Oriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAR

Oriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLARNoyabrın 16-da Oriflame Şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini şəhərimizin ən dəbli konsert zallarının birində "20 il Sizinlə" adlı möhtəşəm tədbirlə qeyd etdi.Tədbir pre-party ilə başladı.

Yubiley mərasimini açıq elan edən tədbirin aparıcısı Oriflame şirkətinin Azərbaycanda keçdiyi uğur yolundan danışdı: "Bu il Oriflame şirkəti Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir. Özünün zəngin tarixi boyu isveç brendi dünya üzrə insanların gözəllik arzularını, keyfiyyətli həyat və şəxsi uğur istəklərini həyata keçirməyə kömək edərək gözəllik aşiqi olan insanlardan ibarət cəmiyyətlər yaratmışdır. Oriflame şirkəti 50 ildir dünyada, 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bununla qürur duyuruq. Çünki biz dürüstük, güvənilən şirkətik. Yüksək keyfiyyətli məhsulları çox münasib qiymətə bir çox insanların arzularını həyata keçirmək...Və həqiqətən də biz bunu bacardıq", deyə o vurğulayıb.

Tədbirdə çıxış edən Qafqaz ölkələri üzrə Vitse Prezident və Rəhbər, Orifleym-Azərbaycanın Baş Direktoru Kemal Kaya çıxış edərək bildirib ki, Oriflame şirkəti dünyanın ən öndə gedən qlobal şirkətlərindəndir. Şirkətin 20 illik fəaliyyəti dövründə Azərbaycanda görülən işlərdən danışan Kemal Kaya bildirib ki, İsveç ölkəsinin adı çəkiləndə hər kəsin ağlına "Oriflame" şirkəti, (dürüst, güvənilən bir şirkət) gəlir. Bizim yola çıxdığımız şirkət dünyanın ən etibarlı şirkətlərindən biridir. Şirkətin uğurunun əsasında bir neçə təməl prinsipi durur. Əlçatan olmaq - Bizim işimizdə təməl prinsiplərimizdən biri olan əlçatan olmaq o deməkdir ki, Oriflame şirkətinin hər bir məhsulu hər kəsə çatdıra bilməkdir. Uğurumuzun digər bir sirri qabaqcıl texnologiyaları şirkətin fəaliyyətində tətbiq etməkdir. Yeni texnologiyaları işimizdə davamlı olaraq əks etdirməkdir. Oriflame şirkətinin əsas özəlliyi etibarlı, güvənli olmaqdır. Oriflame hər zaman etik dairələrə, qanunlara həmişə hörmətlə yanaşıb. Heç bir zaman müştərilərinə, dostlarına, istehsalçılarına, əməkdaşlarına qarşı laqeyd olmamışdır. Şirkət olaraq verdiyimiz sözlərin hər zaman arxasında durmuşuq. Oriflame üçün bu gün çox xoşbəxt gündür. Orifleymin təmsil olunduğu ölkələrin sayı 60-dan çoxdur. 50 ildir fəaliyyət göstərən şirkət gözəlliyin uğurun simvolu olduğunu ortaya çıxardı. Gözəlliyin eyni zamanda dostlarla paylaşıldığı zaman daha gözəl olduğuna inanırıq. 20 il boyunca çox uzun bir il oldu və çox böyük əmək sərf olundu. Bu baxımdan liderlərimizə, məsləhətçilərimizə , menecerlərimizə, əməkdaşlarımıza, Oriflame-in Azərbaycandakı inkişafına dəstək verən hər kəsə minnətdarlığımızı bildiririk. Oriflame olaraq Azərbaycana inanırıq və bu ölkənin potensialına, gücünə, iqtisadiyyatına inanırıq. Və ümid edirəm ki, Azərbaycanda daha bir 20 il də qeyd edəcəyik. Zəngin Oriflame tarixinin bir parçası olduğum üçün inanılmaz dərəcədə qürur duyuram! Bu illər əzində biz bütün dünya üzrə böyük həmfikirlər cəmiyyəti yaratmağa nail olmuş, bu mərhələyə birlikdə çatmışıq. İndi özümüzü heç vaxt olmadığımız qədər güclü və möhkəm hiss edirik. Əminəm ki, qarşıda bizi hələ bir çox qələbə və nailiyyətlər gözləyir, tərafdaşlarımızla birgə biz yeni-yeni zirvələr fəth edəcək, istehlakçılarımızı isə qabaqcıl məhsullar və Oriflame-in maraqlı layihələri ilə yaxşı mənada təəccübləndirəcəyik", deyə K.Kaya vurğulayıb.

Daha sonra səhnəyə Qafqaz ölkələri üzrə Vitse Prezident və Rəhbər, Orifleym-Azərbaycanın Baş Direktoru Kemal Kaya ilə yanaşı MDB dövlətlərinin Kommersiya Marketinqi üzrə vitse-prezidenti Koppani Berkes, marketinq və satışa dəstək meneceri Durdanə Bağıyeva dəvət olunub.

D.Bağıyeva : "Azərbaycanda Orifleym şirkəti rəsmi olaraq 1998-ci il, fevralın 9-dan fəaliyyətə başlayıb. Şirkət bu illər ərzində uğurlu yol keçib. Avropa şirkəti olaraq ilk dəfə birbaşa satış şirkəti kimi Azərbaycan bazarına daxil olub. Birlik, Ruh və Ehtiras – Orifleymi möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.
Biz də qürüq duyuruq ki, İsveç şirkəti olan Orifleyimin əməkdaşlarıyıq. Bizim üçün gözəllik bir həyat yoludur. Gözəllik deyəndə biz həm dekorativ kosmetikanı, həm dəriyə qulluğu, həm də vücudumuzu qidalandıracaq düzgün qidaları nəzərdə tuturuq. Hər 3 xətt Orifleymdə öz məhsulları ilə əhatə olunub."
Tədbirdə uğurlu spikerlərin motivasiya dolu çıxışları oldu. Təltiflər, maraqlı şou proqram isə ad gününü xüsusilə yaddaqalan etdi.
DJ Kənan drums ilə after- party və tədbirin xüsusi qonağı, Azərbaycan Respublikasının Əməkdar artisti MiriYusif öz konsert proqramı ilə Oriflame-çiləri təbrik etdi.
Şirkət haqqında məlumat
Oriflame – əsası 1967-ci ildə qoyulan, bu gün dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq kosmetika şirkətidir. Oriflame gözəlliyə bir həyat tərzi kimi yanaşan, pul qazanmağa və öz ambisiyalarını həyata keçirməyə can atan insanlar üçün biznes-imkanlar təklif edir. Şirkət inanır ki, gözəllik həm insanın necə göründüyünün, həm də özünün necə hiss etdiyinin vacib olduğu həyat tərzinin əksidir. Oriflame-in fəaliyyətinin əsas prinsipini insanlar və təbiətə hörmət təşkil edir ki, bu da şirkətin sosial və ekoloji siyasətində öz əksini tapır. Oriflame dünya üzrə bir neçə xeyriyyə layihələrində iştirak edir və Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir. Şirkətin aksiyaları OMX Nordic Exchange fond birjasında qiymətləndirilir.
Oriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAROriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edib - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4042   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr