Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayır

Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayırAzərbaycan hökuməti 6-cı dövri hesabatı hazırlayır.

Azərbaycan hökuməti BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə (CEDAW Committee) təqdim ediləcək 6-cı dövri hesabatı hazırlayır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 6-cı dövri hesabatın hazırlanması məqsədilə aidiyyəti hökumət qurumlarının gender məsələləri üzrə məsul nümayəndələrinə 2 günlük bacarıqların artırılması məqsədilə keçirilən təlimdə məlumat verib.

A.Sofiyeva qeyd edib ki, Azərbaycan hökuməti 6-ci dövri hesabatı 2019-cu ilin mart ayında təqdim edəcək.

Komitə rəsmisi Azərbaycan hökumətinin qadın hüquqlarının müdafiəsinə və bərabər imkanların yaradılmasına böyük önəm verdiyini qeyd edib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin gender üzrə proqram müşaviri Bəhicə Əliyeva "Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Konvensiyanın" prinsiplərinə qadınların hüquqlarının qorunması naminə riayət edilməsinin vacibliyini qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın 5-ci dövri hesabatı 2015-ci ildə təqdim edilib. Bu hesabatda CEDAW Komitəsi dövlət tərəfindən 2009-cu ildə 4-cü dövri hesabatına verilmiş tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan hökumətinə qadınların hüquqlarının təşviqi məqsədilə bir neçə mühüm addımların atılmasını məsləhət görüb. Bunlara doğulanlar arasında oğlan uşaqlarına verilən üstünlüyün aradan qaldırılması istiqamətində qurumlararası fəaliyyət planı, məişət zorakılığının qarşısının alınmasında Milli Strateqiya və Milli Fəaliyyət Planının qəbulu, eləcə də "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Avropa Şurasının Konvensiyası"nın ratifikasiyası üçün zaman çərçivəsinin müəyyən edilməsi daxildir.

Bir çox vaxt "Qadınlar Konvensiyası" adlandırılan "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq Konvensiya 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Azərbaycan 1995-ci ildə həmin Konvensiyanı ratifikasiya edərək sözügedən prosesə qoşulub.

Konvensiyanı ratifikasiya etmiş və ona qoşulmuş ölkələr sənədin müddəalarını yerinə yetirərək gender bərabərliyinə təkcə "de-yuri" deyil, eləcə də faktiki hər bir kişi və qadın tərəfindən hiss ediləcək dərəcədə nail olmaq hüquqi öhdəliyini qəbul edirlər. Bundan əlavə ölkələr Konvensiyanın ratifikasiyasından bir il sonra ilk milli hesabatlarını, daha sonra növbəti hər 4 il ərzində sazişdən irəli gələn öhdəliklər üzrə görülmüş tədbirlər üzrə hesabat verirlər.(trend.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1567   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021