Azərbaycanda qadın xəyanətinin səbəb olduğu cinayətlər - Evində arvadının yad kişi ilə fotosunu tapdı...

Azərbaycanda qadın xəyanətinin səbəb olduğu cinayətlər - Evində arvadının yad kişi ilə fotosunu tapdı...Xəbər verdiyimiz kimi, ər ona xəyanət edən gənc qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, son zamanlar xəyanətə görə törədilən qətllərin sayı artmaqdadır.

Sonxeber.az BiG.AZ-a istinadən həmin qətllərin bir neçəsini təqdim edir:

-Polis arvadını "Odnoklassniki"də başlayan xəyanətə görə öldürdü.

Belə ki, H.Zərdabi küçəsində kirayədə yaşayan Kəngərli rayon sakini 36 yaşlı Dilavər Əhmədov arvadı, 25 yaşlı Günay Əhmədovanı əlləri ilə boğaraq öldürüb. Daha sonra o, könüllü olaraq Yasamal rayon Polis İdarəsinə gələrək təslim olub.

Qeyd edək ki, Dilavər Əhmədov bir müddət polis orqanlarında çalışıb.

- Lerik şəhər sakini, 40 yaşlı Nazim Xanış oğlu Şahıyev şəxsi münaqişə zəminində həyat yoldaşı, 39 yaşlı Səkinə Şaban qızı Əliyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Cütlük uzun illərdir, rəsmi şəkildə boşansalar da bir evdə yaşayıblar.

Qeyd edək ki, Nazim Şahiyev məşhur çoban Xanış Şahiyevin oğludur. Qətli törətməkdə şübhəli bilinən Nazim Şahıyevin içki və narkotik aludəçisi olduğu bildirilir.

- Salyanda kişi xəyanət edən arvadını öldürdü.

Belə ki, Zaur Quliyev qardaşı Məmmədağa Quliyevin qardaşı həyat yoldaşı Gülşən Feyziyevanı 1994-cü il təvəllüdlü Nurlan Xankişiyev adlı şəxslə birlikdə görüb. Bu zaman Z.Quliyev N.Xankişiyevi bıçaqlayıb.

Bundan sonra o, Bakıda işləyən qardaşı Məmmədağa Quliyevə zəng vuraraq xəyanət əhvalatını danışıb. Məsələdən xəbər tutan M.Quliyev Salyana qayıdaraq arvadı ilə mübahisə edib və onu balışla boğub. Hər kəsə isə "arvadım xəstəlikdən ölüb" deyib.

- Xətai rayonunda 33 yaşlı Elsevər Şükürov həyat yoldaşını günün günorta vaxtı hər kəsin gözləri qarşısında öldürüb.

Elsevər Şükürov yaşadığı Əhmədli kəndində 31 yaşlı Rəqsanə Şükürovanı bıçaqla qətlə yetirib. E.Şükürov isə özü polisə təslim olub.

Belə ki, Hüquq mühafizə orqanları E.Şükürovun həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü müəyyən ediblər.

Məlumata görə, kişi bir müddət idi ki, həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Lakin əlində əsas olmadığından onu izləməyə başlayıb. Həyat yoldaşının telefonla kiminləsə danışdığını eşidib. Qadın olanlardan boyun qaçırsa da, anidən telefonuna gələn mesajlar Rəqsanə Şükürovanın gizlin sirlərini açıb.

Qonşuların sözlərinə görə, onlar evdə mübahisə etdikdən sonra qadın evi tərk etmək istəyərkən E.Şükürov onu yaşadığı binanın tinində hər kəsin gözləri qarşısında qətlə yetirib.

- Sumqayıt dəhşətli qətl hadisəsi baş verib.

Belə ki, Rafət Feyziyeva əri tərəfindən yaşadıqları mənzildə 18 bıçaq zərbəsi vurularaq qətlə yetirilib.

İddiaya görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra kişi həyat yoldaşını öldürmək qərarını alıb.

Qeyd edək ki, mərhumun iki övladı var.

-Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

Hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.

Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

- 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib.

T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

- Ağstafa rayonunda qətl hadisəsi baş verib.

1978-ci il təvəllüdlü Arzu Namazov qısqanclıq zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, ailənin iki övladı var.

- Ağsuda bıçaqlanma olub.

Hacıqədirli kənd sakini Mahir Bəyalıyev Ağsu şəhərində kirayə yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı Samirə Bəyalıyevanı bıçaqlayıb.

Xəsarət alan qadın köməksiz vəziyyətdə qaldığından çoxlu qan itirib. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

- Samuxda ər arvadını qətlə yetirib.

Ziyadlı kənd sakini 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.

Yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildiirlir. Məlumata görə M. Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E. Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb.

-Beyləqanda qətl törədilib.

Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib.

Daha sonra evdən çıxan Mübariz Ağayev niyyətini həyata keçirmək üçün müvafiq vaxt gözləyib. O, gecə saatlarında uşaqların yatmasını gözləyib. Bundan sonra arvadı Səidə Ağayeva ilə təklikdə xeyli söhbət edib. Söhbətin gedişində əsəblərini cilovlaya bilməyən M.
Ağayev arvadının boğazına kəndir dolayaraq, onu boğub öldürüb.

Hadisədən sonra Mübariz Ağayev könüllü şəkildə polisə təslim olub.

Ailənin birgə nikahdan iki övladı var.

Rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1975   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021