Arvadını başqası ilə tutan kişi nə etməlidir? - FƏRQLİ YANAŞMALAR

Arvadını başqası ilə tutan kişi nə etməlidir? - FƏRQLİ YANAŞMALARÖtən həftə xəyanət etdiyi iddiası ilə saçı əri tərəfindən qırxalan qadının sosial şəbəkələrdə yayılan videosu cəmiyyədə geniş əks-səda doğurdu. Bir çox insan kişinin bu əməlinə haqq qazandırmadı, lakin əksini düşünənlər də az olmadı. Bəs həyat yoldaşının xəyanətinə uğrayan kişi" adət-ənənəyə" uyğun hərəkət etməli, yoxsa hüquqi yola baş vurmalıdır?

Məsələ cinslərə bölünməməlidir

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, məsələyə münasibət bildirməmişdən öncə prosesi tam şəkildə təhlil etmək lazımdır: "Birincisi, hadisənin hansı şəraitdə və necə baş verdiyi, nə zaman və harada olduğu araşdırılmalıdır. Bundan sonra münasibət bildirmək olar. Birinci yanlışlıq ondan başladı ki, məsələni cinsi ayrı-seçkiliyə böldülər, yəni kişilərin və qadınların etdikləri davranış. Söhbət sosial-psixoloji problemdən gedir. Bu tendensiya artıq bir neçə ildir gedir. Söhbət əgər gender bərabərliyindən, kişi-qadın bərabərliyindən gedirsə, burada həm hüquq, həm də vəzifələr var, bunlar müəyyənləşdirilməlidir. Biz hazırda bu mərhələni keçirik və etiraf etmək lazımdır ki, çox çətin mərhələ keçirik. Buna görə ailədaxili münaqişələr, boşanmalar baş verir, ailə qurmaq istəmiyən gənclərimizin sayı çoxalıb. Boşanmaların statistikasına baxsaq görərik ki, onların arasında həm yeni ailə quranlar var , həm də 25-30 il evli olanlar da var. Bunu cinslərə bölməyək".

Arvadını başqası ilə tutan kişi nə etməlidir? - FƏRQLİ YANAŞMALARBununla bütün qadınları qorxutmaq istəyirlərsə…

E. Rüstəmo əlavə edib: "İkincisi, heç bir halda bir qadına qarşı bu cür davranış təqdir edilmir. İnsan aqressiv ola bilər, affekt halında ola bilər, insan elə halda ola bilər ki, hərəkət və davranışlarını idarə edə bilməsin. Ancaq bunun bu cür şəkildə baş verməsi və yayılması pis bir presedentdir. Kim zəmanət verə bilər ki, bu təkrarlanmayacaq? Əgər burada məqsəd bir qadının timsalında bütün qadınları qorxutmaqdırsa, bu, doğru bir şey deyil. Bu yanlışdır. Çünki burada konkret olaraq varvarlıq var. Həmin video sosial şəbəkələrdən gedəcək, bəs o qadın hardadır, reabilitasiya görürmü? Həmin qadın bundan sonra cəmiyyətdə hansı formada yaşaycaq? Dədə-babadan bizdə, eləcə də Avropa ölkələrində qeyrət üstündə baş kəsiblər, daş-qalaq ediblər.Məsələ burasındadır ki, bu cür şeylərə qarşı cəmiyyətin reaksiyası birmənalıdır, cəmiyyət buna yaxşı baxmır".

Evlənməzdən əvvəl psixoloji müayinə aparılmalıdır

Psixoloq hesab edir ki, məsələnin digər tərəfləri də var: "Məsələni belə qoyurlar ki, kişilər xəyanət edərkən bəs nə edirlər? Elə məsələlər var ki, orada əks tərəfə qarşı elmi arqument qoymaq lazımdır. Düşünürəm ki, Azərbaycanda ailə məsələləri ilə bağlı konkret olaraq islahatlar həyata keçirmək lazımdır, maarifləndirmə işləri aparılmalıdır. Hətta ailə qurmazdan əvvəl tibbi müayinə ilə paralel olaraq, psixoloji müayinə prosesi getməlidir. Tərəflər bir-birinin psixoloji durumu, ailə tərkibi barədə tam məlumat almalıdırlar. Ailədaxili münaqişə zamanı hara müraciət etməli odluqlarını bilmədirlər. Və boşanma ilə bağlı müraciət etdikləri təqdirdə çox yaxşı olardı ki, ya məhkəmələr öz yanında psixoloji kabinet yaratsınlar, ya da ailələr hansısa psixoloji mərkəzlərə yönləndirilsin. Bəlkə mütəxəssis dəstəyi aldıqdan sonra problemi öz aralarında həll edəcəklər, boşanmayacqlar".

Kişi və qadınlar bir-birinə qarşı cəbhə açırlar

Bundan ən çox əziyyət çəkənin həmin ailədə böyüyən uşaqların olduğunu vurğulayan psixoloq diqqətə çatdırıb ki, bu problemlər Azərbaycanda 90-cı illərdən sonra yaranıb: " O uşaqların böyük bir qismi evlənmə yaşındadırlar. Dolaysıyla onlar psixoloji travma alırlar. Bu travmanın qurbanına çevrilirlər. Fikrimcə, maarifləndirmə işi aparmaq, konkret tədbirlər görmək lazımdır. Qınamaq yox, nə səbəbdən baş verdiyi araşdırılmalıdır. Belə getdiyi təqdirdə bizdə böyük katakilizm yaranacaq – kişilər və qadınlar arasında. Kişi və qadın bir-birini tamamlayan tərəfərlərdir. Məsələni başqa cür qoyanda isə kişi və qadınlar bir-birinə qarşı cəbhə alırlar. İtirən isə bizim genefondumuz, uşaqlarımız və cəmiyyət olacaq".

4 şahid şərti

Bəs İslam dini qadının xəyanət etməsinə necə yanaşır? Məsələyə münasibət bildirən ilahiyyatçı Əkrəm Həsənov qeyd edib ki, xəlifəlik dövründə də belə hadisələr olub: "Bu cür hadisələr olanda, hansısa bir qadının xəyanəti məlum olanda, onun zina etdiyini sübut etmək üçün 4 şahidin olması şərtdir. Bundan başqa, o dövrün şərtlərinə uyğun olaraq əri o qadını qazinin (hakimin) yanına gətirməlidir. Şahidlər də qazinin yanına gətirilir və bu sübut olunur. Şahidlərə qarşı da şərtlər var. Şahid qismində çıxış edən insanlar ədalətli, müsəlman və s. xüsusiyyətlərə malik olmalıdırlar. Onlar gözləri ilə həqiqətən zinanın baş vermə prosesini görməlidirlər. Hətta fiqh alimləri hüquq kitablarında bildiriblər ki, zinanın sübut olunması üçün şahidlər onu gözləri ilə tam görməlidirlər".

Arvadını başqası ilə tutan kişi nə etməlidir? - FƏRQLİ YANAŞMALARKişi həmin video ilə öz günahını yaydı

Onun sözlərinə görə, İslam dini baxımından ərin həmin videoda həyat yoldaşını o cür alçaltması düzgün deyil: "Bəlkə də heç zina etməyib, əvvəlcə dəqiqləşdirmək lazımdır. Müasir dövrümüzdə bunun məhkəməyə müraciət etmək kimi sivil qaydaları var. Sübut olunduqdan sonra isə ər boşana bilərdi. Kişinin etdiyi hərəkətlər İslam dini baxımından pislənilir, çünki qaydalara riayət etməyib. Quran ayətlərində qadınlar ərlərinə itaət etməyəndə onlara nəsihət etmək tövsiyyə olunur. Hər bir mömin kişinin qadını mömin, təqvalı olmalıdır. Ailə kişidən sayılır və onun bütün mənfi xüsusiyyətlər kişiyə aiddir. Və sən də bu mənfi xüsusiyyətlərini insanlar arasında video ilə vasitəsilə yayırsan, öz günahını yaymaq da böyük qəbahətdir. Necə ki, insanların çoxu bu məsələyə görə həmin kişini qınadılar".

Ər arvadına həddindən artıq əsəbləşib

Məsələnin hüquqi tərəfincə gəlincə, vəkil Elmar Süleymanov bildirib ki, əslində ikibaşlı məsələdir: "Ailənin möhkəmliyi, yəni adət-ənənə nöqteyi-nəzərindən qadının hərəkəti xoşagəlməz və qəbulolunmazdır. Eyni zamanda müasir cəmiyyətdə yaşadığımıza görə hətta bu cür qəbulolunmaz hərəkət edən şəxs barəsində o cür təhqiredici hərəkətlərin edilməsi yolverilməzdir. Hansısa cavab addım şəxsi təhqir etməməlidir, şəxsiyyətini alçaltmamalıdır. Hesab edirəm ki, əri həyat yoldaşına həddindən artıq əsəbləşib və bu hərəkəti edib. Normal halda ən azından yəqin ki, boşanma olardı".

Arvadını başqası ilə tutan kişi nə etməlidir? - FƏRQLİ YANAŞMALARKişini hansı cəza gözləyir?

Kişinin yol verdiyi hərəkətlərin məsuliyyətinə gəlincə, vəkil deyib ki, burada digər cinayətlərin əlamətləri yoxdursa, məsələn, deyəsən qadının gözünün altı göyərmişdi, əgər qadının sağlamlığına xəsarət yetirilməyibsə və digər qanun pozuntuları yoxdursa, konkret olaraq o cür videonun sosial şəbəkələrdə yerləşdirilməsinə görə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə iş açıla bilər ki, bu da təhqiretmə deməkdir: "Buna görə də həmin şəxs barəsində 1000 manatdan 1500 manatadək cərimə və yaxud da 6 ayadək azadlıqdan məhrumetmə növündə cəza tətbiq oluna bilər. Həmin qadının analıq hüququndan məhrum edilməsinə gəlincə, bu, məhkəmənin çıxaracağı qərardan asılıdır. Praktikada çox hal olub ki, bu cür hərəkət edən qadınları məhkəmə analıq hüququndan məhrum etmir".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6990   Tarix: 04 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel