İstanbulda küçə musiqiçisi olan görmə məhdudiyyətli azərbaycanlı qız - VİDEO
Görmə məhdudiyyətli azərbaycanlı Səidə Kılıç İstanbulun İstiqlal küçəsində musiqi ifa edərək, ailəsini dolandırır.
Rusiyada musiqi təhsili alan qız bir müddət sonra sosial şəbəkədə tanış olduğu Türkiyə vətəndaşı olan Erkan Kılıçla evlənib.
O, özünü qüsurlu kimi görmədiyini bildirib:
"Günlərin mənim üçün elə fərqi yoxdur. Dünya Əlillər Günü mənim üçün mənasız gəlir. Bu, bayram deyil. Mənim sağlamlardan heç bir fərqim yoxdur. Konservatoriya məzunuyam. Ali təhsilim var. Sağlam insanların edə bildiklərini mən də edirəm. Buna görə özümü qüsurlu saymıram. Qəlbin, beynin, düşüncələrin, həyata baxışın qüsurlu olmasın, bəsdir".
Səidə Erkanla tanışlığı barədə də danışıb.
"Sosial şəbəkədən istifadə edirdim. Erkan mənə dostluq istəyi göndərdi. Belə tanış olduq. Gəldi və məni Azərbaycandan qaçırdı. İki yaşında qızımız var. Aeroportdan çıxan zaman polislər məndən hara getdiyimi soruşdular. Mən də onlara qorxmadığımı, sevərək getdiyimi dedim. "Halal olsun" deyərək, yolumuzdan çəkildilər", - azərbaycanlı qız deyib.
Erkan Kılıç da həyat yoldaşının qüsurlu olub-olmamasının onun üçün fərqinin olmadığını qeyd edib.
"Sosial şəbəkədə bir müddət danışdıq. Evlənməyə qərar verdik. O, mənə qüsurlu olduğunu dedi. Ancaq bunun mənim üçün heç bir fərqi yoxdur", - Erkan əlavə edib.
mənbə: oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar
"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir
14 dekabrSəsləri Murad Adıgözəlzadə və Ayselin qızı ELAN EDƏCƏK - FOTO
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycan adından xalları kimin elan edəcəyi açıqlanıb. Axşam.az xəbər verir ki, xallar Leyla Adıgözəlzadə tərəfindən elan ediləcək. Qeyd edək ki, Leyla Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, "Avroviziya 2009" mahnı müsabiqəsini
13 dekabrDemet Akalının lüks çantasının qiyməti dodaq uçuqlatdı
Açıqlamaları və paylaşımları ilə tez-tez gündəmə gələn türkiyəli məşhur müğənni Demet Akalın bu dəfə aldığı lüks çanta ilə diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, Akalın dünyaca məşhur bir markaya məxsus yeni çantasını sosial media hesabında "Kiçik yeni körpə, görək biz
17 dekabrAzərbaycan ilk dəfə Ermənistana xal verdi
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad
13 dekabr"Sırf o müğənniyə mahnımı 100 minə satardım"
Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib. xəbər verir ki, o, yazdığı mahnılarının qiymətindən danışıb. Söz ustası etirafı ilə diqqət çəkib:. "Mahnımı hörmət edib pulsuz verə bilərəmm yaxud 200-ə sata bilərəm. Müğənni ancaq o mahnını istəsə, 100 min manata sataram. Duetə gəldikdə isə Daml
19 dekabrSevil-Sevinc "ana oldu" - FOTO
Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi
14 dekabr"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"
"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə
13 dekabrMəşhur aktyor "Veliaht"da
Sonuncu dəfə "Ateş kuşları" serialında rol alan aktyor Sayqın Soysalın yeni işi bəlli olub. Axşam.az xəbər verir ki, o, "Veliaht" serialında rol alacaq. Aktyor layihədə "Korkut Karadeniz" obrazını canlandıracaq. Qeyd edək ki, serialın baş rollarını Ercan Kesal, Akın Akınözü
18 dekabr