Mariya Stadnik: Koreyalı ilə görüşün son saniyələrində vaxtı göstərən tablo dayandı

Mariya Stadnik: Koreyalı ilə görüşün son saniyələrində vaxtı göstərən tablo dayandıOktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal gözlədiyimiz güləşçilərdən biri də Mariya Stadnik idi. Qadınlardan ibarət yığmamızın lideri finaladək irəliləməyi bacardı. Ancaq həlledici görüşdə Yaponiya təmsilçisinə uduzaraq, gümüş medalla kifayətləndi.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, titullu güləşçi AGF-nin saytına verdiyi müsahibədə dünya çempionatı və gələcək planlarla bağlı danışıb:

– Dünya çempionatına necə hazırlaşmışdınız?

– Hazırlıq həmişəki kimi olmuşdu. Dağlıq məkanda fiziki hazırlıq üzərində işlədik. Təlim-məşq toplanışının son mərhələsini Kiyevdə Ukrayna yığması ilə birgə keçdim. Hər şey normal gedirdi. Təəssüf ki, yarışa bir həftə qalmış xəstələndim. Bu da formama müəyyən qədər təsir göstərdi. Tam bərpa olmağa imkan tapmadım. Ancaq Budapeştdə finala qədər hər şey normal idi.

Təcrübəmi də işə salaraq finaladək sakitcə irəlilədim. Ancaq həlledici görüşdə bəzi səhvlərə yol verdim. Məşqçimin taktiki tapşırıqlarını dəqiq yerinə yetirmədim. Bu da mənim səhvim idi. Nəticədə, final mənim üçün uğursuz alındı. Ancaq təsəllim odur ki, Olimpiadaya qədər hələ vaxt var. Əsas yarış mənim üçün Tokio-2020 və əsas hədəf olimpiya qızılıdır. Qalan turnirlər buna hazırlıq xarakteri daşıyır.

– 1/4 finalda beş il əvvəl 51 kq-da dünya çempionu olmuş çinli Sun Yanana, yarımfinalda isə dörd il əvvəl yeniyetmələr arasında Olimpiya çempionu olmuş şimali koreyalı Kim Son-Hyanqa qalib gəldiniz. Asiya təmsilçiləri ilə görüşlər sizi müəyyən qədər yordu?

– Yox, bu qarşılaşmalar məndən güc almadı. Çünki taktikanı doğru qurmuşdum. Üstəlik, finaladək bərpa olmağım üçün bir gün vaxtım vardı. Hərçənd koreyalı ilə görüşdə bir az psixoloji məqamlar oldu.

Birincisi, son saniyələrdə vaxtı göstərən tablo dayandı. İkincisi, məni qeyri-fəallığa görə cərimələməyi düşünürdülər. Bu, çox gülməli idi. Qarşı tərəf protest verəndə bir az əsəbləşdim (gülür).

– İlin əvvəlində Yui Susakiyə İsveçin Klipan şəhərində keçirilmiş beynəlxalq turnirdə son saniyələrdə üstünlüyü əldən verərək uduzmuşdunuz. Bu dəfə onunla görüş üçün taktikanı necə qurmuşdunuz?

– Son saniyədə məni xalçadan kənara çıxarmağı bacardı. Görüş boyunca demək olar ki, fəallıq göstərmədi. Mən hücum edir, o isə müdafiə olunurdu. Mübarizədən qaçırdı... Düşünürdüm ki, dünya çempionatında daha böyük təzyiq göstərsəm, qələbə qazana bilərəm.

Susakinin bu dəfə də müdafiəyə daha çox fikir verəcəyini düşünürdüm. Təəssüf ki, funksional hazırlıq baxımından problemlə üzləşdim. Fiziki gücüm çatmadı. Boşluq verməyə başladım. Rəqibin ayağından tuturdum, amma fəndi sona kimi icra edə bilmirdim. Susaki səhvlərimdən məharətlə yararlandı.

– İlk hissədən sonra artıq hesabda böyük fərqlə geriyə düşmüşdünüz. Bu zaman qələbəyə inam qalmışdı?

– Hər hansı həyəcandan söhbət gedə bilməzdi. Mübarizəni davam etdirməyi düşünürdüm. Ancaq məndə alınmadı...

– Bu məğlubiyyətin təsirindən çıxa bilmisiniz?

– Hər şeyi unutduğumu deyə bilərəm. Ancaq məğlubiyyət məndə həmişə dərin iz buraxır. Düzdür, indi sakitləşmişəm. Soyuqqanlı şəkildə səhvlərimi analiz edirəm. Əlbəttə, ilk iki gündə finalın təəssüratı, emosionallıq hədsiz yüksək idi. İndi sakitləşsəm də, finalın psixoloji təsiri hələ də qalıb (gülür).

– Özünə bu sualı vermisiniz: niyə yaponlarla görüş istədiyim kimi alınmır? Bəlkə, çıxış yolu məhz Yaponiyadan sparrinq rəqib seçməkdir?

– Əlbəttə, bu sualı özümə vermişəm. Ancaq mən bunun çıxış yolu olduğunu düşünmürəm.

– Necə fikirləşirsiniz, yaponlarla ehtiyatlı, yoxsa hücum üslubunda güləşmək lazımdır?

– Onlara ehtiyatla hücum etmək lazımdır. Görüşü sırf müdafiədən qurmaq və ya kor-koranə hücum etmək doğru deyil. Mən indi daha da böyümüşəm və təcrübəm xeyli artıb. Hücumun zamanını gözləmək lazımdır.

– Gələn il keçiriləcək yarışların hazırlığına nə vaxt başlayacaqsınız?

– Sanatoriyada bir qədər dincəlib bərpaolma prosesi keçdikdən sonra evə gedib, hazırlıqlara başlayacağam. Böyük fasilədən söhbət gedə bilməz. Tədricən məşqləri bərpa edəcəyəm.

– Dekabrın 3-də 30 yaşın tamam olacaq. Yubileyi necə qeyd etməyi planlaşdırırsınız?

– Hələ bu barədə fikirləşməmişəm. Çünki o ab-havada deyiləm (gülür).

– Ölkəmizdə ən çox sevilən güləşçilərdən birisən. Azarkeşlərə nə demək istərdiniz?

– İlk növbədə hamıya böyük dəstəyə görə minnətdarlığımı bildirirəm. Bilirəm ki, çoxlu azarkeşim var. Azərbaycanda məni tanıyanlar və qadın güləşini sevənlər çoxdur. Bu da məni sevindirir. Ümid edirəm ki, onları qızıl medalla şad edəcəyəm. Hər bir idmançı üçün arxasında azarkeşlərin olmasını bilməsi çox vacibdir. Xalça üzərinə çıxanda insanların hayqırtısını, dəstəyini eşidirsən və bu sənə əlavə güc, stimul və özünəinam verir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5604   Tarix: 28 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel
.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21 aprel
.

Azərbaycanda federasiyanın sabiq baş məşqçisi vəfat etdi

1983-85-ci illərdə "Araz" futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib. Bu barədə "Araz-Naxçıvan"ın Mətbuat Xidməti məlumat yayıb. Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib. Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıva

24 aprel
.

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:. - Sönük oyun getdi. İstərdi

20 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel