Fatimə geylərdən danışdı: "Qızlarımızı alan yoxdur..."

Fatimə geylərdən danışdı: "Qızlarımızı alan yoxdur...""Qadınlara qarşı zorakılıq gələcəyimizə qəsddir" mövzusunda keçirilən tədbirə qatılan rəqqasə Fatimə Fətəliyeva ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.

Sonxeber.az BAKU.WS-ya istinadən həmin sorğu-sualı təqdim edir:

- Fatimə xanım nə vaxtsa şiddətə məruz qalıb?

- Əlbəttə. Xanımlar hər zaman özlərinə deyirlər ki, güclüyük, daha dözümlüyük. Sözsüz ki, qadınlar bununla özlərini sakitləşdirirlər. Mən bununla həm razıyam, həm də razı deyiləm. Bir qadının bətnində 9 ay övlad gəzdirməsinə çox böyük güc lazım olur. O, dünyaya bir can gətirir. Digər tərəfdən, qadınlar zərif məxluq olduqlarına görə kişi diqqətini sevirlər. Xaricdə qadınların hüquqlarına daha çox önəm verilir. Bizdə isə deyirlər ki, qadınsansa, evdə oturub bozbaşını bişirməlisən, uşaqlara baxmalısan və s. Mən bununla razı deyiləm.

Biz artıq XXI əsrdə yaşayırıq, günü-gündən irəliyə gedirik və Avropalaşırıq. Bütün bunlara baxmayaraq, yenə də elə qadınlarımız var ki, özlərini çox bədbin aparırlar, hər şeydən əllərini üzərək həyatlarına qəsd edirlər. Məncə, heç bir insan özünü öldürmək istəməz. Hamımız bu dünyaya gəliriksə, yaratmalıyıq, işləməliyik, övlad böyütməliyik, ona savad verməliyik. İndiki dövrdə qadınların 70 faizi nədənsə özlərinə qəsd edirlər.

- Sizcə, insanların həyatlarına qəsd etməsi nə ilə bağlıdır?

- Bunun kökünü tapmaq lazımdır və buna son qoymaq lazımdır. Sosial şəbəkədə kimsə öz sevincini dostları ilə paylaşanda əksəriyyətində qıcıq yaradır və başlayırlaq onun ünvanına xoşagəlməz sözlər yazmağa. Ən dəhşətlisi isə odur ki, sənin ünvanına layiq olmadığın sözləri ünvanlayırlar. Bu, acınacaqlı haldır.

Hər insan, ilk növbədə, özünün psixoloqu olmalıdır. Həyatda elə bir insan yoxdur ki, problemi olmasın. Oliqarxların, kasıbların, orta təbəqənin - hər kəsin öz statusuna uyğun problemləri var.

- Fatimə xanımın psixoloqu var?

- Heç vaxt psixoloqum olmayıb. Əslində, olması daha yaxşı olardı. Bir də görürsünüz ki, ehtiyac olur. Bizim psixoloqlar özləri özlərini də öldürür (jurnalistlər mərhum psixoloq Dəyanət Rzayevi misal çəkir-red.). Hansı psixoloqa gedim? Xaricdə yaşasaydım, bəli, mütləq şəxsi psixoloquma müraciət edərdim. Qızımı keçid dövründə elə adını çəkdiyiniz psixoloqun yanına aparmışam. Allah rəhmət eləsin. Çox dəstək oldu. Görürsünüz, hətta elə insanların özünə dəstək lazım olur. Hərdən deyirik ki, biz niyə burada doğulduq. Elə bilirsiniz ki, başqa ölkələrdə problem yoxdur? Afrikada da problem var...

Mənim işim elədir ki, istədim-istəmədim gülməliyəm. Hamı bilir ki, Fatimə xanım həyatda rol oynamır, necə varamsa eləyəm. Əsəbi və ya sevincli olanda hər şey üzümə yansıyır. Mən efirə çıxıb yalandan ağlayanalardan da deyiləm. Problemlərin öhdəsindən gələ bilməsəm, komandam, doğmalarım da həmin vəziyyətə düşərlər. Eləcə də əksinə. Mən onlardan, onlar da məndən güc alırlar.

- Depressiyaya düşüb rəqqasəliyi tərk etmək istəmisiniz?

- Elə şeylər bir dəfə yox, çox olub. Qardaşım xaricdə yaşayır. Hərdən istəyirəm çıxım gedim buradan. O qədər özümə qapanıram, fikrə gedirəm... Yenə də güclü olduğuma görə özümə gəlirəm.

- Fatimə xanım özü hansı problemlə bağlı sosial layihə keçirmək istərdi?

- İşıqlandırılası mövzular çoxdur. Mən şəxsən kişi problemi ilə bağlı sosial layihə keçirmək istərdim. Buna son qoyardım. Gül kimi qızlarımız var, amma onları alan yoxdur.

- "Cümhuriyyət suitası" adlı patriotik klip təqdim etdiniz, amma səs-sorağı çox az gəldi...

- Bəli, mən Fatimə bir dənə "çıqqıdı-çıqqıdı" oynasaydım, bir səs-küy salacaqdır ki... Bir gün xına mərasimində idim, eskpromt hind rəqsi oynadım. Onu çəkib qoydular "Instagram"a, "Youtube"a və minlərlə baxış gəldi. Budur bizim psixoloji problemimiz. Vətənpərvər obrazını yaradan Fatimə üçün 3 dəfə əl çaldılar, 2 dəfə "Afərin!" dedilər və yaddan çıxdı... Bu da normaldır. Açığı deyim, heç klipi bəyənməmişəm. İstədiyim kimi alınmamışdı.

- Sözləriniz klipin rejissoru Nail Naiboğlunun xətrinə dəyəcək....

- Yox, rejissor dostumdur. Hər dəfə özümə söz verirəm ki, ona klip çəkdirməyəcəyəm... Nə edir, nə etmir yenə onunla çalışıram. Mən Naili 20 ildir tanıyıram. O, mənim evimdə, mən də onun evində çörək kəsmişəm.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3604   Tarix: 04 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar

"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir

14 dekabr
.

Səsləri Murad Adıgözəlzadə və Ayselin qızı ELAN EDƏCƏK - FOTO

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycan adından xalları kimin elan edəcəyi açıqlanıb. Axşam.az xəbər verir ki, xallar Leyla Adıgözəlzadə tərəfindən elan ediləcək. Qeyd edək ki, Leyla Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, "Avroviziya 2009" mahnı müsabiqəsini

13 dekabr
.

Demet Akalının lüks çantasının qiyməti dodaq uçuqlatdı

Açıqlamaları və paylaşımları ilə tez-tez gündəmə gələn türkiyəli məşhur müğənni Demet Akalın bu dəfə aldığı lüks çanta ilə diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, Akalın dünyaca məşhur bir markaya məxsus yeni çantasını sosial media hesabında "Kiçik yeni körpə, görək biz

17 dekabr
.

Həyat yoldaşından boşanmaq üçün TV proqramına müraciət edən qadın estetiklərlə yeni biri oldu!

Bir dövr "Esra Erolda" proqramına həyat yoldaşından boşanmaq üçün müraciət etməsi ilə tanınan və sonradan paylaşımları ilə fenomenə çevrilən Yazgül Bayat, son vaxtlar etdirdiyi estetik dəyişikliklərlə yenidən diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, "Tək günahı

17 dekabr
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13 dekabr
.

"Sırf o müğənniyə mahnımı 100 minə satardım"

Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib. xəbər verir ki, o, yazdığı mahnılarının qiymətindən danışıb. Söz ustası etirafı ilə diqqət çəkib:. "Mahnımı hörmət edib pulsuz verə bilərəmm yaxud 200-ə sata bilərəm. Müğənni ancaq o mahnını istəsə, 100 min manata sataram. Duetə gəldikdə isə Daml

19 dekabr
.

Sevil-Sevinc "ana oldu" - FOTO

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi

14 dekabr
.

"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"

"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə

13 dekabr
.

Məşhur aktyor "Veliaht"da

Sonuncu dəfə "Ateş kuşları" serialında rol alan aktyor Sayqın Soysalın yeni işi bəlli olub. Axşam.az xəbər verir ki, o, "Veliaht" serialında rol alacaq. Aktyor layihədə "Korkut Karadeniz" obrazını canlandıracaq. Qeyd edək ki, serialın baş rollarını Ercan Kesal, Akın Akınözü

18 dekabr