Məşhur aktyordan Fəxrəddin Manafov haqda GÖZLƏNİLMƏZ SÖZLƏR: "Fuad Poladova çatmaq..."

Məşhur aktyordan Fəxrəddin Manafov haqda GÖZLƏNİLMƏZ SÖZLƏR: "Fuad Poladova çatmaq...""Fəxrəddin Manafovun teatrdan getməyi haqqında yazdığım status mənə əziz olan həmkarlarımı əsəbiləşdirib. Gəlin, məsələyə daha ətraflı yanaşım. Əvvəla, mən Fəxrəddin Manafovun şəxsiyyəti haqda heç nə yazmamışam, yazmaram da. Ən azından çörəyini yediyi və kinolarında çəkildiyi Rüstəm İbrahimbəyov haqqında son dediklərinə görə..."

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xəzər televiziyasında yayımlanan "İmtahan" serialında çəkilən məşhur aktyor hikmət Rəhimov sosial şəbəkədə yazıb. Aktyor Xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"O vaxt da nəsə yazmaq istədim, sonra lənət şeytana dedim. Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməyini müqayisə etmək belə ən azından sadəlöhvlük olar. Əqidə baxımından Fuad müəllimə çatmaq mümkünsüz bir şeydir. Fəxrəddin bəy indiyə qədər teatr və kino sahəsində baş verənlərə bir ziyalı olaraq heç vaxt münasibət bildirməyib. Açığı heç gözləmirdim də. Səsləndirdiyi tək fikir Rüstəm İbrahimbəyov haqqında olub. Öz işidir və marağıdır. Yəqin ki, marağı müqabilində mükafatnı da alıb, ya da alacaq. İndiyə qədər bir gənc istedadlı insana dəstəyini də görməmişəm.

Fəxrəddin Manafov əsl aktyordur. Bunu danmaq nadanlıq olar və günahdır. Hər halı ilə bu insan teatrda olmalıdır. Çünki bu insanın peşəsini sevənlər var. Yeri gələndə, onun teatrda nazı ilə də oynamalıdırlar. Bu baxımdan ehtiyacı olmasa belə, Fəxrəddin bəyə dəstək olmaq istədim və dəstəyəm də. Baxmayaraq ki, mən teatrdan gedəndə fikir də bildirmədi.

Sonda bunu da qeyd edim ki, mən indiyə qədər Fəxrəddin Manafovla salamlaşmamışam. Buna da əsasım var. Bir kiçik olaraq yaşca böyük aktyora dəstəyəm. Çünki teatr sistemi həmkarlarımı çürüdür. Özünüzü qoruyun, bir-birinizi satmayın! Onsuz da çox azsız".

Məlumat üçün bildirək ki, Xalq artisti F.Manafovun Rus Dram Teatrından getməsi xəbərləri təkzib olunub. Teatrın direktor müavini İlham Məmmədov Publika.az-a verdiyi açıqlamada bildirib ki, Fəxrəddin bəy hər gün teatrda olmur. O, teatra sadəcə tamaşa məşqləri olanda gedir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 8966   Tarix: 05 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19 aprel
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

"Bəyin oğurlanması"nın Gülbadamı vəfat etdi

Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib. Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, "Bəyin oğurlanması" filmind

7 mart
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel