehiz almayacağam"

Xalq artisti Könül Xasıyeva etirafı ilə diqqət çəkib. xəbər verir ki, xanəndə oğlunun gələcək ailəsi barədə fikirlərini dilə gətirib. Müğənni gəlinindən cehiz almayacaq:. "Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin cehiz gətirir, heç birinİ gətirməsin. Bir Kazımın barmağına balaca üzük taxsın

10 dekabr
.

Hande Erçelin 45 yaşlı yeni sevgilisinin kimliyi məlum oldu

Məşhur aktrisa Hande Erçel haqqında ortaya atılan yeni eşq iddiası magazin gündəmini yenidən hərəkətə gətirib. türk mediasına istinadən xəbər verir ki, bir müddətdir 45 yaşlı bir iş adamı ilə münasibət yaşadığı deyilən Erçelin sevgilisinin kimliyi müəyyənləşib. İddialara görə, Hande Erçelin yeni sevgilis

12 dekabr
.

"Sevgilimi çox sevirəm, amma…" - Vüsalə Əlizadədən mesaj - VİDEO

Vüsalə Əlizadə "Xərçəng bürcü" başlıqlı, yumor xarakterli videonu paylaşıb. xəbər verir ki, videoda kiçik bir uşağın qarşısındakı şəxsin saçını dartması göstərilib. Aparıcı paylaşımına "Sevgilimi çox sevirəm, amma bəzən…" qeydi əlavə edib. Bu, onun şəxsi həyatı ilə bağlı yeni ehtimallar

13 dekabr